"Ramiz Mehdiyevə müraciət etdim ki, qanunsuzluqlara əncam çəksin, sağ olsun, belə “əncam” çəkdi”


Digərləri 15 Mar 2023 17:52:00 300 0

"Ramiz Mehdiyevə müraciət etdim ki, qanunsuzluqlara əncam çəksin, sağ olsun, belə “əncam” çəkdi”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səhuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

İttihamda göstərilib ki, təqsirləndirilən şəxslər Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min 700 manat vəsaiti qanunsuz olaraq mənimsəyərək dövlətin qanunla qorunan mənafeyinə ziyan vurublar.

Qeyd olunub ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynova bu işlərdə həyat yoldaşı Gülüstan İsayevaya köməklik göstərib. Belə ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol veriblər.

Buna görə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər verilmiş ittihamlarla bağlı özlərini təqsirli bilməyiblər.

Bundan sonra Səbuhi Hüseynov sərbəst ifadə verib. Səbuhi Hüseynov deyib ki, 2011-ci ildən sözügedən institutda işləməyə başlayıb. 2019-cu ildən isə Qarabağ zonasında ekspedisiyalara göndərilib. Təqsirləndirilən şəxs qeyd edib ki, ərazilərdə ekspedisiyaların aparılacağı ilə bağlı bir il əvvəldən fərdi plan hazırlanıb, həmin plan müzakirə olunduqdan sonra İnstitutun direktoru Maisə Rəhimovaya təqdim olunub: "Maisə Rəhimova müəyyən edirdi ki, kimlər ekspedisiyaya getməlidirlər. Sonra vəkalət verilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət olunurdu. Bu isə o deməkdir ki, bununla nazirlik də işə qarışırdı. Bundan sonra təyinatı üzrə yola düşürdük. Hər ekspedisiyaya görə isə mənə 1200 manat pul verilirdi".

Tarixçi alim ifadəsinin davamında cinayət məsuliyyətinə cəlb olunmasından danışıb.

Səbuhi Hüseynov deyib ki, İnstitut rəhbəri Maisə Rəhimovanın qanunsuzluqları ilə ilk dəfə 2019-cu ildə - ilk ekspedisiyaya hazırlaşarkən şahid olub. Təqsirləndirilən şəxsin dediyinə görə, Maisə Rəhimova onunla birlikdə gedəcək şəxslərin adına sənədləşmə aparılmasını, ayrılacaq vəsaitin isə 30 faizinin ona, 20 faizlik hissənin isə mühasibatlığa çatdırılmasını istədiyini deyib:

"Mən buna etiraz etdim, dedim ki, həmin pullar işçilərə çatmalıdır. Bundan sonra münasibətlərimiz pisləşdi. Sonradan Mədəniyyət Nazirliyinə məruzə edib ki, guya mən hesabat verməmişəm. Bundan sonra dəfələrlə institutda hökm sürən qanunsuzluqlar barədə müxtəlif yerlərə müraciətlər etdim. Həmin müraciətlərin edilməsində həyat yoldaşım da iştirak etdiyi üçün onu da yeyintidə ittiham edirlər.

İnstitutdakı qanunsuzluqlara əncam çəkməsi üçün Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə də müraciət etdim. Sağ olsun, o, da belə "əncam" çəkdi".

Məhkəməyə sədrlik edən hakim adı ekspedisiyada olan şəxslərin həmin vaxt xarici ölkədə istirahətdə olmaları ilə bağlı sual verib.

Hakim deyib ki, Dövlət Sərhəd Xidmətinə göndərilən sorğuya verilən cavaba görə, ekspedisiyada olan şəxslər eyni vaxtda Almaniyada və İtaliyada istirahətdə olublar: "Amma sənədlərdən görünür ki, həmin şəxslər eyni vaxtda ekspedisiya işlərində iştirak ediblər. Bütün bu məsələlər araşdırılmalıdır".

Təqsirləndirilən şəxsin vəkili deyib ki, bu məsələnin araşdırılması üçün işin istintaqa qaytarılması barədə vəsatət versələr də, bu qəbul edilməyib.

"Bəlkə prokuror Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən, işin istintaqa qaytarılması barədə çıxış edəcək", deyə hakim ona cavab verib.

