Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər?


Kriminal 10 Mar 2023 13:31:00 219 0

Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər?

Martın 5-də Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun cansız bədəni bağban işlədiyi Zirə qəsəbəsindəki bağ evinin hamamında aşkar edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, rəsmi qurumların verdiyi ilkin məlumata görə Vüsal Nəcəfov dəm qazından boğulub. Bağban işlədiyi evin sahibi Əli Hüseynov isə Vüsal Nəcəfovun epilepsiya tutmasından dünyasını dəyişdiyini iddia edib.  Vüsal Nəcəfov 10 ilə yaxındır ki, Zirə qəsəbə sakini Əli Hüseynovun evində bağban kimi çalışırmış. Hər dəfə işləyəndən sonra evin həyətində yerləşən hamamda yuyunub, sonra evinə gedirmiş. Bu dəfə ev sahibi və ailəsi evdə olmayıb. Vüsal Nəcəfov yuyunmaq üçün hamama keçib və ondan saatlarla xəbər çıxmayıb...

Mərhumun həyat yoldaşı və yaxınları Vüsal Nəcəfovun ölümündə şübhəli məqamların olduğunu iddia edirlər.  Bizim.media-ya müraciət edən Nəsibə Mürsəlovanın iddiasına görə həyat yoldaşı Vüsal Nəcəfov öz əcəli ilə ölməyib:

"Yoldaşımı bacısına görə anası, dayısı və xalası oğlu ölümlə hədələyirdi. "Səni Türkandan yox elətdirərik, öldürərik, işimizə qarışma", - deyə təhdidlər alırdı. Vüsal bacısını düz yola çəkmək istəyirdi. Onun üçün hər şey edirdi. Amma heç bir faydası olmadı, əksinə, özü bu həyatdan getdi. Təhdidlərdən yorulmuşdu, ölən günə qədər qorxurdu".  Nəsibə Mürsəlova həyat yoldaşının ölüm faktının araşdırılması ilə bağlı polis şöbəsinə müraciət etdiyini bildirib: "Dünən polis bölməsində izahat yazdım. İstəyirəm, Vüsalın ölümü diqqətlə araşdırılsın. Meyiti ekspertiza olunub, 21 gündən sonra nəticəsi məlum olacaq".  Nəsibə Mürsəlovanın səlahiyyətli nümayəndəsi Vüqar Əmirov da Vüsal Nəcəfovun ölümündə şübhəli məqamların olduğuna diqqət çəkib. O, deyib ki, bacısı Səadət Nəcəfovanın erkən yaşda və qeyri-rəsmi nikaha girməsinə etiraz edən Vüsal Nəcəfov dəfələrlə Xəzər Rayon Polis İdarəsinə müraciətlər edib və izahatları alınıb. Amma işə baxılmayıb. 14 yaşında nikaha girən, 15 yaşında isə ana olan bacısının bir övladla atılması və ortada qalması ilə barışa bilməyib:  "Bacısının düz yola qayıtmasına görə mübarizə aparırdı. Anası ilə bu səbəbdən münasibətləri gərginləşmişdi. Anası Raisədən (əsl adı Raifədir), xalası oğlu Bahəddindən, Moskvada yaşayan dayısından və digər qohumlarından hədələr alırdı ki, "Səadətlə işin olmasın, onun böyüyü bizik, ərə biz vermişik və sən qarışma" deyirdilər. Vüsal ölümündən bir həftə əvvəl bacısını yanacaqdoldurma məntəqəsində dostunun maşınında görmüşdü. Yaxınlaşıb onu maşından düşürmək istəyəndə bacısı sürücüyə işarə edib və oradan uzaqlaşıblar. Həmin gün də şikayətləndi ki, bacısının hərəkətlərinə görə ailə üzvləri onu ölümlə hədələyirlər. Telefonu yoxlanılsa, yəqin ki, kimlər tərəfindən hədələndiyi ortaya çıxacaq. Vüsalın sağlığında məndən xahişi o olub ki, ona bir şey olsa, mübarizəsini mən davam etdirim".  Vüqar Əmirovun sözlərinə görə Vüsal Nəcəfovun ölümü ilə bağlı iki versiyanın ortaya atılması da olayla bağlı şübhələri artırır: "Prokurorluqdan və "morq"dan bizə məlumat verildi ki, Vüsal qaz sızmasından vəfat edib. Ev sahibi Əli Hüseynov isə əminliklə deyir ki, Vüsal dəm qazından deyil, epilepsiyadan dünyasını dəyişib. O zaman sual olunur, epilepsiya xəstəsi həmin gün işə niyə çağırılır və evdə tək buraxılır? Vüsal Əlinin evində 10 ildir ki, çalışır və o, işlədiyi vaxt evdə hər zaman adam olub. Amma həmin gün Əli ailəsi ilə qonaq gedib və gecə saatlarında evə gəliblər. Evdə adam olsaydı, o, ölməzdi. Vüsal əsəbiləşəndə ürəkkeçməsi olurdu. Bəzən aylarla narahatlığı olmurdu. Dərmanını vaxtı-vaxtında qəbul edəndə isə şikayətlənməzdi".   Xatırladaq ki, Türkan qəsəbə sakini Səadət Nəcəfova 2020-ci ildə 14 yaşında  qəsəbə sakini 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha girib, 15 yaşında isə 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) ana olub. Xəstəxana azyaşlının uşaq dünyaya gətirməsi ilə bağlı dərhal Xəzər Rayon Polis İdarəsinə məlumat verib. Amma aidiyyəti polis bölməsi olaya heç bir reaksiya verməyib və günahkarlar cəzalandırılmayıb. Səadət Nəcəfova ailəli ola-ola, həyat yoldaşının xalası oğlu ilə münasibətdə olduğuna görə isə qardaşı Vüsal Nəcəfov tərəfindən döyülüb. Vüsal Nəcəfovun bacısı, anası və yaxınları ilə münasibətləri bu səbəbdən gərginləşib.  Sözügedən şəxsin ölüm faktının araşdırılması ilə bağlı Baş Prokurorluğa sorğu göndərilsə də, hələ açıqlama verilməyib. 

