YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin "Babil 2.0" sərgisi açıldı FOTO
Kriminal 17 Mar 2023 19:30:00 338 0
YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın rəhbərliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 27 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək, 3 fərqli buraxılış layihələrini hazırlamışdırlar.
Bu xəbəri də oxu: “Ümid 2025” incəsənət müsabiqəsi baş tutdu
Müasir dünyada əhəmiyyəti azalan ənənəvi sərhədlər, məna və dəyər itkisinə məruz qalır. Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. "Babil 2.0", "Keçmiş̧ nəsillərdən qalan izlər" və "Dərman arardım dərdimə" sərgiləri həmin mövzuları araşdırır.
"Babil 2.0" sərgisi zaman və məkan məhdudiyyətlərinin azalması, sosial və mədəni oxşarlıqların artması fonunda dünyanın hələ də "qlobal şəhərə" çevrilə bilməməsi, insanların ortaq dil tapmamasının səbəblərini incəsənət vasitəsi ilə araşdırır.
Urbanizasiya və modernləşmənin gətirdiyi yeni həyat tərzində, fərdlərin və cəmiyyətin həyatında ənənəvi dünyagörüşləri, həqiqət və dəyər anlayışları dəyişməyə başlamışdır. Sosial yaddaş hamımızın gündəlik yaşadığımız işlək yaddaş olduğu halda, mədəni yaddaş keçmişimizlə əlaqə saxlayan yaddaşdır. Davranışlar, adət-ənənələr, mənəvi dəyərlər, bayramlar, folklor və inanclarımızın qarışığı olan mədəni yaddaşımız kimliyimizə təsir etməklə yanaşı, gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. "Keçmiş̧ nəsillərdən qalan izlər" sərgisimilli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.
İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. "Dərman arardım dərdimə" sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.
"Babil 2.0" sərgisi
Sərginin açılışı: 16 mart, 18:00
Tarix: 16-29 mart, 2023
Kurator: Çinar Balayeva
Layihə meneceri: Zemfira Şixlinskaya
Rəssamlar: Hüseyn Cəlilov, Ağaməli Əliyev, Nərgiz Əsgərova, Aysel Həsənova, Rövşən Hüseynov, Ülviyyə İman
"Keçmiş̧ nəsillərdən qalan izlər" sərgisi
Sərginin açılışı: 6 aprel, 19:00
Tarix: 06-16 aprel, 2023
Kurator: Aynur Abutalıbova
Layihə meneceri: İlkanə Səmədova
Rəssamlar: Fidan Hümbətli, Tamira İbrahimova, Fidan Nazim qızı, Nəcəf Öztürk, Alina Yusupova
"Dərman arardım dərdimə" sərgisi
Sərginin açılışı: 21 aprel, 19:00
Tarix: 21 aprel - 04 may, 2023
Kurator: Bəxtiyar Əliyev
Layihə meneceri: Fidan Hüseynova
Rəssamlar: Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Dilarə Əli-zadə, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəli-zadə, Murad Vəliyev
Sərgilərin ictimai proqramları üzrə moderatoru: Asim Adgözəl
Sərgilərin iş rejimi: Çərşənbə axşamı - bazar, 12:00-20:00
Məkan: ARTIM Layihə Məkanı
Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını t
Bakıda və paytaxtın ətrafındakı əsas yollarda sürət həddinin endirilə
Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən h
Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.
17 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ba
Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik.
"Google"a məxsus yayım xidməti olan "YouTube TV" abunəç
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges
Baş nazir Əli Əsədov bu gün Milli Məclisin iclasında qaz limiti ilə bağ
Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni çox kədərləndirdi.
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə
Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Qraçi Sarkisyan vəzifəsin