Türkmənistan Prezidenti İlham Əliyevə təşəkkür edib


Siyasət 02 Mar 2023 12:49:00 223 0

Türkmənistan Prezidenti İlham Əliyevə təşəkkür edib

Bərabərliyi və ədaləti təbliğ edən Qoşulmama Hərəkatının məqsədləri pandemiya ilə mübarizə çərçivəsində həlledicidir və ticari əlaqələrin bərpa olunması, həmçinin pandemiyanın aradan qaldırılması üçün platforma yaradılmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti çərçivəsində çıxışında deyib.

Sammitdə çıxış edən Prezident S.Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə sammitin keçirilməsinə görə təşəkkür edib və Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinə verdiyi töhfəni yüksək dəyərləndirib.

Türkmənistan Prezidenti həmçinin patogenlər üzrə vahid informasiya bankının yaradılmasını təklif edib və bankın yeni təhlükələrin qarşısının alınmasında köməklik edə biləcəyini qeyd edib. O həmçinin Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 qlobal pandemiyasına qarşı mübarizədəki uğurlarını nəzərə alaraq təşkilatla sıx əməkdaşlığın davam etdirilməli olduğunu qeyd edib.

S.Berdiməhəmmədov habelə xəstəliklə mübarizənin sülh şəraitində mümkün olduğunu əlavə edib. Türkmənistan Prezidenti bu kontekstdə ölkələri sülhün bərqərar olmasına və münaqişə vəziyyətlərinin aradan qaldırılmasına köməklik göstərməyə çağırıb.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Son.az 

"Hacı Şahin üç gün əvvəl mənə elə bir söz dedi ki, çox ağladım" like
  • 02 Mar 12:45  
Digərləri "Hacı Şahin üç gün əvvəl mənə elə bir söz dedi ki, çox ağladım"

"Hacı Şahin sağlam, rasional, praqmatik düşüncəyə malik insan idi.

arrow Ətraflı
İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb  FOTO like
  • 02 Mar 12:42  
Siyasət İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
İslam İnkişaf Bankı Qrupunun prezidenti “Bakı KOB evi”ndə olub like
  • 02 Mar 12:18  
Digərləri İslam İnkişaf Bankı Qrupunun prezidenti “Bakı KOB evi”ndə olub

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəm

arrow Ətraflı
Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlandı like
  • 02 Mar 11:55  
Digərləri Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlandı

Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb.

arrow Ətraflı
Rusiya ordusunun Ukraynadakı itkiləri like
  • 02 Mar 11:48  
Dünya Rusiya ordusunun Ukraynadakı itkiləri

Müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkil

arrow Ətraflı
Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirirəm like
  • 02 Mar 11:41  
Siyasət Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirirəm

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirir,

arrow Ətraflı
Afaq Gəncəli aparıcısı olduğu verilişdən gedir like
  • 02 Mar 11:34  
Şou-biznes Afaq Gəncəli aparıcısı olduğu verilişdən gedir

Aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" proqramından getməyə h

arrow Ətraflı
Elşad Miridən Hacı Şahinin ölümünə like
  • 02 Mar 11:20  
Digərləri Elşad Miridən Hacı Şahinin ölümünə

Din xadimi Elşad Miri bu gün səhər dünyasını dəyişən Hacı Şahin haqq

arrow Ətraflı
Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır like
  • 02 Mar 11:05  
Siyasət Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkl

arrow Ətraflı