Azərbaycanla sərhəddə müharibə xəbərdarlıqları ABŞ hərbçiləri Naxçıvan sınırında...


Digərləri 03 Mar 2023 08:40:00 245 0

Azərbaycanla sərhəddə müharibə xəbərdarlıqları  ABŞ hərbçiləri Naxçıvan sınırında...

Paşinyan hakimiyyəti sərhəddə təxribat törədib, "Moskva erməniləri müdafiə etmir" iddiasını gücləndirməkdə maraqlıdır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bölmələri Azərbaycanla  sərhəd üzrə nəzarəti mərhələli şəkildə öz üzərinə götürəcək. Bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidmətindəki mənbə məlumat verib.

Son.az musavat.com-a istinadən xəbər verir ki,Ermənistan MTX-nin rəsmisi bildirib ki, bunun üçün quruma daha çox sayda şəxsi heyət və təbii ki, onun maddi təminatı tələb olunur. Buna görə də Ermənistan hökumətinin həmin istiqamətdə maliyyə dəstəyi verməklə bağlı yeni qərarları gözlənilir.

"Ermənistan Rusiya ilə Avropa İttifaqı arasında ziddiyyətlər üzərində oynayır və bu, öz maraqları üçün təhlükəlidir". Bunu isə Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Artak Apitonyan "Sputnik Ermənistan"a Avropa monitorinq missiyasının gəlişi və İrəvanın Rusiya siyasətini şərh edərkən deyib. O hesab edir ki, Ermənistan Qərb və Rusiya vektorlarını birləşdirməyə deyil, əksinə, onlara qarşı durmağa çalışaraq təhlükəli yola qədəm qoyub. Apitonyan müharibə proqnozu da verib: "Biz növbəti müharibəyə hazırlaşmalıyıq. Bu, təəssüf ki, olacaq, buna demək olar ki, heç bir şübhəm yoxdur. Cəmiyyətimiz yuxusuzluq vəziyyətindədir və bu vəziyyətdən mütləq çıxmalıdır. Mən razıyam ki, bu daimi gərgin və daimi stress vəziyyətində qüvvə və resursların səfərbər edilməsi həmişə daha yaxşı və daha sürətli olur. Təbii ki, müdafiə qabiliyyətimizi gücləndirmək üçün nələrsə edilir, lakin bu kifayət deyil. İctimai səfərbərlik lazımdır, müdafiə strategiyasına yenidən baxılması lazımdır".

ABŞ Sərhəd və Gömrük Xidmətinin (CBP) nümayəndələri də Ermənistana səfər ediblər. ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, ötən həftə baş tutan səfər zamanı sərhədin mühafizəsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. CBP nümayəndələri Yerasx kəndi yaxınlığındakı Naxçıvanla sərhəddə olub.

