Daha bir narkotik əməliyyatları:
Kriminal 03 Mar 2023 10:27:00 318 0
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumilikdə 71 nəfər saxlanılıb.
Bu xəbəri də oxu: “Onu tanımayan özünü tanımır” Toyundakı kriminal söhbət ölümlə bitdi
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, həmin şəxslərdən 52-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 39-u barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 5 kiloqram heroin, marixuana, metamfetamin və narkotik tərkibli həblər çıxarılıb.
Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin edəcəyi, həmçinin xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə yalan vədlər verərək, zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirən 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, şəhər ərazisində yerləşən evlərdən və mağazalardan oğurluqlar edən 3, soyğunçuluq edən 1, qanunsuz olaraq silah saxlayan 1, xuliqanlıq edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonun
İranda 19 yaşlı qız Bəsicilər tərəfindən öldürüb.
Dünən gecə saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli ürəktutmasınd
Astara sakini qohumunun evindən 100 min manatlıq qızıl oğurlayyıb.
Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidə
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş əməliyyat
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yo
Politoloq: "İran rejiminin addımları artıq Rusiyanın regionda bir sır
Paşinyan hakimiyyəti sərhəddə təxribat törədib, "Moskva ermənilər
İnzibati məhdudiyyətlər, yüksək inflyasiya, Rusiyadan köçürmələr...
Paytaxt ərazisində mənzilin bir kvadratmetri 4-5 min manata qədər arta bil