X Qlobal Bakı Forumu: Miqrasiya problemini yaradan amillərlə bağlı müzakirələr aparılıb FOTO


Siyasət 10 Mar 2023 16:04:00 219 0

X Qlobal Bakı Forumu: Miqrasiya problemini yaradan amillərlə bağlı müzakirələr aparılıb  FOTO

Azərbaycan paytaxtında keçirilən "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu martın 10-da işini panel iclaslarla davam etdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Forumun beşinci panel iclası "Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi" mövzusuna həsr olunub.

Dünyanın qlobal məsələlərindən olan miqrasiya problemini doğuran səbəblər və onun həlli yollarına həsr olunmuş panel iclasa İsveç İnkişaf Naminə Əməkdaşlıq Agentliyinin sabiq Baş direktoru, BMT-nin İKT üzrə işçi qrupunun üzvü, UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Hökumətlərarası Şurasının sabiq sədri, "Globethics.net" platformasının prezidenti Valter Fust moderatorluq edib.

V.Fust bildirib ki, dünyada milyonlarla insan öz vətənini tərk edərək yaxşı yaşayış və təhsil almaq üçün başqa ölkələrə üz tutur. Münaqişə və müharibələr, çətin yaşayış şəraiti, iqlim dəyişikliyi miqrantların sayını getdikcə artırır. Moderator miqrasiya məsələsinin dünyanın qlobal problemlərindən birinə çevrilməsindən və bu problemin həllində inteqrasiyanın rolundan danışıb. Qərbi Avropaya köç edənlərin sayının daha çox olduğunu diqqətə çatdıran moderator son illərdə 200 min miqrantın öz ölkəsinə qayıtdığını deyib.

Latviyanın sabiq Baş naziri Laymdota Strauyuma miqrasiya problemi ilə bağlı ölkəsinin təcrübəsindən bəhs edərək bildirib ki, 1990-cı ildən sonra Latviyanı 600 min insan tərk edib. O, buna səbəb kimi sovet dövründə insanların üzləşdikləri problemləri, iqtisadi çətinlikləri göstərib. O qeyd edib ki, ölkəsi miqrasiya problemini yalnız 2021-ci ildə balanslaşdıra bilib. Lakin Ukraynadakı müharibə ilə əlaqədar olaraq Latviyaya xeyli sayda qaçqın gəlib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburiçi çıxış edərək bir çox ölkələrin miqrasiyadan zərər gördüyünü vurğulayıb. O, ölkəsində əhalinin 30 faizinin başqa ölkələri köç etdiyini bildirib: "Həmin miqrantların çoxu bizim ölkəyə töhfə verə biləcək insanlar idi. Moldova son illərdə milyondan artıq qaçqın qəbul edib".

Vurğulanıb ki, miqrasiya problemini həll etmək üçün əvvəla onu doğuran səbəblər araşdırılmalıdır. Sabiq baş nazir miqrasiya probleminin həlli üçün qlobal layihənin hazırlanması təklifi ilə çıxış edib.

Miqrasiyanın mürəkkəb fenomen olduğunu diqqətə çatdıran Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məsələyə optimist nöqteyi-nəzərindən yanaşmanın vacibliyini qeyd edib. Bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurdlarını tərk edib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra onların doğma torpaqlarına qayıtmasını təmin etməyə başlayıb. Əsas məsələnin miqrasiyanı doğuran kök səbəblərin aradan qaldırılması olduğunu deyən V.Hüseynov Azərbaycanın miqrasiyanı inkişaf amili kimi də qəbul etdiyini vurğulayıb.

İqlim dəyişikliyi, yoxsulluq, münaqişələr nəticəsində miqrasiya edənlərin sayının artdığını qeyd edən Dövlət Miqrasiya Xidmətinin rəisi bu məsələnin qlobal gündəmi zəbt etdiyini bildirib. Qeyd edib ki, COVID-19 pandemiyası da miqrasiyada rəqəmlərin artmasına öz təsirini göstərib. O, miqrasiya probleminin həlli üçün qeyri-bərabərliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb. V.Hüseynov bu məsələdə həmrəyliyin və beynəlxalq sənədlərdən istifadənin əhəmiyyətini qeyd edib.

Kolumbiyanın sabiq xarici işlər naziri Mariya Angela Holquin Latın Amerikası ölkələrinə dəstək verilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, miqrasiya probleminin həllində QHT-lərin fəaliyyətindən istifadə olunmalıdır. xanım Holquin miqrasiya probleminə humanitar məsələ kimi baxılmasının vacibliyini qeyd edib, ölkəsinin üzləşdiyi çətinliklərdən və onlardan çıxış yollarından danışıb. Deyib ki, miqrasiya probleminə dərhal reaksiya vermək lazımdır.

Qlobal Bakı Forumunun təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edən ISESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri forumda dünyanı narahat edən problemlərin müzakirə olunduğunu diqqətə çatdırıb. Miqrasiya məsələsinə toxunan sabiq Baş direktor bəzi ölkələrdə müharibələrə və iqtisadi baxımdan çətinliklərə görə əhalinin öz yurdlarını tərk etdiyini bildirib.

"Mən bir çox Afrika ölkəsində olmuşam. Afrikalılara qarşı göstərilən münasibət çox da yaxşı deyil. İnsanları yaxşı və ya pis olaraq ayırmamalıyıq. Onları rəngə, irqə, dinə görə bölmək qəbuledilməzdir", - deyə əl-Tüveycri vurğulayıb.

