Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirirəm


Siyasət 02 Mar 2023 11:41:00 297 0

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirirəm

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirir, buna görə təşəkkür edirəm.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

T.Qebreyesus bildirib ki, bütün dünya ölkələri Qoşulmama Hərəkatının təcrübələrindən öyrənə bilər.

"Qoşulmama Hərəkatı ölkələrinin kollektiv təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatına daha təhlükəsiz dünya qurmaqda kömək edir. Pandemiya ilə mübarizədə və gələcəkdə oxşar problemlərin həllində, qarşısını almaqda Qoşulmama hərəkatının rolu var. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirir, buna görə təşəkkür edirəm", - ÜST baş direktoru deyib.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Son.az 

Afaq Gəncəli aparıcısı olduğu verilişdən gedir like
  • 02 Mar 11:34  
Şou-biznes Afaq Gəncəli aparıcısı olduğu verilişdən gedir

Aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" proqramından getməyə h

arrow Ətraflı
Elşad Miridən Hacı Şahinin ölümünə like
  • 02 Mar 11:20  
Digərləri Elşad Miridən Hacı Şahinin ölümünə

Din xadimi Elşad Miri bu gün səhər dünyasını dəyişən Hacı Şahin haqq

arrow Ətraflı
Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır like
  • 02 Mar 11:05  
Siyasət Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkl

arrow Ətraflı
Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzvlərinə yardım göstərməyə davam edəcək like
  • 02 Mar 10:59  
Siyasət Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzvlərinə yardım göstərməyə davam edəcək

COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkat

arrow Ətraflı
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir like
  • 02 Mar 10:58  
Siyasət Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir

BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada dah

arrow Ətraflı