Paşinyan müharibədən sonra İLK DƏFƏ ETİRAF ETDİ:


Siyasət 03 Mar 2023 17:31:00 203 0

Paşinyan müharibədən sonra İLK DƏFƏ ETİRAF ETDİ:

"Nikol Paşinyanın açıqlaması onu deməyə əsas verir ki, hazırda mühim geosiyasi proseslər fonunda Ermənistan regional təhlükəsizliyi gücləndirmək üçün mühim çağırışlara cavab verməlidir".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa heç bir yolu yoxdur:

"Ermənistan tərəfi təəssüflər olsun ki, pozucu niyyətlərindən əl çəkmir, regional kommunikasuya xəttlərinin açılması, iqtisadi fəaliyyətin bərpa olunması, diplomatik əlaqələrin qurulması ilə bağlı çox yaxşı imkanlar olsa da bu imkanlardan imtina edir. Ermənistan baş nazirinin İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə bütün çıxışları təzadlıdır, birmənalı deyil və məhz regional sabitliyə qarşı yönəlib. 

Ermənistan üçün kapitulyasiya bənzər bir sənəd olmayan sülh müqaviləsinə imza atmaqda qərarlı olduğunu bildirən Nikol Paşinyan hələ indidən artıq öz şərtlərini irəli sürür. Sanki ona eyham vurur ki, üçtərəfli birgə bəyanat kapitulyasiya sənədi idi və Ermənistan müharibənin gedişində buna razı oldu. 

Paşinyan bununla bildirmək istəyir ki, bir də bundan sonra özləri üçün hansısa qəbulolunmaz sənədə imza atmayacaq. Bunun özü qüsurlu yanaşma, qüsurlu düşüncədir. Çünki regional sabitıiyi möhkəmləndirmək üçün atılan addımlar heç də tərəflərin maraqlarına qarşı yönəlməyib.

Bu gün dünyada nə qədər ərazi bütövlüyünə, suverenliyinə qarşı möhkəm iradə varsa, Azərbaycan da bu iradənin daha da gücləndirilməsini tələb edir. Digər tərəfdən qeyd etməliyik ki, Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa heç bir yolu yoxdur. Bu yekun, qəti bir mövqedir. Məhz buna görə Münhen Təhlükəsizlik Konfransında tərəflər plenar iclasa dəvət olunmuşdular, məhz buna görə bu gün ABŞ, Avropa İttifaqı və Rusiya vasitəçi qismində çıxış edir, məhz buna görə regionda maraqları kəsişən güclər var və məhz buna görə də tərəflərin sülh müqaviləsini imzalaması regional sabitliyə töhvə verəcək. 

İrəli sürülən bütün bu istiqamətləri Ermənistan hökümətinin rəhbəri anlamalı və buna uyğun davranmalıdır. Bəli, məsuliyyəti üzərinə götürməli və tarixi sənədə imza atmaq zamanıdır. Bu gün hər hansısa tələblər irəli sürmək yolverilməzdir. Vətən müharibəsində qalib gələn Azərbaycan özü tələbləri müəyyənləşdirir və ona uyğun addımların atılmasını da məcbur edir".

Qeyd edək ki, Nikol Paşinyan bu gün mətbuata bəyanatla çıxışı zamanı Azərbaycanla sülh müqaviləsi barədə danışıb: "Mən Azərbaycanla sülh müqaviləsi imzalamaq məsələsində tam qətiyyətliyəm, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzəyən sənəd olmamalıdır. Bu, regionumuzda real və davamlı sülh haqqında sənəd olmalıdır və mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram".