Növbəti proses martın 29-na təyin edilib.

Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Alademiyasında elmi işçi, həyat yoldaşı Gülüstan İbadova isə kadrlar şöbəsinin müdiri olub.

Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub  FOTO like
  • 15 Mar 17:50  
Digərləri Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub FOTO

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2023-cü il �

arrow Ətraflı
Xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı Maqsud Məmmədovun xatirəsi yad edilib  FOTO like
  • 15 Mar 17:47  
Digərləri Xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı Maqsud Məmmədovun xatirəsi yad edilib FOTO

Bu gün Azərbaycan Xüsusi Xidmət Orqanlarının əfsanələrindən biri Maqsu

arrow Ətraflı
"Cinsi əlaqədə olduq, sonra Nəriman məndən 20 manat istədi..." like
  • 15 Mar 17:33  
Kriminal "Cinsi əlaqədə olduq, sonra Nəriman məndən 20 manat istədi..."

Şirvan şəhər sakini, 1998-ci il təvəlüdlü Nəriman sevgi münasibətind�

arrow Ətraflı
ADPUnun tələbəsi intihar etdi like
  • 15 Mar 17:32  
Digərləri ADPUnun tələbəsi intihar etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi müalicə olunduğu x�

arrow Ətraflı
Ermənistanın müdafiə naziri like
  • 15 Mar 17:25  
Dünya Ermənistanın müdafiə naziri

Ermənistanın Müdafiə naziri Suren Papikyanın istefası ilə bağlı yayıla

arrow Ətraflı
İlahə İbadova: “Deyirlər ki, müğənnilər oxuya bilmir”  VİDEO like
  • 15 Mar 17:21  
Şou-biznes İlahə İbadova: “Deyirlər ki, müğənnilər oxuya bilmir” VİDEO

"Son zamanlar deyirlər ki, müğənnilər oxuya bilmir. Amma tamaşaçıla

arrow Ətraflı
“Misli”dən sevindirən yenilik  SUPER KOMBO like
  • 15 Mar 17:20  
Digərləri “Misli”dən sevindirən yenilik SUPER KOMBO

"Misli" idman mərc həvəskarlarını daha bir yeniliyi ilə sevindir

arrow Ətraflı
Bakı Avtovağzalına yeni direktor təyin edildi like
  • 15 Mar 17:15  
Digərləri Bakı Avtovağzalına yeni direktor təyin edildi

Bakı Beynəlxalq Avtovağzalına yeni direktor təyin edilib.

arrow Ətraflı
Bakıda ilk dəfə! Bütün ailə üçün işığlı interaktiv kvestşousu “Macəra”. Möhtəşəm bir həkayənin nəticəsinə təsir edin!  VİDEO like
  • 15 Mar 17:12  
Digərləri

Bakıda ilk dəfə! Bütün ailə üçün işığlı interaktiv kvest-şousu &qu

arrow Ətraflı
"Fransada son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə keçilib" like
  • 15 Mar 17:11  
Dünya "Fransada son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə keçilib"

Fransada son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə keçilib.

arrow Ətraflı
"Fransa tarixi koloniyalarına qarşı aqressiv davranış nümayiş etdirir" like
  • 15 Mar 16:52  
Siyasət "Fransa tarixi koloniyalarına qarşı aqressiv davranış nümayiş etdirir"

İndi biz Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında tarixi kolon

arrow Ətraflı
Ağdamda işğal dövründə yaranmış tikintisöküntü tullantıları təkrar emal ediləcək  FOTO like
  • 15 Mar 16:51  
Digərləri Ağdamda işğal dövründə yaranmış tikintisöküntü tullantıları təkrar emal ediləcək FOTO

Ağdamda işğal dövründə yaranmış tikinti-söküntü tullantıları təkra

arrow Ətraflı
Aygün Bəylərin uzun müddətdən sonra FOTOsu yayıldı like
  • 15 Mar 16:40  
Şou-biznes Aygün Bəylərin uzun müddətdən sonra FOTOsu yayıldı

Xərçəng xəstəliyinə yoluxduğu deyilən Əməkdar artist, müğənni Aygü

arrow Ətraflı