Görünən odur ki, Avropa İttifaqının missiyası gəldikdən sonra müharibə təhlükəsi artıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev hesab edir ki, Avropa İttifaqının Ermənistana dəvət edilməsindən sonra gərginliyin artması gözlənilən idi: "Burada böyük oyunlar gedir. Nə Avropa İttifaqı, nə də Rusiya Ermənistan sevgisi ilə məsələyə yanaşmır. Bunu hamı bilir. Hər kəsin öz maraqları var. Sadəcə olaraq, bu bazarda özünü satışa çıxaran Ermənistan var. Hamı ondan istifadə etmək istəyir. Görürsünüz, Ermənistan tərəfi bildirir ki, bizim Avropa İttifaqının missiyasını dəvət etməyimiz ehtiyaclarımızdandır. Hətta maliyyə ehtiyacları bəzən önə çəkilir. Başqa bir məqamda isə qeyd edirlər ki, Avropa İttifaqının missiyası gəlməklə bizim maliyyə məsələmizə dəstək olacaq. Əslində Rusiyanın düşdüyü vəziyyətdən sonra Ermənistan bir neçə məsələdə göründüyü qədər siyasətində redaktələr etmək fikrindədir. Əvvəl siyasətini belə qurmuşdu ki, Avropa İttifaqı və Qərbdən ümumiyyətlə, maliyyə dəstəyi alsın. Rusiyadan isə təhlükəsizlik dəstəyi alsın. 44 günlük müharibədən sonra Rusiyadan gözlədiyi daha böyük dəstəyi almadı deyə artıq bu məsələdə tərəddüdlər etməyə başladı. Bu tərəddüdlərdə təbii ki, Azərbaycan-Türkiyə tandeminin birgə hərəkəti, birliyi mühüm rol oynadı. Amma hər halda, onların özlərinin etiraf etdiyi kimi, 900 ton silah-sursat vermişdilər. Bu, kiçik dəstək deyildi. Putin də bildirirdi ki, biz balansı saxlamaq üçün Ermənistana hərbi dəstək veririk. Bu belə onları qane etmədi. Onlar açıq şəkildə Rusiyanı döyüşdürmək baxımından ondan qladiator kimi istifadə etmək istəyirdilər. Hər zaman da zatən maliyyə dəstəyi Qərbdən alırdılar. Amma indiki halda görürlər ki, Rusiyanın taleyi sual altındadır. Düşünürlər ki, zatən maliyyə dəstəyini Qərbdən alırıq, təhlükəsizlik baxımından belə Qərbə söykənməklə bu məsələni əvəz etmək olar. Sərhədlərinə yerləşdirəcəklər kimi bəyanatları da daha çox buna söykənir. Rusiya sərhədçiləri indiki vaxtda Ermənistan sərhədlərini qoruyur. Onlar düşünürlər ki, qoyulan şərtlərə rəğmən rus sərhədçiləri çıxmalıdır. Çünki nə Qərb, nə də Amerika şərtsiz Ermənistana dəstək verməz. Onlar yəqin ki, Rusiya hərbi bazasının çıxmasını, sərhədçilərin mövqelərini tərk etməsini, Rusiyanın tamamilə Ermənistandan çıxmasını tələb kimi qarşıya qoyublar. Bu, birmənalı şəkildə belədir. Zvartnots aeportuna gedib baxılması onunla bağlıdır ki, orada da rus sərhədçiləri yoxlama aparırdılar. 2012-ci ildə Avronest tədbirində iştirak üçün gedəndə görmüşəm. Birmənalı şəkildə məsələ belə qoyulub ki, həm bizə maliyyə dəstəyi versinlər, həm də qüvvələr ora daxil olsun. Ermənilər məsuliyyəti daha çox o dövlətlərin üzərinə qoymaqda maraqlıdırlar. Burada həm də Ermənistan Rusiyaya lazımlı olduğunu göstərmək istəyir. Rusiyadan nə alar-alar, nə qoparar-qoparar. Rusiyaya həm də mesaj verir ki, sən dəstək vermirsənsə, bölgəyə Avropa İttifaqının müşahidə missiyasını gətirirəm, sənin arxa baxçana onları yerləşdirirəm. Əslində bununla təhdid edir. Amma hesab etmirəm ki, bütün bunlar Ermənistanın xeyrinə işləsin. Bununla Azərbaycana heç nə edə bilməyəcəklər. Müharibə işarəsi edə bilərlər. Amma hesab etmirəm ki, böyük bir müharibə baş versin. Toqquşmaların olması gözləniləndir. Amma böyük müharibənin olması gözlənilən deyil. Düşünürəm ki, Avropa İttifaqının bura gəlişindən sonra Rusiya burada təxribatların baş verməsində maraqlı olacaq. Azərbaycanın açıq bir vizyonu var və bu vizyon dəyişməməlidir. İndiyə qədər qoyduğumuz xətt yürüdülməlidir. Xəttimizlə artıq hər kəs hesablaşmağa başlayıb. Sonuc olaraq, vəziyyətimizlə razılaşacaqlar. Belə fikirlər var ki, Amerika başda olmaqla bəzi dairələr ermənilərə avantaj saxlayacaqlar. Amma belə bir şey yoxdur. Çünki onlar burada kimin udub-udmaması ilə maraqlanmırlar. Onlar üçün maraqlarının təmin edilməsidir. Sadəcə, bölgədə yerləşmək üçün bu elementdən istifadə edirlər".  

Siyasi analitik Asif Nərimanlının sözlərinə görə, Ermənistanın Qərb qüvvələrini bölgəyə gətirməsi Rusiya üçün bağışlanacaq amil deyil: "Bu ölkə Moskvanın daim forpostu olub və bu ölkəni indi nəinki itirmək, hətta paylaşmaq Cənubi Qafqazda güc balansının rusların əleyhinə dəyişməsi ilə nəticələnəcək. Çünki Qərbin Gürcüstanda təsir imkanları daha çoxdur, Azərbaycanın öz yolu var, xüsusilə tarazlayıcı rol oynayır. Ermənistan Rusiyanın idi, indi bu, risk altındadır. O baxımdan, Ermənistanın sərgilədiyi mövqeyə qarşı Rusiya hələ ki təmkinli davransa da, nəticə etibarı ilə praktiki addımlar ata bilər. Bu da təbii ki, regionda Qərb-Rusiya qarşıdurmasına gətirib çıxara bilər, hətta Ermənistanın yeni Ukrayna ola bilməsi haqda da danışırlar. Erməni rəsmilərin Azərbaycan sərhədlərinə diqqəti artırması onların qorxularından qaynaqlanır. İrəvanda hesab edirlər ki, Rusiya Ermənistanı cəzalandırmaq üçün geri çəkilə və onları Azərbaycanla təkbətək buraxa bilər. Arazdəyən istiqamətinə gəlmələri də bununla bağlıdır, ermənilər Azərbaycanın Kərki kəndi və Qazağın 7 kəndini güc yolu ilə qaytara biləcəyindən narahatdırlar. İndiyə qədər Rusiya qalxan rolunu oynayırdı, indi özləri bundan imtina edirlər. Bu baxımdan, bölgədə baş verə biləcək böyük müharibədə Azərbaycanı da iştirakçıya çevirə bilərlər, Bakı neytral qalsa belə, sərhəddə ermənilərin təxribat hücumları bunu şərtləndirəcək. Çünki Paşinyan hakimiyyəti Rusiyadan xilas olmaq üçün sərhəddə təxribat törədib, Moskvanın "erməniləri müdafiə etmir" obrazını gücləndirməkdə maraqlıdır".