Son.az 

Bakıda qanunsuz tikintlərin qarşısı alındı like
  • 10 Mar 13:20  
Digərləri Bakıda qanunsuz tikintlərin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı
Hüseyn bayağı müğənnilərin hamamdan çıxdığını YAZDI like
  • 10 Mar 13:09  
Şou-biznes Hüseyn bayağı müğənnilərin hamamdan çıxdığını YAZDI

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə bayağı ifaçılar

arrow Ətraflı
Ukraynada təhlükəli tendensiya like
  • 10 Mar 12:58  
Dünya Ukraynada təhlükəli tendensiya

Ukraynada Rusiya ilə müharibənin hazırkı mərhələsində sülh danışıql

arrow Ətraflı
Qarabağ və Şərqi Zəngəzurda tikintiplanlaşdırmaya görə xidmət haqqı müəyyənləşib like
  • 10 Mar 12:51  
Digərləri Qarabağ və Şərqi Zəngəzurda tikintiplanlaşdırmaya görə xidmət haqqı müəyyənləşib

Qarabağ və Şərqi Zəngəzurda tikinti-planlaşdırma xidmətlərinə görə

arrow Ətraflı
Havanın temperaturu 22 dərəcəyədək yüksələcək like
  • 10 Mar 12:50  
Digərləri Havanın temperaturu 22 dərəcəyədək yüksələcək

Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkə

arrow Ətraflı
Nadirdən qəribə addım   Ayanla oxuyan zaman qədəhi yerə atıb sındırdı like
  • 10 Mar 12:47  
Şou-biznes Nadirdən qəribə addım Ayanla oxuyan zaman qədəhi yerə atıb sındırdı

Müğənni Nadir Qafarzadə həmkarı Səidə Sultanın ad günündə gözlənil

arrow Ətraflı
Paşinyan Bakı ilə razılaşsa, Rusiya Qarabağda MÜHARİBƏNİ BAŞLADACAQ like
  • 10 Mar 12:36  
Siyasət Paşinyan Bakı ilə razılaşsa, Rusiya Qarabağda MÜHARİBƏNİ BAŞLADACAQ

"Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası hesa

arrow Ətraflı
Hacı Şahini əvəzləyən Elbrus Kərimov kimdir? like
  • 10 Mar 12:31  
Digərləri Hacı Şahini əvəzləyən Elbrus Kərimov kimdir?

Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dad

arrow Ətraflı
Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb like
  • 10 Mar 12:25  
Digərləri Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb

Yeni, qabaqcıl dizaynı ilə Galaxy S23 seriyası innovasiyanın yüksək məhs

arrow Ətraflı
Vilayət Eyvazov bu rayonun rəisini like
  • 10 Mar 12:14  
Digərləri Vilayət Eyvazov bu rayonun rəisini

Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov

arrow Ətraflı
Kritik aylar: Rusiya Ukraynada taktiki uğur qazanacaq like
  • 10 Mar 12:03  
Dünya Kritik aylar: Rusiya Ukraynada taktiki uğur qazanacaq

Növbəti yarımil Ukrayna konflikti üçün kritik ola bilər.

arrow Ətraflı
Separatçılar Azərbaycanla inteqrasiyaya meyilli sadə ermənilərə like
  • 10 Mar 11:59  
Siyasət Separatçılar Azərbaycanla inteqrasiyaya meyilli sadə ermənilərə

Elşad Həsənov: "Bəyanatla separatçıların fəaliyyətinə son qoyulma

arrow Ətraflı
Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU  Azərbaycanlıları like
  • 10 Mar 11:54  
Digərləri Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU Azərbaycanlıları

Artıq bir neçə gündür ki, İranda Azərbaycan vətəndaşı Fərid Səfərl

arrow Ətraflı
İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib like
  • 10 Mar 11:48  
Siyasət İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib

Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı F

arrow Ətraflı