Xalq artisti itlərə görə ailəsini dağıtdı,
Digərləri 14 Mar 2023 09:23:00 348 0
Son.az lent.az-a istinadən "Bir ulduz axdı" layihəsində rusiyalı aktyor, rejissor, "Sovremennik" və "Tabakerka" teatrlarının təsisçisi, səs sənətkarı Oleq Tabakov haqda məqaləni təqdim edir.
Bu xəbəri də oxu: "Müharibə gələn il başa çata bilər"
Teatr və kinoda 200-dən çox rolu canlandırmış, saysız - hesabsız nüfuzlu mükafatların sahibi Oleq Tabakov özü məktəb olan sənətkarlardandır.
Onun iştirakı ilə çəkilmiş " Ölülər və dirilər", " Hərb və sülh", "12 stul", "Baharın 17 anı", "Kapusin bulvarından olan adam", "D Artanyan və 3 muşketyor" və digər filmlər klassika sayılır.
O, 1935-ci il 18 avqustda Rusiyada həkim ailəsində doğulmuşdu. Xoşbəxt uşaqlığını müharibə yarımçıq qoydu. Ata - anası 5 il cəbhədə həkim kimi fəaliyyət göstərdilər. Müharibə başa çatdıqdan sonra onlar nədənsə boşanmağa qərar verdilər və bu Oleqə çox pis təsir etdi. Anası ilə qalan balaca Oleq əməlli - başlı xuliqan həyat tərzi keçirməyə başladı, qadın oğlunun tərbiyəsinin pozulmaması üçün onu teatr dərnəyinə yazdırdı və bununla da hər şey dəyişdi. Oleq teatra aşiq oldu.
İlk gəncliyindən teatrda və kinoda çalışmağa başlayan Oleq Tabakov işə o qədər aludə olmuşdu ki, bu onun səhhətinə mənfi təsir etdi, 29 yaşında infarkt keçirdi. Həkimlər ona aktyorluq etməyə icazə verməsələr də, Oleq yolundan dönmədi. 1967-ci ildə, infarktdan bir ay sonra oynadığı dramatik rola görə SSRİ Dövlət mükafatına layiq görüldü.
1970-ci ildən həmtəsisçisi olduğu "Sovremennik" teatrına rəhbərlik etməyə başladı və rəhbər kimi başqa xüsusiyyətləri üzə çıxdı. O həm çar, həm nökər idi. Əməkdaşlara həm tələbkarlıqla, həm də ədalətlə yanaşırdı. Məsələn, sərxoş gəldiyinə görə, ən tanınmış aktyorlardan birini işdən qovmuşdu.
"Baharın 17 anı" çoxseriyalı filmindəki Şellinberq obrazı Tabakova böyük şöhrət gətirdi. Çox maraqlıdır ki, ən ciddi obrazlarla ekranlara çıxan Tabakov dublyajda da uğurla iştirak edir və yalnız pişik obrazlarını səsləndirirdi. "Prostokvaşinodan olan 3 nəfər" multfilmində pişik Matroskin, tənbəl pişik Qarfild məhz onun səsiylə sevildi.
1988-ci ildə aktyor Xalq artisti adına layiq görüldü. 90-cı illərin əvvəllərində Oleq Tabakov ən varlı aktyor sayılsa da, 1992-ci ildə keçirilən pul islahatlarından sonra kasıbladı. O, aktyorluqla yanaşı pedaqoji fəaliyyət də göstərirdi və Tabakovun təlim kursları digər pedaqoqların kurslarından çox fərqlənirdi. Tələbələr qadağan olunmuş filmlərə baxır, qadağan olunmuş aktyorların sənət yollarını və yaradıcılığını öyrənirdilər. 1992-ci ildə Tabakov Amerikanın Boston şəhərində özünün yay məktəbini açdı.
Tabakov 1986-cı ildən 2000-ci ilə qədər Moskva Akademik Bədii Teatrına rəhbərlik edib.
Onun şəxsi həyatı da qəribəliklərlə doluydu. Oleq Tabakovun ilk arvadı aktrisa Lyudmila Krılova olub. Lyudmila Oleq Tabakovu ekrandan görüb, tanıyıb və platonik eşqə düşüb. "Bəlkə nə zamansa onu canlı görə bilər" arzusuyla Lyudmila aktrisa olmağa qərar verir və dərnəklərə yazılır. O "Sovremennik" teatrının bütün tamaşalarına baxır, Tabakovu uzaqdan görəndə özünü xoşbəxt hesab edirdi. "Moskva Kiçik Teatrı"nda işləməyə başlayan Lyudmilaya bir gün təklif gəlir. Ona deyirlər ki, bir vasvası aktyor tərəf müqabili olaraq heç kimi bəyənmir, amma onunla məşq etməyə razılıq verib.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Həkim endokrinoloq, Moskva Elmi və Təhsil Mərkəzi, Moskva Dövlət Universi
Serbiya iqtisadiyyat naziri Rade Basta Rusiyaya sanksiyalar təklif etmək əvə
İTV-nin aparıcısı Nərmin Knyaz sevgilisi ilə birgə Berlindən paylaşım
Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransiskə ünvanlandığı
"Qeyri-peşəkar müğənnilər efirlərə yol açandan sənət ucuzlaşıb
Məşhur kolumbiyalı müğənni Şakira keçmiş sevgilisi, ispaniyalı futbol�
Dünya şöhrətli müğənni Ledi Qaqa "Oskar-2023" mükafatlandırma
Aktrisa Kristen Stüart "Chanel" dəb evi və yazıçı Çarlz Finçin
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını, boşandığı həyat
Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirl�
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya möv