"Qubad İbadoğlu hər məzuna görə mənə 200 dollar verəcəkdi" MƏHKƏMƏ
Digərləri 27 Dek 2024 14:47:00 67 0
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə araşdırması davam edir.
Bu xəbəri də oxu: Sərxoş moped sürücüsü təhlükəli anlar yaşatdı
Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda Anar Əliyev sərbəst ifadə verib.
O, saxta pul və silahla tutulub. İstintaq vaxtı saxta pulları ona Qubad İbadoğlunun verdiyini deyib.
Təqsirləndirilən şəxs əvvəl dediklərini hakim qarşısında da boynuna alıb. O, ifadəsinə Qubad İbadoğlu ilə tanış olmasından başlayıb. Deyib ki, İbadoğlu ilə ilk dəfə iş məsələsi ilə bağlı ona kömək etməsi üçün danışıb: "Həmin vaxt Qubad İbadoğlu İqtisad Universitetində işləyirdi. Mənə bir iş düzüb-qoşması üçün onun yanına getmişdim. Dedi ki, bir iş quracaq, ona "Araz" kurslarını və Qafqaz Universitetini bitirən məzunlar lazımdır. Razılaşmamıza əsasən, tapacağım hər məzuna görə mənə 200 dollar verəcəkdi. Sonrakı görüşdə mənə 11 min dollar verdi ki, həm problemlərini həll elə, həm tapşırılan işi gör. Həmin puldan 3 min manat şəxsi xərclərimə sərf etdim, 1000 manat da onun tapşırdığı diplomlu şəxsləri tapmaq üçün mənə kömək edən iki nəfərə verdim. Tapşırdı ki, gələcəkdə nə isə bir məsələ olsa, Türkiyədə Fazil adlı bir nəfər var, onunla danışarsan. Amma o Fazil tam buna bənzəmirdi, bir az kök idi. Qaldı ki, aldığım pula, içində saxta əsginaslar olduğunu sonradan öyrəndim. Elə sonra da həbs edildim".
Təqsirləndirilən şəxsin dediyinə görə, Qubad İbadoğlu pulla birgə ona oxuması üçün qırmızı rəngli kitab da veribmiş: "Demişdi, bu yaxşı kitabdır, oxuyarsan. Marağım olmadığı üçün oxumadım. Sonra dedi "Hoca"nın kitabıdır, "Hoca"dan yazılıb, amma yenə diqqətimi çəkmədi. Həmin kitabın içinə pul da qoymuşdu. Amma saxta olduğunu bilməmişəm. Buna görə müəyyən qədər götürüb xərcləmişdim".
Anar pulların saxta olmasından xəbərsiz olduğunu deyir. Bu səbəbdən həmin maddə ilə özünü təqsirli bilmir. Amma silah gəzdirmə ittihamı üzrə günahını boynuna alır.
Növbəti iclas yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir./"qafqazinfo"
512 nəfər hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli
"Qəzadan sonra 29 saniyə zənglə danışdıq".
Rusiya Prezidenti Vladimir Putin 2025-ci ildə Ukrayna konfliktinin sona çataca
Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Ru
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentli
Pandemiya dövründə COVID-19-un əsasən tənəffüs yollarına təsir etdiyi
Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi
Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında tətbiq edilən müvəqq�
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış ya
Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ol
2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib.
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Ver
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Saxta spirt zəhərlənməsi çox təhlükəli ola bilər və vaxtında müdaxil
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci il üçün yaşay