"Hacı Şahin üç gün əvvəl mənə elə bir söz dedi ki, çox ağladım"
Digərləri 02 Mar 2023 12:45:00 286 0
"Hacı Şahin sağlam, rasional, praqmatik düşüncəyə malik insan idi. Mənə deyərdi ki, Hacı, hər şey yaxşı olacaq, yaxşı düşünək. Amma üç gün bundan öncə mənə elə bir söz dedi ki, çox ağladım. Bildiridi ki, qızım üçün, onun təhsili üçün çalışıram-yetişsin, Azərbaycan xalqına yararlı övlad olsun. Bu söz məni həqiqətən üzdü".
Bu xəbəri də oxu: Xəstəxana direktoru işdən çıxarıldı
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu fikirləri Hacı Surxay Məmmədli deyib.
Hacı Şahin haqqında xatirələrini "Xəbər Ertəsi" ilə bölüşən Hacı Surxay Məmmədli xatırladıb ki, onunla 15 ildir dostluq edirmiş: "Son vaxtlar onunla tez-tez görüşərdim. Onun halını soruşardım, deyərdim ki, özünə fikir ver. Deyərdi ki, çox yaxşıyam".
Surxay Məmmədli deyib ki, Hacı Şahin Azərbaycan gəncliyi üçün nümunəvi şəxs idi: "Hacı Şahin gəncliyin arasında idi, insanlarla danışmağı çox sevərdi. O, gecə-gündüz bilmədən çalışırdı. İstəyirdi ki, insanlara fayda versin. Mən indi anladım ki, o niyə gecə-gündüz yatmırmış, səy göstərirmiş, çalışırmış. Deməmiş ömrü çox az qalıbmış. Bəlkə, bu da Allahın bir lütfü idi ki, o, elmi insanlara çatdırırdı. Düşünürəm ki, bundan sonra da Azərbaycan xalqı, gəncliyi Hacı Şahinin moizələri ilə qidalanacaqlar".
Hacı Surxay əlavə edib ki, Hacı Şahinə acı söz deyəndə təbəssümlə qarşılayırdı: "Sanki insanların neqativliyini götürürdü. Bu da Hacı Şahinin elmi, insani yanaşması idi. Hacı Şahin 1974-cü il təvəllüdlü idi. O, böyük din alimi idi ki, insanların ruhunda mənəvi dönüş yaratdı".
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəm
Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb.
Müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkil
Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirir,
Aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" proqramından getməyə h
Din xadimi Elşad Miri bu gün səhər dünyasını dəyişən Hacı Şahin haqq
Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşmas
Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış h
Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkl
Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci illə