Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti nəticəsində Qoşulmama Hərəkatının dünyada rolu artır Sahil Kərimli
Siyasət 03 Mar 2023 17:40:00 324 0
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə növbəti dəfə Azərbaycandan dünyaya ciddi və əhəmiyyətli mesajlar verildi. Azərbaycan Qoşulmama hərəkatına rəhbərlik etdiyi dövrdə bu təşkilatın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti nəticəsində Qoşulmama Hərəkatının dünya rolu artır.
Bu xəbəri də oxu: Ermənistan delimitasiya komissiyasının tərkibi dəyişdi
Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, son illər dünyada yaranan yeni nizam və reallıqlar fonunda Azərbaycan Qoşulmama Hərəkatını önə çıxarmağı bacarıb:
"Belə olduğu halda BMT Təhlükəsizlik Şurasının və digər bu kimi qurumların artıq heç bir işə yaramadığı, təsir imkanlarının itirildiyi, xüsusilə də ədalətin və hüququn işləmədiyi gün kimi aydındır. Azərbaycan öz qətiyyətli addımları və praqmatik siyasəti ilə bu reallığı bütün dünyaya göstərib. Xüsusilə də BMT TŞ-nin qətnamələrinin 30 ilə yaxın icra edilməməsini indi dünyada bilməyən yoxdur. Azərbaycan bu qətnamələri öz gücü ilə icra etdi və torpaqlarını işğaldan azad etməklə ədaləti bərpa etdi. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, BMT tarixində belə bir hal olmayıb. Bu da BMT TŞ-nin dünyada gedən proseslərə təsir imkanlarının itdiyini ortaya qoyur. Dəyişən dünyada yeni düzənin qurulması mərhələsində Azərbaycanın rəhbərliyi ilə Qoşulmama Hərəkatı bu baxımdan əvəzsiz rol oynayır. Qanlı müharibələrin və tənəzzülün sürətlə dərinləşdiyi dünyada təhlükəli proseslərin qarşısının alınmasına Azərbaycan daim töhfələr verib. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında bir çox önəmli məqamlara toxunmaqla yenə Bakıdan dünyaya sülh mesajları verdi. Azərbaycan uzun illər, hətta bu gün də ikili standartlar siyasətindən, haqsızlıqdan əziyyət çəkən ölkə kimi çalışır ki, dünyada ədalət bərpa edilsin. İmperialist və sümürgəçi siyasət yeridən ölkələr bu siyasətdən əl çəksin. Utancverici qanlı tarixə məxsus olan Fransa kimi işğalçı ölkənin imperialist siyasətini bu gün də, 21-ci əsrdə də davam etdirməsi həqiqətən də məyusluq doğrurur. Əslində, Azərbaycan Fransanın əsl mahiyyətini dünyaya göstərir. 30 il Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına dəstək verən Fransa günü bu gün də işğalçılığı alovlandırır. Əslində, Fransa kimi imperialist ölkənin işğalçı Ermənistana dayaq durması heç bir təəccüb doğurmur. Çünki mahiyyəti budur".
"Musiqiçilərdən milyoner olmayıb. Söhbət sənətlə təmiz məşğul
Koronavirusa qarşı "Sputnik V" vaksininin yaradıcılarından biri o
"Nikol Paşinyanın açıqlaması onu deməyə əsas verir ki, hazırda mü
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhn
Boliviyanın şimal ərazilərində Amazon cəngəlliklərində 4 dostu ilə ova
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim ad�
Azərbaycanda ödənişli parklanma yerləri ilə bağlı yeni sistemin tətbiq
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana cavab ve
Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiy
Aparıcı Elgiz Əkbərin növbəti açıqlaması maraq yaradıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasın
Yanacaqdoldurma məntəqəsindən 23 dollar məbləğində pul oğurlayan Çin s
Müğənni Dilarə Kazımova yeni layihəsi ilə gündəmə gəlib.
Qanunsuz erməni dəstələrinin postlarında olan videomüşahidə kameraları