Paşinyanın Qərbi Azərbaycan xofu
Siyasət 03 Mar 2023 16:46:00 308 0
Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında (DGAP) "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" mövzusunda müzakirələr zamanı bir sıra maraq doğuran açıqlamalarla çıxış edib. Baş nazir ənənəsinə sadiq qalaraq yenə də tarixi saxtalaşdırmağa çalışaraq geniş auditoriya qarşısında yalanlar danışıb.
Bu xəbəri də oxu: Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verdi
Nikol Azərbaycanın əzəli torpaqları hesab olunan Qərbi Azərbaycan torpaqlarından, soydaşlarımızın öz yurdlarına qayıtmasından danışıb. Bəllli olduğu kimi, 30 il bundan öncə yüz minlərlə soydaşımız əzəli torpaqlarından - indiki Ermənistan ərazisindən qovulublar. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı öz ev-eşiklərindən didərgin düşən insanların öz ata-baba torpaqlarına geri dönməsini irəli sürüb.
Nikol Paşinyan isə çıxışında alman ictimaiyyətinin diqqətini yayındırmağa çalışıb. "Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, Ermənistanın suveren ərazisi yoxdur, Ermənistanın bütün ərazisi "Qərbi Azərbaycan"dır, eyni zamanda sülh istəyirik deyirik və s. Bu, çox qəribə vəziyyətdir, münasibətlərimizin əsas problemi budur", - Paşinyan bildirib.
Nikol "unudur" ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub və əhalisinin də böyük əksəriyyəti azərbaycanlılar olub. Axı ortada tarixi faktlar və sənədlər var. İndiki Ermənistan məhz xaricdən köçürülən ermənilər hesabına monodövlətə çevrilib. Erməni baş nazir bir dəfə də olsun qeyd etməyib ki, həmin insanlar min illər yaşadıqları ərazilərdən qovulublar. Təkcə, sovet illərində İrəvanın əhalisinin böyük bir qismini azərbaycanlılar təşkil edib.
Paşinyan auditoriyanı başqa istiqamətə yönləndirib iddia etməyə çalışır ki, Azərbaycan Ermənistan torpaqlarıan da göz dikib. Və bu səbəblə də sülh müqaviləsinin imzalanması problemdir.
Ermənistan hakimiyyəti onu da anlamalıdır ki, suveren ərazisi heç zaman olmayıb və bundan sonra da olmayacaq. "Forpost" statusa malik olan ölkənin ərazisində xarici ölkənin bazasının olması da bunu sübut edir.
Azər Nuriyev Son.az
Yanacaqdoldurma məntəqəsindən 23 dollar məbləğində pul oğurlayan Çin s
Müğənni Dilarə Kazımova yeni layihəsi ilə gündəmə gəlib.
Qanunsuz erməni dəstələrinin postlarında olan videomüşahidə kameraları
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə "Böyük Qa
Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri
Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi h
Dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siy
Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib.
Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əh
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az
Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.
Bakı şəhəri 60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar
Rusiyanın "böyük hücumu" yanvarın ortalarında başladı, amma fa
"Azərbaycanın müstəqillik qazanmasından sonra 1992-ci il martın 2-də