O, bu məsələnin həllində beynəlxalq əməkdaşlığın rolunu qeyd edib.

Ekvadorun sabiq Prezidenti Rozaliya Arteaqa Serrano bildirib ki, qaçqınların 50 faizi qadınlardır. Çünki onlar zorakılığa məruz qalırlar. İnsanların öz vətənlərini tərk etməmələri üçün bərabərlik və iş imkanları olmalıdır. O, ölkəsində miqrasiya ilə bağlı ədalətli qanunların qəbul olunduğunu bildirib.

Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Muhəmməd Mahmud Abdelsalam isə çıxışında dünya dövlətlərini miqrasiya probleminin həlli üçün irqçiliyə, ayrı-seçkiliyə son qoymağa çağırıb.

Dünyanın üzləşdiyi çətinliklərin həlli yollarının müzakirəsi üçün X Qlobal Bakı Forumunda iştirak eetməsindən məmnunluğunu ifadə edən Baş katib deyib ki, miqrasiya məsələlərində ərəb və Afrika ölkələri də unudulmamalıdır. "Miqrantlar ölkələrindən iqtisadi böhran, iqlim dəyişikliyi və digər səbəblərdən köçürlər. Bəzi miqrantlar köçüb getdikləri ölkələrə iqtisadi baxımdan böyük töhfələr verirlər. Miqrantlar arasında çox savadlı olan şəxslər də var. Bəzi ölkələr də var ki, onlar qaçqınları qorumaq istəmir. Biz bu problem qarşısında bir olmalı, beynəlxalq həmrəylik üçün çalışmalıyıq", - deyə o vurğulayıb.

Panel iclası müzakirələrlə davam edib.

Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu öz işinə martın 11-də yekun vuracaq.

Əmək Məcəlləsində dəyişiklik edildi like
  • 10 Mar 16:02  
Siyasət Əmək Məcəlləsində dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində d

arrow Ətraflı
“Regional tərəfdaşların inkişafı” layihəsi davam edir  FOTO like
  • 10 Mar 15:59  
Digərləri “Regional tərəfdaşların inkişafı” layihəsi davam edir FOTO

Layihə çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan sahibkarlar

arrow Ətraflı
Gəncədə maskalı şəxslər evə basqın edib  FOTO like
  • 10 Mar 15:54  
Kriminal Gəncədə maskalı şəxslər evə basqın edib FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikl

arrow Ətraflı
"Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür" like
  • 10 Mar 15:20  
Digərləri "Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür"

Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür.

arrow Ətraflı
Türkiyədə seçkilərin vaxtı dəqiqləşdi like
  • 10 Mar 15:16  
Digərləri Türkiyədə seçkilərin vaxtı dəqiqləşdi

Türkiyədə parlament və prezident seçkiləri 14 mayda keçiriləcək.

arrow Ətraflı
Azərbaycanlı aparıcıdan oğlu ilə ifa...  VİDEO like
  • 10 Mar 15:10  
Şou-biznes Azərbaycanlı aparıcıdan oğlu ilə ifa... VİDEO

Aparıcı Leyla Quliyeva övladı ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Azərbaycanın su ehtiyatının həcmi açıqlanıb like
  • 10 Mar 14:59  
Digərləri Azərbaycanın su ehtiyatının həcmi açıqlanıb

Adambaşına düşən suyun həcminə görə, Azərbaycan ilk yüzlükdə 90-cı

arrow Ətraflı
Qlobal Bakı Forumunun strateji və qlobal aspektdə əhəmiyyəti artıb  Cozef Muskat like
  • 10 Mar 14:45  
Siyasət Qlobal Bakı Forumunun strateji və qlobal aspektdə əhəmiyyəti artıb Cozef Muskat

Qlobal Bakı Forumunun artıq strateji və qlobal aspektdə əhəmiyyəti artıb

arrow Ətraflı
Çingiz Əhmədov qız nəvəsinə ev alıb?  VİDEO like
  • 10 Mar 14:37  
Şou-biznes Çingiz Əhmədov qız nəvəsinə ev alıb? VİDEO

Əməkdar artisti Çingiz Əhmədov ötən ilin sonunda dünyaya gələn qız n�

arrow Ətraflı
"Heç vaxt, kimsə buna cəsarət edə bilməz" like
  • 10 Mar 14:26  
Digərləri "Heç vaxt, kimsə buna cəsarət edə bilməz"

Son.az xəbər verir ki, bu həftə səlahiyyəti başa çatan Ali Məhkəmənin

arrow Ətraflı
Bu, Ermənistan ordusunu gücləndirəcək like
  • 10 Mar 14:15  
Dünya Bu, Ermənistan ordusunu gücləndirəcək

Ermənistan ötən ilin dekabr ayında da Hindistandan "Konkurs-M" rak

arrow Ətraflı
Qayınatası ona görə işdən çıxarılmışdı like
  • 10 Mar 14:04  
Kriminal Qayınatası ona görə işdən çıxarılmışdı

Ötən il Prezident Administrasiyasındakı vəzifəsindən azad edilən və bun

arrow Ətraflı
“Nar”abunəçilərinin 98%i müştəri xidmətlərindən məmnun qalıb like
  • 10 Mar 14:01  
Digərləri “Nar”abunəçilərinin 98%i müştəri xidmətlərindən məmnun qalıb

Mobil operator "Nar" ötən il ərzində göstərdiyi xidmətlərlə b

arrow Ətraflı