Şəki şəhərində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Siyasət 16 Mar 2023 13:14:00 337 0
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən "Heydər Əliyev İli" çərçivəsində Şəki şəhərində "Heydər Əliyev və təhlükəsizlik orqanları" mövzusunda növbəti tədbir keçirilib.
Bu xəbəri də oxu: Prezident Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
Bu barədə Trend-ə DTX-nin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki şəhərinin təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Öncə qonaqlar Şəki şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Şəki şəhərinin Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Ulu Öndərin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbiri açıq elan edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqillik illərində ölkəmizin təhlükəsizlik strategiyasının hazırlanması və reallaşdırılmasına, bu kontekstdə Azərbaycan təhlükəsizlik orqanlarının inkişafına verdiyi töhfələrdən, dahi şəxsiyyətin dövlətçiliyimiz və ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı bəhs etmiş, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan belə silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Tədbirin digər çıxışçıları Ümummilli Liderin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində gördüyü mühüm işlərdən, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlardan, bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylərindən geniş söhbət açmış, dahi rəhbərin xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verdiyini vurğulamışlar. Bildirilmişdir ki, Heydər Əliyevin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi bu gün də layiqincə davam etdirilir, xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyən etdiyi meyarlar DTX-nin əməliyyat heyəti tərəfindən həmişə rəhbər tutulur.
Natiqlər qeyd etmişlər ki, Ulu Öndərin daim diqqət və qayğı ilə əhatə etdiyi təhlükəsizlik orqanlarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi etimad və etibar dövlətin təhlükəsizliyinin təmin olunması yolunda qarşıya qoyulmuş vacib tapşırıqların lazımi səviyyədə icrasında böyük əhəmiyyət kəsb edir.
Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı "Konfidensial" layihəsinin ilk buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş "Naturalist" əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatmışdır.
Xəbərə aid video
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı
Parisdə pensiya islahatına qarşı ilin əvvəlindən bu yana sayca səkkizinc
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il
Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbir start göt
Bu gün biz Azərbaycan xalqı olaraq daha bir tarixi qürurverici bir gün yaş
"Azərlotereya" ASC Novruz bayramı ərəfəsində "Əmanətə s�
Şəkərbura, qoğal, paxlava və xonçaya bəzək verən digər şirniyyatlar.
Daima müştərilərinə geniş məhsul çeşidləri təqdim edənZiraat Bank Az
Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairə
KOBİA-nın strateji fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə �
Dünya miqyasında hərbi münaqişə ciddi fövqəladə vəziyyət zamanı böy
2022-ci il ərzində 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bər