İlham Əliyev: "Enerji satışından əldə etdiyimiz vəsaiti nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik"
Siyasət 14 Mar 2023 00:21:00 291 0
Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna demək olar ki, nail olunub. Buna, demək olar ki, bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən nail olunub.
Bu xəbəri də oxu: Prezident Ərdoğana başsağlığı məktubu ünvanladı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbatın artdığını qeyd edən dövlətimizin başçısı bildirib: "Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb. Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar".
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya möv
İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbayca
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Azərbaycan Müdafiə Nazirliyi Ordumuz tərəfindən Ermənistan silahlı qüvv
Kürdəmirdə avtomobil aşıb, sürücü ağır xəsarət alıb.
Bakıda avtobusda sərnişinlər arasında əlbəyaxa dava düşüb.
Məşhur aktyorlar İbrahim Çingiz və Aydan Axundzadə 40 günlüyü tamam ola
Bu yaxınlarda - bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyas
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus s�
Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki,
İTV-nin aparıcısı Nərmin Knyaz sevgilisi ilə birgə Berlindən paylaşım
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin İrəvana səfəri nə ilə