Paşinyanın "separatizm" ümidləri PUÇ OLUR
Siyasət 15 Mar 2023 18:18:00 267 0
"Prezident İlham Əliyevin Almaniyaya səfəri hazırki dönəmdə mühim əhəmiyyət kəsb edir".
Bu xəbəri də oxu: Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verdi
"Nəzərə almaq lazımdır ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da ALmaniyaya səfər etmişdi və Kansler Olaf Şoltsla mətbuat konfransında söylənən fikirlər daha sonra birmənalı qarşılanmadı və nəticədə Almaniya hökümətinin saytında Şoltsun fikirlərinə redaktələr edildi, korrektələr nəzərə çarpdı. Çünki bugün dünyada ərazi bütövlüyü və suverenliklə bağlı vahid bir mövqe var. Bu məsələylə bağlı vahid bir yanaşma sərgilənirsə, Azərbaycan da öz problematikasında bu mövqeyi görmək istəyir.
Ərazi bütövlüyü, suverenlik, daxili işlərə qarışmamaq, sərhədlərin toxunulmazlığı, ən öndə prioritetlərdir. Məhz bu səbəbdən Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar, enerji, nəqliyyat, mədəni münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı məhz təhlükəsizlik sisteminin gücləndirilməsi məsələləri müzakirəyə çıxarıldı.
Azərbaycan Avopa İttifaqının enerji təhülkəsizliyində mühim rol oynayır. Digər tərəfdən Azərbaycan, Gürcüstan, Ruminiya, Macarıstan arasında yaşıl enerji dəhlizi istiqamətində də saziş imzalanıb. Bütün bu sadalanan fikirlər onu deməyə əsas verir ki, regionda təhlükəsizlik mühitinin gücləndirilməsinə böyük ehtiyac var.
Azərbaycan Beynəlxalq Antiterrort Koalisiyasının üzvü kimi Laçın yolunda nəzarət buraxılış məntəqələrinin qurulması ilə təhlükəsizliyin gücləndirilməsi niyyətindədir. İlham Əliyev bu barədə Almaniya prezidenti Ştaynmayerlə keçirilən görüşdə vəziyyəti qeyd etməklə həm də bölgədəki təhlükəsizlikdə yaranan problemlərə dair fikirlərini də bölüşmüş oldu. Düşünürəm ki, artıq regionda olan həqiqətləri Almaniya tərəfi bilir və onların Ermənistan tərəfindən təhrif edilməsinə də qarşı çıxacaq.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi nəyinki regionda, dünyada da müəyyən çətinliklər formlaşdırıb. Bütün bu çətinliklərdən çıxış yolları bugün hamını düşündürən məsələlər sırasındadır. Bakı ilə Berlin arasında ticari-iqtisadi münasibətlərdə də artım var və düşünürəm ki, gələcəkdə iqtisadi dövrüyyənin bir qədər də inkişaf etdirilməsi nəzərə çarpa bilər. Bununla yanaşı olaraq Azərbaycan Prezidentinin Almaniyanının biznes dairələri ilə keçirdiyi görüşdə də mühim məsələlər müzakirə olundu.
Əgər Almaniya şirkətləri Qarabağın yenidən qurulmasında Şərqi Zəngəzurda fəaliyyətlərə başlayacaqlarsa, bu artıq Azərbaycanla Almaniya arasında münasibətlərdə tamamilə yeni bir əməkdaşlıq müstəvisini formalaşdıracaqdır".
Təhməz Əsədov Son.az
Səhiyyə Nazirliyi Novruz bayramı günlərində düzgün qidalanma ilə bağl�
Misirin də içərisində olduğu müsəlman ölkələri Azərbaycanı Ermənist
80-ci illərin sonunadək İrəvan əhalisinin böyük əksəriyyətini azərbay
"Məni bir çox ekran əsərlərinə çəkilməyə dəvət edirlər. Düzd�
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və A
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2023-cü il �
Bu gün Azərbaycan Xüsusi Xidmət Orqanlarının əfsanələrindən biri Maqsu
Şirvan şəhər sakini, 1998-ci il təvəlüdlü Nəriman sevgi münasibətind�
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi müalicə olunduğu x�
Ermənistanın Müdafiə naziri Suren Papikyanın istefası ilə bağlı yayıla
"Son zamanlar deyirlər ki, müğənnilər oxuya bilmir. Amma tamaşaçıla
"Misli" idman mərc həvəskarlarını daha bir yeniliyi ilə sevindir
Bakı Beynəlxalq Avtovağzalına yeni direktor təyin edilib.