Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə harada dəfn olunacaq?


Digərləri 27 Dek 2024 13:24:00 66 0

Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə harada dəfn olunacaq?

Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn olunacaq.

Son.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Xankəndi şəhər sakini, erməniəsilli, 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Qeyd edilib ki, oktyabrın 23-də Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilmiş və ona lazımi sosial müdafiə dəstəyi göstərilib.

V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi məlumatlandırılıb, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilib.

Dövlət Komissiyasının məlumatına görə, Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilib. Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülüb, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınmış, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilmişdir) təsdiq edilib. Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılmış və görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilmişdir. Lakin, müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmayıb. Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilib.

Təhlillər göstərir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitinin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olub. Belə ki, Ermənistan tərəfi ehtimal etmişdir ki, Azərbaycan tərəfi V.Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edə və bu faktdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP-29) öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər. Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərindən proses onlar üçün aktuallığını itirib.

Qurumdan bildirilib ki, Dinindən və milliyyətindən asılı olmayaraq, vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir.

Azərbaycanın həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq Dövlət Komissiyası V.Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir.

"Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi V.Ağasyanın meyitini qəbul etməyəcəyi halda, meyit Azərbaycanın ərazisində dəfn ediləcək və məzarı müvafiq qaydada qorunacaq" - deyə, komissiyanın məlumatında əlavə edilib.

İranda bir il ərzində 900ə yaxın insan edam edilib like
  • 27 Dek 13:19  
Dünya İranda bir il ərzində 900ə yaxın insan edam edilib

2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib.

arrow Ətraflı
Prezident Vergi Məcəlləsindəki dəyişiklikləri təsdiq edib like
  • 27 Dek 13:11  
Siyasət Prezident Vergi Məcəlləsindəki dəyişiklikləri təsdiq edib

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Ver

arrow Ətraflı
AZAL Rusiyanın bu şəhərlərinə uçuşları dayandırır like
  • 27 Dek 13:09  
Digərləri AZAL Rusiyanın bu şəhərlərinə uçuşları dayandırır

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q

arrow Ətraflı
Saxta spirt zəhərlənməsi zamanı nə etməli?  5 maddə like
  • 27 Dek 13:08  
Digərləri Saxta spirt zəhərlənməsi zamanı nə etməli? 5 maddə

Saxta spirt zəhərlənməsi çox təhlükəli ola bilər və vaxtında müdaxil

arrow Ətraflı
Prezident 2025ci il üçün yaşayış minimumunu təsdiqlədi like
  • 27 Dek 13:03  
Siyasət Prezident 2025ci il üçün yaşayış minimumunu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci il üçün yaşay�

arrow Ətraflı
16 yaşlı aktyor faciəvi şəkildə öldü like
  • 27 Dek 13:02  
Şou-biznes 16 yaşlı aktyor faciəvi şəkildə öldü

"Baby Driver" filmində rol alan Hudson Meek avtomobildən yıxılaraq

arrow Ətraflı
Azərbaycanda ilk dəfə dünyanın ən kiçik kardiostimulyatoru implantasiya edildi! like
  • 27 Dek 13:00  
Digərləri Azərbaycanda ilk dəfə dünyanın ən kiçik kardiostimulyatoru implantasiya edildi!

İlk dəfə olaraq 13-14 dekabr 2024-cü il tarixlərində Azərbaycanda, kardio

arrow Ətraflı
Büdcədən maliyyəşənlərə ŞAD XƏBƏR: Maaşlar ARTDI like
  • 27 Dek 12:58  
Digərləri Büdcədən maliyyəşənlərə ŞAD XƏBƏR: Maaşlar ARTDI

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilər

arrow Ətraflı
Ermənilər yenə yalanları sıralayır: bu dəfə Beqlaryanla Mirzoyan... like
  • 27 Dek 12:55  
Siyasət Ermənilər yenə yalanları sıralayır: bu dəfə Beqlaryanla Mirzoyan...

Xankəndindəki sabiq separatçı-terrorçu xuntanın keçmiş "dövlət na

arrow Ətraflı
Baş Prokurorluğun əməkdaşları Qroznıdadır like
  • 27 Dek 12:48  
Digərləri Baş Prokurorluğun əməkdaşları Qroznıdadır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və

arrow Ətraflı
Xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırıldı  Yanvarın 1dən like
  • 27 Dek 12:48  
Digərləri Xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırıldı Yanvarın 1dən

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qey

arrow Ətraflı
AZAL səbəbini AÇIQLADI: Bu gün də bir təyyarəmiz geri qayıdıb like
  • 27 Dek 12:43  
Digərləri AZAL səbəbini AÇIQLADI: Bu gün də bir təyyarəmiz geri qayıdıb

Xəbər verdiyimiz kimi, Rusiyaya uçan daha bir təyyarəmiz hücuma görə ger

arrow Ətraflı
Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir like
  • 27 Dek 12:41  
Siyasət Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-preziden

arrow Ətraflı
Rusiya istiqamətində bütün uçuşlar dayandırılır?  RƏSMİ like
  • 27 Dek 12:40  
Digərləri Rusiya istiqamətində bütün uçuşlar dayandırılır? RƏSMİ

"Azərbaycan Hava Yolları" (AZAL) Rusiya istiqamətində uçuşlarla

arrow Ətraflı
Türkiyəyə 7,5 bal gücündə zəlzələ xəbərdarlığı: "Ciddi fəsadlar olacaq" like
  • 27 Dek 12:38  
Digərləri Türkiyəyə 7,5 bal gücündə zəlzələ xəbərdarlığı: "Ciddi fəsadlar olacaq"

Yapon zəlzələ mütəxəssisi Yoshinori Moriwaki Afyonkarahisarda 7,5 bal güc

arrow Ətraflı