Qayınatası ona görə işdən çıxarılmışdı


Kriminal 10 Mar 2023 14:04:00 214 0

Qayınatası ona görə işdən çıxarılmışdı

Ötən il Prezident Administrasiyasındakı vəzifəsindən azad edilən və bundan bir neçə ay sonra vəfat edən Arif Novruzovun kürəkəni məhkəmə qarşısına çıxarılıb.

Son.az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə rayonun kuratoru kimi çalışan A.Novruzovun işdən çıxarılmasına səbəb olan kürəkəni, 1988-ci il təvəllüdlü Azər Cavanşir oğlu Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə alış-veriş edib.

Onun ümumilikdə 5 nəfərdən yarım milyon manata yaxın pul alıb ələ keçirdiyi qeyd edilib:

-  Təqsirləndirilən şəxs tanışının Rusiya Federasiyasının "İvanovski Dövlət Universiteti"ni bitirməsinə dair bakalavr diplomunu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasına köməklik edəcəyinə dair söz verərək ondan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 109 №-li binada yerləşən həmin ərəfədə direktoru olduğu "İnwool" dükanının yaxınlığında 4.200 manat məbləğində pul alaraq dələduzluq edib.

-  Bundan başqa A.Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq ələ keçirib.

-  Digər epizod üzrə təqsirləndirilən şəxs daha bir tanışının avtomobil alması məsələsinə köməklik edəcəyi adı ilə onun 25 min manatını alıb.

-  Bundan başqa, Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb.

-  Başqa bir tanışına isə A.Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə "İPhone" markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə ona gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər bir neçə ildir Azərə verdikləri pulu ala bilmədiklərini deyiblər. Onlar Azərlə dostluq münasibətlərinin olduğunu, onun lüks həyat yaşadığını, "Maseratti" və digər bahalı avtomobillərdən istifadə etdiyini, qayınatasının PA-da işlədiyini düşünərək ona etibar etdiklərini və vədlərə inanaraq pul verdiklərini deyiblər.

Bakı Ağr Cinayətlər Məhkəməsinin hökmü ilə 35 yaşlı Azər Əsgərov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Azərin qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, A.Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.

A.Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib.

“Nar”abunəçilərinin 98%i müştəri xidmətlərindən məmnun qalıb like
  • 10 Mar 14:01  
Digərləri “Nar”abunəçilərinin 98%i müştəri xidmətlərindən məmnun qalıb

Mobil operator "Nar" ötən il ərzində göstərdiyi xidmətlərlə b

arrow Ətraflı
BakıAğstafa sürət qatarına biletlərin qiyməti like
  • 10 Mar 13:57  
Digərləri BakıAğstafa sürət qatarına biletlərin qiyməti

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) mart

arrow Ətraflı
Bu il Qubadlı və Zəngilanda bir neçə kəndin inşası planlaşdırılır like
  • 10 Mar 13:55  
Siyasət Bu il Qubadlı və Zəngilanda bir neçə kəndin inşası planlaşdırılır

2023-cü il ərzində Qubadlı və Zəngilanda bir neçə kəndin inşa olunmas�

arrow Ətraflı
Xanımını öldürməkdə ittiham olunan aktyor like
  • 10 Mar 13:53  
Şou-biznes Xanımını öldürməkdə ittiham olunan aktyor

"İtirilmiş şosse" filminin aktyoru Robert Bleyk vəfat edib.

arrow Ətraflı
Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər? like
  • 10 Mar 13:31  
Kriminal Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər?

Martın 5-də Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun cansız bə

arrow Ətraflı
Bakıda qanunsuz tikintlərin qarşısı alındı like
  • 10 Mar 13:20  
Digərləri Bakıda qanunsuz tikintlərin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı
Hüseyn bayağı müğənnilərin hamamdan çıxdığını YAZDI like
  • 10 Mar 13:09  
Şou-biznes Hüseyn bayağı müğənnilərin hamamdan çıxdığını YAZDI

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə bayağı ifaçılar

arrow Ətraflı
Ukraynada təhlükəli tendensiya like
  • 10 Mar 12:58  
Dünya Ukraynada təhlükəli tendensiya

Ukraynada Rusiya ilə müharibənin hazırkı mərhələsində sülh danışıql

arrow Ətraflı
Qarabağ və Şərqi Zəngəzurda tikintiplanlaşdırmaya görə xidmət haqqı müəyyənləşib like
  • 10 Mar 12:51  
Digərləri Qarabağ və Şərqi Zəngəzurda tikintiplanlaşdırmaya görə xidmət haqqı müəyyənləşib

Qarabağ və Şərqi Zəngəzurda tikinti-planlaşdırma xidmətlərinə görə

arrow Ətraflı
Havanın temperaturu 22 dərəcəyədək yüksələcək like
  • 10 Mar 12:50  
Digərləri Havanın temperaturu 22 dərəcəyədək yüksələcək

Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkə

arrow Ətraflı
Nadirdən qəribə addım   Ayanla oxuyan zaman qədəhi yerə atıb sındırdı like
  • 10 Mar 12:47  
Şou-biznes Nadirdən qəribə addım Ayanla oxuyan zaman qədəhi yerə atıb sındırdı

Müğənni Nadir Qafarzadə həmkarı Səidə Sultanın ad günündə gözlənil

arrow Ətraflı
Paşinyan Bakı ilə razılaşsa, Rusiya Qarabağda MÜHARİBƏNİ BAŞLADACAQ like
  • 10 Mar 12:36  
Siyasət Paşinyan Bakı ilə razılaşsa, Rusiya Qarabağda MÜHARİBƏNİ BAŞLADACAQ

"Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası hesa

arrow Ətraflı
Hacı Şahini əvəzləyən Elbrus Kərimov kimdir? like
  • 10 Mar 12:31  
Digərləri Hacı Şahini əvəzləyən Elbrus Kərimov kimdir?

Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dad

arrow Ətraflı
Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb like
  • 10 Mar 12:25  
Digərləri Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb

Yeni, qabaqcıl dizaynı ilə Galaxy S23 seriyası innovasiyanın yüksək məhs

arrow Ətraflı