Separatçılar Azərbaycanla inteqrasiyaya meyilli sadə ermənilərə


Siyasət 10 Mar 2023 11:59:00 170 0

Separatçılar Azərbaycanla inteqrasiyaya meyilli sadə ermənilərə

Elşad Həsənov: "Bəyanatla separatçıların fəaliyyətinə son qoyulmayacaq, yaxşı olar ki..."

Qarabağdakı erməni separatçıların liderinin "müşaviri" David Babayan sosial şəbəkədəki paylaşımında Azərbaycana inteqrasiya tərəfdarı olanların mövcudluğunu bu sözlərlə ifadə edib və onları hədələyib:

"Qarabağda özünü Azərbaycanın bir hissəsi sayan insanlar yoxdur. Bir, iki, üç nəfər, belə deyək, sadəlövh, satqın, ələ alınmış hər bir cəmiyyətdə ola bilər, ancaq cəmiyyətin əsas hissəsi buna qarşıdır. Belə düşünmək, sadəcə olaraq ayıbdır. Əgər kimsə Azərbaycana inteqrasiya məsələsini qaldırsa və bunu gündəmə çevirsə, düşünürəm, belə fəaliyyət ən yaxşı halda intihar olar".

Bu, Azərbaycanın erməni icmasına qarşı açıq-aydın təhdiddir və terrora çağırışdır. Belə vəziyyət Azərbaycanın əlinə antiterror əməliyyatı keçirmək şansını verirmi və dünya birliyi bu terror hədəsinə hansı yöndə reaksiya verməlidir?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistandakı və Qarabağdakı separatçılığa meylli qüvvələr Azərbaycanla inteqrasiyaya qarşı çıxırlar: "Qarabağda 25-30 min cıvarında erməni yaşayır. Onların içərisində bəzi separatçıları çıxmaq şərtilə, qalan sadə, zəhmətkeş əhali Azərbaycana inteqrasiyanı istəyir. 30 illik ağır şəraitdən sonra heç olmasa indi insan kimi yaşamağı düşünürlər. Onlar bilir ki, Azərbaycanın iqtisadi qüdrəti Ermənistandan qat-qat çoxdur. Ona görə də, bizə meylləri daha çoxdur. Arayik Arutunyan və onun komandası ermənilərə bu imkanı vermir. Bunun üçün də əllərindən gələn nə varsa edirlər. Belə bir halda, orada səsini çıxarmaq istəyən insanlar da qorxur. Biz yenə də üçtərəfli Bəyanatın şərtlərinə əməl edilməsini tələb etməliyik. Rusiya sülhməramlılarının əraziyə yerləşməsi ilə bərabər, Azərbaycan ərazisində olan silahlılar oradan çıxarılmalı idi. Ancaq görürük ki, hələ də ermənilərin quldur dəstələri ordadır. Görünən budur ki, Rusiya sülhməramlıları bu gün də bizim tələblərimizə cavab vermir. Hətta gizli yollarla Ermənistandan silah daşınmasının qarşısını almırlar".

Ekspertin sözlərinə görə, Münhendəki görüşdən sonra Prezident bildirdi ki, biz gələcəkdə Qarabağdakı erməni icması ilə danışıqlar aparacağıq: "Azərbaycanın təzyiqi ilə Vardanyan tutduğu "vəzifədən" azad edildi. Bundan sonra Azərbaycan dövlətinin təmsilçiləri ilə erməni icması aradında görüş də keçirildi. Gələcəkdə belə formatda görüşlərin keçirilməsi planlaşdırılır. Buna görə də, separatçılar görüş tərəfdarı olanları hədələyir. Nə qədər ki, orada separatçılar var, bizim tələblərin həyata keçməsi real görünmür. Bunlar alınmasa, biz öz ərazimizdə antiterror əməliyyatı keçirib, həmin qanunsuz silahlıları Qarabağdan çıxaracayıq. Hələlik bunu danışıqlar yolu ilə etməyə çalışırıq. Ermənistan Avropanın yarımhərbi missiyasını sərhədə gətirib. Martın 5-də  baş verən silahlı insidentdən sonra həmin missiyanın Qarabağa da yerləşməsi tələb edilir. Buna Rusiya da etiraz edir. Görünən budur ki, münaqişəni daha da gərginləşdirməyə çalışırlar. Bu səbəbdən də beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir. Bəyanatla separatçıların fəaliyyətinə son qoyulmayacaq. Yaxşı olar ki, Azərbaycan hansı yolla olursa-olsun, separatçıları qovub ərazimizdın çıxarsın".

Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU  Azərbaycanlıları like
  • 10 Mar 11:54  
Digərləri Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU Azərbaycanlıları

Artıq bir neçə gündür ki, İranda Azərbaycan vətəndaşı Fərid Səfərl

arrow Ətraflı
İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib like
  • 10 Mar 11:48  
Siyasət İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib

Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı F

arrow Ətraflı
Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? like
  • 10 Mar 11:45  
Digərləri Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir?

Türkiyədəki zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatma eht

arrow Ətraflı
Daha bir SEPAH komandiri güllələndi like
  • 10 Mar 11:41  
Digərləri Daha bir SEPAH komandiri güllələndi

İranda SEPAH-ın yüksək rütbəli hərbçisi öldürülüb.

arrow Ətraflı
Kamaləddin Qafarov: “İslahatlar tədricən öz nəticələrini verməkdədir” like
  • 10 Mar 11:35  
Siyasət Kamaləddin Qafarov: “İslahatlar tədricən öz nəticələrini verməkdədir”

"2020-ci il  fevralın 9-da  Azərbaycanda keçirilmiş növbədənkənar

arrow Ətraflı
Səidə özünə ad günü etdi like
  • 10 Mar 11:30  
Şou-biznes Səidə özünə ad günü etdi

Müğənni Səidə Sultan yeni yaşına qədəm qoyub.

arrow Ətraflı
Ukrayna Silahlı Qüvvələrinin like
  • 10 Mar 11:19  
Dünya Ukrayna Silahlı Qüvvələrinin

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub.

arrow Ətraflı
İsraildən İran açıqlaması: like
  • 10 Mar 11:08  
Digərləri İsraildən İran açıqlaması:

İranın nüvə silahına can atması İsraildən istənilən prosesə hazır ol

arrow Ətraflı
Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir like
  • 10 Mar 10:57  
Siyasət Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir

Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edir. Buna gör�

arrow Ətraflı
Zlatko Laqumciya Azərbaycanın geosiyasi uğurlarının like
  • 10 Mar 10:53  
Siyasət Zlatko Laqumciya Azərbaycanın geosiyasi uğurlarının

Azərbaycan liderləri üzləşdikləri çağırışlara baxmayaraq, ölkənin i

arrow Ətraflı
Pandemiyadan sonrakı həyatımızı yavaşyavaş bərpa edirik like
  • 10 Mar 10:42  
Dünya Pandemiyadan sonrakı həyatımızı yavaşyavaş bərpa edirik

Pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik.

arrow Ətraflı
Azərbaycanda COVID19dan ölüm sayı digər ölkələrlə müqayisədə azdır like
  • 10 Mar 10:40  
Siyasət Azərbaycanda COVID19dan ölüm sayı digər ölkələrlə müqayisədə azdır

Azərbaycanda COVID-19 səbəbindən ölüm sayı digər ölkələrlə müqayis�

arrow Ətraflı
İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib like
  • 10 Mar 10:37  
Siyasət İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail D�

arrow Ətraflı