Hacı Şahini əvəzləyən Elbrus Kərimov kimdir?


Digərləri 10 Mar 2023 12:31:00 158 0

Hacı Şahini əvəzləyən Elbrus Kərimov kimdir?

Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahini əvəzləyən şəxsin kimliyi məlum olub. 

Son.az Sfera.az-a istinadən xəbər verir ki, bundan sonra Hacı Şahini Hacı Elbrus Kərimov əvəz edəcək. Bu gün saat 13:00-da möminlər Məşhədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qılacaqlar. 

Hacı Elbrus Kərimov kimdir? 

Hacı Şahinin xələfi gənc olsa da, şiə cameəsi tərəfindən yaxşı tanınır. 

Hacı Elbrus Kərimov 5 noyabr 1992-ci ildə anadan olub. Hacı Şahinin əsas yetirmələrindən biri sayılır. Azərbaycan dili ilə yanaşı, ərəb və rus dillərini də bilir. Hazırda Darul-Hikmət Elm və Tədris mərkəzində müəllim və elmi işçidir.

Mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil almağa başlayıb.

Darul Hikmət Elm və Tədris Mərkəzində rus və azərbaycan bölməsində Ərəb dili, Fars dili, Şəriət və Üsul dərslərini tədris edir.

"Dini anlama məntiqi" adlı kitabın müəllifidir. Kitaba ön sözü müəllimi Hacı Şahin Həsənli yazıb. Mərhum ilahiyyatçı yazmış olduğu ön sözdə tələbəsinin zehni əməyini yüksək qiymətləndirib. 

Sələfindən fərqli olaraq, Elbrus Kərimov sosial şəbəkələrdə o qədər də fəal deyil. Onun "İnstgram" hesabını cəmi 725 nəfər, "YouTube" hesabını isə 563 nəfər izləyir. 

Mərhum Hacı Şahin Həsənlinin öz sevimli tələbəsi Hacı Elbrusa həmişə dəstək olduğu bildirilir. Hacı Şahin sağlığında bir neçə dəfə Məşhədi Dadaş məscidində cümə namazının Hacı Elbrus Kərimov tərəfindən qılınmasına şərait yaradıb. 

Hacı Elbrus Kərimov ailəlidir, bir qız, bir oğul atasıdır. 

Son.az 

Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb like
  • 10 Mar 12:25  
Digərləri Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb

Yeni, qabaqcıl dizaynı ilə Galaxy S23 seriyası innovasiyanın yüksək məhs

arrow Ətraflı
Vilayət Eyvazov bu rayonun rəisini like
  • 10 Mar 12:14  
Digərləri Vilayət Eyvazov bu rayonun rəisini

Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov

arrow Ətraflı
Kritik aylar: Rusiya Ukraynada taktiki uğur qazanacaq like
  • 10 Mar 12:03  
Dünya Kritik aylar: Rusiya Ukraynada taktiki uğur qazanacaq

Növbəti yarımil Ukrayna konflikti üçün kritik ola bilər.

arrow Ətraflı
Separatçılar Azərbaycanla inteqrasiyaya meyilli sadə ermənilərə like
  • 10 Mar 11:59  
Siyasət Separatçılar Azərbaycanla inteqrasiyaya meyilli sadə ermənilərə

Elşad Həsənov: "Bəyanatla separatçıların fəaliyyətinə son qoyulma

arrow Ətraflı
Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU  Azərbaycanlıları like
  • 10 Mar 11:54  
Digərləri Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU Azərbaycanlıları

Artıq bir neçə gündür ki, İranda Azərbaycan vətəndaşı Fərid Səfərl

arrow Ətraflı
İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib like
  • 10 Mar 11:48  
Siyasət İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib

Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı F

arrow Ətraflı
Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? like
  • 10 Mar 11:45  
Digərləri Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir?

Türkiyədəki zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatma eht

arrow Ətraflı
Daha bir SEPAH komandiri güllələndi like
  • 10 Mar 11:41  
Digərləri Daha bir SEPAH komandiri güllələndi

İranda SEPAH-ın yüksək rütbəli hərbçisi öldürülüb.

arrow Ətraflı
Kamaləddin Qafarov: “İslahatlar tədricən öz nəticələrini verməkdədir” like
  • 10 Mar 11:35  
Siyasət Kamaləddin Qafarov: “İslahatlar tədricən öz nəticələrini verməkdədir”

"2020-ci il  fevralın 9-da  Azərbaycanda keçirilmiş növbədənkənar

arrow Ətraflı
Səidə özünə ad günü etdi like
  • 10 Mar 11:30  
Şou-biznes Səidə özünə ad günü etdi

Müğənni Səidə Sultan yeni yaşına qədəm qoyub.

arrow Ətraflı
Ukrayna Silahlı Qüvvələrinin like
  • 10 Mar 11:19  
Dünya Ukrayna Silahlı Qüvvələrinin

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub.

arrow Ətraflı
İsraildən İran açıqlaması: like
  • 10 Mar 11:08  
Digərləri İsraildən İran açıqlaması:

İranın nüvə silahına can atması İsraildən istənilən prosesə hazır ol

arrow Ətraflı
Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir like
  • 10 Mar 10:57  
Siyasət Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir

Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir. Buna gör�

arrow Ətraflı
Zlatko Laqumciya Azərbaycanın geosiyasi uğurlarının like
  • 10 Mar 10:53  
Siyasət Zlatko Laqumciya Azərbaycanın geosiyasi uğurlarının

Azərbaycan liderləri üzləşdikləri çağırışlara baxmayaraq, ölkənin i

arrow Ətraflı