“20 il bir yerdə yaşadığın insan illər sonra naxələf çıxır”


Şou-biznes 16 Mar 2023 13:34:00 178 0

“20 il bir yerdə yaşadığın insan illər sonra naxələf çıxır”

"İnsan bilmir ki, bir saniyədən sonra başına nə gələcək. O anı yaşamaq lazımdır. Xoşbəxt anlar olub həyatımda. O anı yaşamışam həmişə. Allaha gecə-gündüz yalvarıram ki, məni şərdən, xəta-bəladan uzaq etsin. O vaxt böyüklərimiz deyirdilər ki, şər, böhtan pis şeydir. İnanın ki, bunu dərk etmirdim. "Başına gələn başmaqçı olar" deyib atalarımız. Adam insanları tanımır. Bir də görürsən ki, 20 ilə yaxındır bir insanla dostluq edirsən, yaxın olursan, 20 ildən sonra naxələf çıxır".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

"Kiminsə xoşbəxtliyini görəndə sevinirəm, bədbəxtliyi məni depressiyaya sürükləyir. Başqasının dərdini öz dərdim bilirəm. Adam var ki, yanında yerə yıxıl, heç sənə əlini verməz ki, yuxarı qaldırsın. İnsan var, dərdini danışırsan, deyir, danışma, qanım qaralır. İnsan dərdini insana danışar da. Uşaqlıqdan xasiyyətim belədir. Hər şeyi qəlbən, dərindən yaşayıram. Öz kiçik dünyam var" deyə müğənni bildirib.

Əməkdar artist həyatının ən çətin günündən də danışıb.

"Həyatımın ən ağır günü 19 gün Moskvada reanimasiyada qaldığım gün olub. Ciyərlərim 80 faiz şüşələşmişdi. Heç kimin ümidi yox idi ki, mən sağ qalaram. 10 gün heç özümdə olmamışam. Sağ qalmağım möcüzə idi. O çətin günlərdən sonra Allaha daha çox bağlandım. Qərib ölkədə idim. Bacım əllərimdən tutub gəzdirirdi. Yollar bağlı idi, o da çətinliklə Moskvaya gəldi. Bu dünyada gərək heç nəyin dərdini çəkməyəsən. Canın sağ olmayandan sonra, insana heç nə qalmır" deyə əməkdar artist bildirib.

Müğənni bildirib ki, yenidən plastik əməliyyata müraciət edəcək.

"Əvvəlki Mətanəti geri qaytarmışam. Gözümün düşməni kök adamlardır. Deyir, ilanın yarpızdan zəhləsi gedir, o da düz yanında bitir. Heç gözləməzdim ki, bu qədər çəki alaram. Hələ dəyişməyə davam edəcəm. O qədər özümü rahat, yüngül hiss edirəm ki. Kök olanda efirlərə çıxmaqdan da imtina edirdim. Çünki kompleks yaşayırdım. 107 kilo insan olar?! Daha çox dəyişikliklər baş verəcək. Plastik əməliyyatlar da etdirəcəm. Səhnə gözəllik tələb edir. Nəinki müğənnilər, aktrisalar bu gün evdar qadınlar da plastik əməliyyat etdirirlər" deyə müğənni bildirib.

Müğənni mətbəxlə arasının əla olduğunu, lakin işlərinin çoxluğu ilə bağlı vaxt ayıra bilmədiyini deyib.

"Bəzən deyirlər ki, müğənnilər evdə iş görmürlər. Müğənni yazıqlar həm evdə işləsinlər, həm də çöldə?! Elə yorğun gəlirik ki. Bir də axı vaxt olmur. Bütün ev işlərini bilirəm, mürəbbələr bişirmişəm, şorabalar tutmuşam, amma vaxtım yoxdur. Bişirsəm hamısından da yaxşı bişirərəm" deyə sənətçi bildirib.

İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır like
  • 16 Mar 13:23  
Digərləri İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır

İranın kəşfiyyat və təhlükəsizlik xidmətlərinin əməkdaşları ümumm

arrow Ətraflı
Şəki şəhərində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib like
  • 16 Mar 13:14  
Siyasət Şəki şəhərində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən "Heydər Əliyev İ

arrow Ətraflı
Pınar Denizdən sərt reaksiya  "Toplanan pullar haradadır?" like
  • 16 Mar 13:12  
Digərləri Pınar Denizdən sərt reaksiya "Toplanan pullar haradadır?"

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət

arrow Ətraflı
Ağdamda mina partlayışı: like
  • 16 Mar 13:02  
Digərləri Ağdamda mina partlayışı:

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı

arrow Ətraflı
Paris iğtişaşları: Dəyənəklə döyülənlər, yerlə sürütlənənlər like
  • 16 Mar 13:01  
Dünya Paris iğtişaşları: Dəyənəklə döyülənlər, yerlə sürütlənənlər

Parisdə pensiya islahatına qarşı ilin əvvəlindən bu yana sayca səkkizinc

arrow Ətraflı
HAVA dumanlı olacaq like
  • 16 Mar 12:57  
Digərləri HAVA dumanlı olacaq

Martın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Zakir Həsənov hərbi hissələrdə döyüşə hazırolma vəziyyətini yoxlayıb like
  • 16 Mar 12:55  
Siyasət Zakir Həsənov hərbi hissələrdə döyüşə hazırolma vəziyyətini yoxlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il

arrow Ətraflı
Talış kəndinə ilk köç başlayıb like
  • 16 Mar 12:50  
Digərləri Talış kəndinə ilk köç başlayıb

Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbir start göt

arrow Ətraflı
Talış kəndinə köçürülənlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib like
  • 16 Mar 12:48  
Siyasət Talış kəndinə köçürülənlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib

Bu gün biz Azərbaycan xalqı olaraq daha bir tarixi qürurverici bir gün yaş

arrow Ətraflı
“Azərlotereya”nın şəhid övladları ilə “Novruz” görüşü like
  • 16 Mar 12:46  
Digərləri “Azərlotereya”nın şəhid övladları ilə “Novruz” görüşü

"Azərlotereya" ASC Novruz bayramı ərəfəsində "Əmanətə s�

arrow Ətraflı
Bayram şirniyyatlarının qiymətləri neçəyədir? like
  • 16 Mar 12:26  
Digərləri Bayram şirniyyatlarının qiymətləri neçəyədir?

Şəkərbura, qoğal, paxlava və xonçaya bəzək verən digər şirniyyatlar.

arrow Ətraflı
Ziraat Bank Azərbaycandan Yaşıl Avto Kreditiilə təbiətsevər addım! like
  • 16 Mar 12:25  
Digərləri Ziraat Bank Azərbaycandan Yaşıl Avto Kreditiilə təbiətsevər addım!

Daima müştərilərinə geniş məhsul çeşidləri təqdim edənZiraat Bank Az

arrow Ətraflı
Bu prospektin bir hissəsi təmirə bağlanır like
  • 16 Mar 12:20  
Digərləri Bu prospektin bir hissəsi təmirə bağlanır

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairə

arrow Ətraflı