Təhməz Əsədov Son.az

Könül Məmmədlinin “Sən elə bir zirvəsən” adlı konserti təşkil olundu  FOTO like
  • 03 Mar 17:30  
Kriminal Könül Məmmədlinin “Sən elə bir zirvəsən” adlı konserti təşkil olundu FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhn

arrow Ətraflı
Cəngəllikdə azan ovçu bir ay soxulcan yeməklə sağ qaldı  FOTO like
  • 03 Mar 17:22  
Dünya Cəngəllikdə azan ovçu bir ay soxulcan yeməklə sağ qaldı FOTO

Boliviyanın şimal ərazilərində Amazon cəngəlliklərində 4 dostu ilə ova

arrow Ətraflı
Vyanada “Azərxalça” ASC xalçalarının sərgisi keçirilir  VİDEO  FOTO like
  • 03 Mar 17:21  
Kriminal Vyanada “Azərxalça” ASC xalçalarının sərgisi keçirilir VİDEO FOTO

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim ad�

arrow Ətraflı
Ödənişli parklanma yerləri ilə bağlı xüsusi paketlərin tətbiqi təklif edilir like
  • 03 Mar 16:58  
Digərləri Ödənişli parklanma yerləri ilə bağlı xüsusi paketlərin tətbiqi təklif edilir

Azərbaycanda ödənişli parklanma yerləri ilə bağlı yeni sistemin tətbiq

arrow Ətraflı
Qərbi Azərbaycan İcmasından Paşinyana cavab like
  • 03 Mar 16:50  
Digərləri Qərbi Azərbaycan İcmasından Paşinyana cavab

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana cavab ve

arrow Ətraflı
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq like
  • 03 Mar 16:49  
Kriminal Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq

Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiy

arrow Ətraflı
Elgiz Mustafa Sandalın xalasından şikayət edibmiş  VİDEO like
  • 03 Mar 16:47  
Şou-biznes Elgiz Mustafa Sandalın xalasından şikayət edibmiş VİDEO

Aparıcı Elgiz Əkbərin növbəti açıqlaması maraq yaradıb.

arrow Ətraflı
Paşinyanın Qərbi Azərbaycan xofu like
  • 03 Mar 16:46  
Siyasət Paşinyanın Qərbi Azərbaycan xofu

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasın

arrow Ətraflı
23 dollara görə 14 il mağarada yaşadı  FOTO like
  • 03 Mar 16:36  
Dünya 23 dollara görə 14 il mağarada yaşadı FOTO

Yanacaqdoldurma məntəqəsindən 23 dollar məbləğində pul oğurlayan Çin s

arrow Ətraflı
"Klipdə məndən başqa "18 +" nəsə yoxdur"  VİDEO  FOTO like
  • 03 Mar 16:25  
Şou-biznes "Klipdə məndən başqa "18 +" nəsə yoxdur" VİDEO FOTO

Müğənni Dilarə Kazımova yeni layihəsi ilə gündəmə gəlib. 

arrow Ətraflı
Qanunsuz erməni dəstələrinin postlarında olan kameralar sıradan çıxarılıb  VİDEO like
  • 03 Mar 16:16  
Digərləri Qanunsuz erməni dəstələrinin postlarında olan kameralar sıradan çıxarılıb VİDEO

Qanunsuz erməni dəstələrinin postlarında olan videomüşahidə kameraları

arrow Ətraflı
Daha 10 ailə Ağalı kəndinə köçürüldü  FOTO like
  • 03 Mar 16:15  
Digərləri Daha 10 ailə Ağalı kəndinə köçürüldü FOTO

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə "Böyük Qa

arrow Ətraflı
İlham Əliyev Yunanıstanın dövlət başçısına başsağlığı verib like
  • 03 Mar 15:58  
Siyasət İlham Əliyev Yunanıstanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri

arrow Ətraflı
Tofiq Kazımovun 100 illik yubileyi qeyd olunacaq like
  • 03 Mar 15:55  
Siyasət Tofiq Kazımovun 100 illik yubileyi qeyd olunacaq

Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi h

arrow Ətraflı
Makron olduğu kimi: üzr istəmək əvəzinə, boş vədlər verdi like
  • 03 Mar 15:53  
Siyasət Makron olduğu kimi: üzr istəmək əvəzinə, boş vədlər verdi

Dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siy

arrow Ətraflı