Vyanada “Azərxalça” ASC xalçalarının sərgisi keçirilir VİDEO FOTO
Kriminal 03 Mar 2023 17:21:00 379 0
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə mart ayının 2-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində "Azərxalça" ASC Azərbaycan xalçalarının sərgisini təşkil edib.
Bu xəbəri də oxu: Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlandı
Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran vasitəsi ilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub.
Əsas məqsədinin Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdən ibarət olan Mədəniyyət Mərkəzində təşkil olunan xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.
Sərginin açılışına Avstriyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, diplomatik korpus, Avstriyada yaşayan soydaşlarımız, yerli ictimaiyyətin üzvləri, Türkiyənin Avstriyadakı səfirliyi və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi iştirak edib.
Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək onu bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biri olduğu vurğulanıb. Bu baxımdan sərginin həm Avstriyada yaşayan həmyerlilərimiz, həm də avropalı xalçasevərlər üçün maraqlı olacağından əmin olduğunu bildirib.
Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə xalqlarının həm sevincli, həm də ağrılı günlərdə daim bir yerdə olduqlarını qeyd edib və Türkiyədə baş verən sarsıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında Azərbaycan xilasedicilərinin yorulmaz fəaliyyətini, eləcə də Azərbaycan xalqının maddi və mənəvi dəstəyini minnətdarlıqla vurğulayıb.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov da tədbirdə çıxış edərək, "Azərxalça" ASC-nin tarixindən söz açıb. Bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən "Azərxalça" 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. "Azərxalça" ASC -nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. "Azərxalça" ASC - nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsilllərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Azərbaycanda ödənişli parklanma yerləri ilə bağlı yeni sistemin tətbiq
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana cavab ve
Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiy
Aparıcı Elgiz Əkbərin növbəti açıqlaması maraq yaradıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasın
Yanacaqdoldurma məntəqəsindən 23 dollar məbləğində pul oğurlayan Çin s
Müğənni Dilarə Kazımova yeni layihəsi ilə gündəmə gəlib.
Qanunsuz erməni dəstələrinin postlarında olan videomüşahidə kameraları
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə "Böyük Qa
Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri
Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi h
Dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siy
Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib.
Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əh
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az