Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb?


Siyasət 03 Mar 2023 10:18:00 195 0

Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb?

Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumatda deyilir:

"Bildiririk ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 02 dekabr 1954-cü il tarixli "Sərhəd və maliyyə məsələləri üzrə Sazişə" və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli "Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında Müqaviləyə əsasən müəyyən edilib.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhəd xətti yuxarıda qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik baş verməyib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri - 2014-cü ilin 12 noyabr tarixində Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandum"a və həmin Memorandumun tərkib hissəsi olan "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirləri üzrə araşdırmalar aparılması və onların yerinə yetirilməsi haqqında Təlimata əsasən həyata keçirilir.

Qeyd edilən Memorandum Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli №1154-IVQ nömrəli Qanunu ilə təsdiq edilib.

Araz çayının təbii səbəblərdən dəyişmiş su axınının çayın əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfin aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin çoxsaylı görüşləri keçirilib, bu görüşlərdə əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb, hazırda bu işlər davam etdirilir".

Qeyd edək ki, yayılmış məlumatlarda sərhəd xəttinin qanunsuz dəyişdiliməsi nəticəsində 21 hektar torpağın İran İslam Respublikasının ərazilərinə daxil etdikliyi bildirilib. O, da qeyd olunub ki, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb.

Məşhur polkovnik like
  • 03 Mar 10:16  
Digərləri Məşhur polkovnik

Birinci Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda iştirak edən Azər

arrow Ətraflı
Daha bir 19 yaşlı qız hicabsız olduğu üçün öldürüldü like
  • 03 Mar 09:54  
Digərləri Daha bir 19 yaşlı qız hicabsız olduğu üçün öldürüldü

İranda 19 yaşlı qız Bəsicilər tərəfindən öldürüb. 

arrow Ətraflı
"Ciddi nəzarətə götürülməli idi" like
  • 03 Mar 09:43  
Digərləri "Ciddi nəzarətə götürülməli idi"

Dünən gecə saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli ürəktutmasınd

arrow Ətraflı
Astarada evdən 100 min manatlıq qızıl oğurlandı like
  • 03 Mar 09:21  
Kriminal Astarada evdən 100 min manatlıq qızıl oğurlandı

Astara sakini qohumunun evindən 100 min manatlıq qızıl oğurlayyıb.

arrow Ətraflı
Daha 10 ailə Zəngilanın Ağalı kəndinə köçürülür like
  • 03 Mar 09:14  
Digərləri Daha 10 ailə Zəngilanın Ağalı kəndinə köçürülür

Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidə

arrow Ətraflı
Bakıda 16 yaşlı qız itkin düşüb like
  • 03 Mar 09:07  
Digərləri Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb like
  • 03 Mar 08:59  
Kriminal 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş əməliyyat

arrow Ətraflı
Bakıda avtomobil 48 yaşlı kişini vurub like
  • 03 Mar 08:54  
Digərləri Bakıda avtomobil 48 yaşlı kişini vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yo

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 03 Mar 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 03 Mar 08:38  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı
Dollar Azərbaycanda niyə “ölür”? like
  • 03 Mar 08:36  
Digərləri Dollar Azərbaycanda niyə “ölür”?

İnzibati məhdudiyyətlər, yüksək inflyasiya, Rusiyadan köçürmələr...

arrow Ətraflı
Bakıda kirayə mənzil qiymətlərində "zəlzələ" like
  • 03 Mar 08:33  
Digərləri Bakıda kirayə mənzil qiymətlərində "zəlzələ"

Paytaxt ərazisində mənzilin bir kvadratmetri 4-5 min manata qədər arta bil�

arrow Ətraflı
“Virgin Atlantic” aviaşirkətinin təyyarəsi Bakıda like
  • 03 Mar 08:31  
Digərləri “Virgin Atlantic” aviaşirkətinin təyyarəsi Bakıda

"Virgin Atlantic" aviaşirkətinin London-İslamabad reysini yerinə y

arrow Ətraflı