Prezident Roma Papasına məktub ünvanlayıb


Siyasət 13 Mar 2023 11:10:00 214 0

Prezident Roma Papasına məktub ünvanlayıb

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür.

Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir.

Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm.

Zati-müqəddəsləri, mən Sizin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".

Son.az 

“Avroviziya”ya gedən zaqatalalı qardaşları bir də belə görün like
  • 13 Mar 11:09  
Şou-biznes “Avroviziya”ya gedən zaqatalalı qardaşları bir də belə görün

Xəbər verdiyimiz kimi, ölkəmizi bu il "Avroviziya" beynəlxalq mah

arrow Ətraflı
KOBİA və bp arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  FOTO like
  • 13 Mar 11:05  
Digərləri KOBİA və bp arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb FOTO

Regionlarda gənc sahibkarlığın və aqroturizmin inişafına dəstək məqsə

arrow Ətraflı
Azərbaycanda 57 yaşlı kişi TOYDA ÖLDÜ like
  • 13 Mar 10:58  
Digərləri Azərbaycanda 57 yaşlı kişi TOYDA ÖLDÜ

Şamaxı sakini toyda ürəktutmasından dünyasını dəyişib.

arrow Ətraflı
Hacı Şahinin yaxın dostu ilə SON YAZIŞMASI like
  • 13 Mar 10:47  
Digərləri Hacı Şahinin yaxın dostu ilə SON YAZIŞMASI

Martın 2-si səhər saatlarında ürəktutmasından vəfat edən tanınmış il

arrow Ətraflı
Yol polisi moped sürücülərinə xəbərdarlıq edir... like
  • 13 Mar 10:36  
Digərləri Yol polisi moped sürücülərinə xəbərdarlıq edir...

Yollarda təhlükəli manevrlər edirlər. Digər hərəkət iştirakçıları �

arrow Ətraflı
"Bilik" kuboku öz sahibini tapdı like
  • 13 Mar 10:31  
Digərləri "Bilik" kuboku öz sahibini tapdı

Martın 12-də İcimai Televiziyanın efirində Azərbaycanın ən böyük və m

arrow Ətraflı
Ukrayna və ABŞ arasında gərginlik artır like
  • 13 Mar 10:25  
Dünya Ukrayna və ABŞ arasında gərginlik artır

Ukrayna və ABŞ arasında münaqişənin başa çatması və onun məqsədləri

arrow Ətraflı
Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir like
  • 13 Mar 10:17  
Digərləri Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir

Kapital Bank kiçik, orta və iri sahibkarlara əsas bank əməliyyatları və m

arrow Ətraflı
Azərbaycanda beynəlxalq daşımalarda avtomobillərin sayı iki dəfədən çox artıb like
  • 13 Mar 10:14  
Digərləri Azərbaycanda beynəlxalq daşımalarda avtomobillərin sayı iki dəfədən çox artıb

Azərbaycanda beynəlxalq daşımalarda istifadə olunan avtomobillərin sayı s

arrow Ətraflı
TAP 2023cü ildə də qabaqcıl göstəriciləri qoruyub saxlayacaq like
  • 13 Mar 10:10  
Digərləri TAP 2023cü ildə də qabaqcıl göstəriciləri qoruyub saxlayacaq

"Trans-Adriatik Boru Kəməri (TAP) Bolqarıstanda qaza tələbatın təqri

arrow Ətraflı
Azərbaycan apreldə bu kəndləri azad edə bilər like
  • 13 Mar 09:59  
Dünya Azərbaycan apreldə bu kəndləri azad edə bilər

Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar s

arrow Ətraflı
20 yaşlı qız hoteldə ölü tapıldı like
  • 13 Mar 09:51  
Kriminal 20 yaşlı qız hoteldə ölü tapıldı

Tovuzda hoteldə 20 yaşlı qız ölüb.

arrow Ətraflı
İranın Qarabağa yerləşdirdiyi terrorçularla bağlı ŞOK TƏFƏRRÜAT like
  • 13 Mar 09:43  
Digərləri İranın Qarabağa yerləşdirdiyi terrorçularla bağlı ŞOK TƏFƏRRÜAT

Fars molla rejiminin anti-Azərbaycan, anti-türk siyasətinin yeni təfərrüat

arrow Ətraflı
Mənzilini yandırdı, yeddinci mərtəbədən atıldı və sağ qaldı like
  • 13 Mar 09:37  
Digərləri Mənzilini yandırdı, yeddinci mərtəbədən atıldı və sağ qaldı

Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pənc�

arrow Ətraflı