Azərbaycan Prezidenti Rumen Radevi təbrik edib
Siyasət 03 Mar 2023 11:02:00 309 0
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Ermənistan və ABŞ yeni əməkdaşlığın bir addımlığında
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir.
Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Son.az
Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehli
Sosial şəbəkələrdə "Hüseynçi" ləqəbi ilə tanınan və bir m
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yeni anti-terr
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlük
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanv
Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonun
İranda 19 yaşlı qız Bəsicilər tərəfindən öldürüb.
Dünən gecə saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli ürəktutmasınd
Astara sakini qohumunun evindən 100 min manatlıq qızıl oğurlayyıb.
Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidə
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş əməliyyat
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yo