Təyyarə qəzasında həyatını itirən qusarlı gənc dəfn olunub
Digərləri 27 Dek 2024 14:58:00 67 0
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.
Bu xəbəri də oxu: Belarus olmaq istəmirik, mübarizə bitməyib
Trend xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.
Təyyarə qəzasında Xədicə ilə birlikdə onun qardaşı Əli də həyatını itirib.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
Dünyada aviasiya təhlükəsizliyi ilə bağlı hər il müxtəlif hesabatlar h
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkə
512 nəfər hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli
"Qəzadan sonra 29 saniyə zənglə danışdıq".
Rusiya Prezidenti Vladimir Putin 2025-ci ildə Ukrayna konfliktinin sona çataca
Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Ru
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentli
Pandemiya dövründə COVID-19-un əsasən tənəffüs yollarına təsir etdiyi
Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi
Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında tətbiq edilən müvəqq�
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış ya
Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ol
2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib.
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Ver
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q