Bu yollarda sıxlıq var  SİYAHI like
  • 03 Mar 08:38  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı
Dollar Azərbaycanda niyə “ölür”? like
  • 03 Mar 08:36  
Digərləri Dollar Azərbaycanda niyə “ölür”?

İnzibati məhdudiyyətlər, yüksək inflyasiya, Rusiyadan köçürmələr...

arrow Ətraflı
Bakıda kirayə mənzil qiymətlərində "zəlzələ" like
  • 03 Mar 08:33  
Digərləri Bakıda kirayə mənzil qiymətlərində "zəlzələ"

Paytaxt ərazisində mənzilin bir kvadratmetri 4-5 min manata qədər arta bil�

arrow Ətraflı
“Virgin Atlantic” aviaşirkətinin təyyarəsi Bakıda like
  • 03 Mar 08:31  
Digərləri “Virgin Atlantic” aviaşirkətinin təyyarəsi Bakıda

"Virgin Atlantic" aviaşirkətinin London-İslamabad reysini yerinə y

arrow Ətraflı
Bakıda 33 yaşlı kişi dava zamanı like
  • 03 Mar 08:27  
Kriminal Bakıda 33 yaşlı kişi dava zamanı

Bakının Yasamal rayonunda dava zamanı 33 yaşlı kişi bıçaq xəsarəti al�

arrow Ətraflı
İran şagirdlərə kimyəvi silah tətbiq edib?  Şok like
  • 03 Mar 08:22  
Dünya İran şagirdlərə kimyəvi silah tətbiq edib? Şok

İranda azyaşlı məktəblilər, xüsusilə də qız uşaqları arasında zəh�

arrow Ətraflı
BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Bakı sammiti ilə bağlı paylaşım edib like
  • 03 Mar 08:16  
Siyasət BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Bakı sammiti ilə bağlı paylaşım edib

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Qoşul

arrow Ətraflı
Korlar bu çip sayəsində görəcək  Mask like
  • 03 Mar 08:12  
Digərləri Korlar bu çip sayəsində görəcək Mask

İlon Maskın "Nevralink" şirkəti neyroçiplərin insanlarda sınama

arrow Ətraflı
Talıbovların “qara kassası” danışa bilər like
  • 03 Mar 08:07  
Digərləri Talıbovların “qara kassası” danışa bilər

"Xan"ın mandatı təhvil verməməsinin sirri açılır...    

arrow Ətraflı
"Biz Qarabağın bərpasında iştirak etməkdə maraqlıyıq"  VİDEO  FOTO like
  • 03 Mar 08:01  
Digərləri "Biz Qarabağın bərpasında iştirak etməkdə maraqlıyıq" VİDEO FOTO

İslam İnkişaf Bankı (İİB) Qarabağın bərpasında iştirak etməkdə mara

arrow Ətraflı
Türkiyədə 5 bal gücündə like
  • 03 Mar 07:56  
Dünya Türkiyədə 5 bal gücündə

Türkiyənin Kahramanmaraş əyalətində 5 bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
İstanbuldan köçənlərin sayı pik həddə çatır like
  • 03 Mar 07:52  
Dünya İstanbuldan köçənlərin sayı pik həddə çatır

Türkiyəni sarsıdan zəlzələlərdən və bölgə ilə bağlı xəbərdarlıq

arrow Ətraflı
Naxçıvanda polisin tələbinə tabe olmayan like
  • 03 Mar 07:46  
Kriminal Naxçıvanda polisin tələbinə tabe olmayan

Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan 2 nəfər inzibati həbs ol

arrow Ətraflı
Ukrayna İranı beynəlxalq məhkəməyə verir like
  • 03 Mar 07:40  
Dünya Ukrayna İranı beynəlxalq məhkəməyə verir

Ukrayna İranı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.

arrow Ətraflı