Birbank sahibləri fevral ayında 4,4 milyon manat keşbek əldə ediblər
Digərləri 03 Mar 2023 10:31:00 364 0
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri fevral ayında bonuslardan ortalama 45 manat pul qazanıblar.
Bu xəbəri də oxu: “Baykar” ilk peykini kosmosa buraxdı VİDEO
Fevralayı ərzində Birbank-lılar ümumilikdə 4,4 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 240 000 manatı Birbank vasitəsiləkommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 235 000 manatdır. Müştərilər qazandıqları keşbekin90%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 10% artaraq, təqribən 1,6 milyon manat təşkil edib.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanv
Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonun
İranda 19 yaşlı qız Bəsicilər tərəfindən öldürüb.
Dünən gecə saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli ürəktutmasınd
Astara sakini qohumunun evindən 100 min manatlıq qızıl oğurlayyıb.
Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidə
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş əməliyyat
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yo
Politoloq: "İran rejiminin addımları artıq Rusiyanın regionda bir sır
Paşinyan hakimiyyəti sərhəddə təxribat törədib, "Moskva ermənilər
İnzibati məhdudiyyətlər, yüksək inflyasiya, Rusiyadan köçürmələr...