Vüqar Səfərlinin müsadirə olunmuş ƏMLAKLARININ SİYAHISI


Digərləri 27 Fev 2023 12:19:00 252 0

Vüqar Səfərlinin müsadirə olunmuş ƏMLAKLARININ SİYAHISI

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin ailə üzvləri və onunla birgə tutulan digər şəxslər yenidən kassasiya şikayəti verib.

Son.az Pravda.az-a istinadən xəbər verir ki, V.Səfərlinin oğlu Seymur Səfərli və Samir Səfərli Səfərli Ali Məhkəməyə müraciət edərək, müsadirə olunmuş əmlakların geri qaytarılmasını istəyirlər.

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 28-nə təyin olumub. Şikayət hakim Ələsgər Novruzovun icraatına verilib.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və "Portos" MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub. Digər təqsirləndirilən - Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

Həmçinin hökmə əsasən, V.Səfərlinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun "Mercedes Benz ML 350", "Volkswagen Tuareg" və "Toyota Land Cruiser" markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var. Ətraflı

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V.Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, "Portos" MMC maraqlı şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub. Lakin həmin şikayətin mümkünlüyü yoxlanılmayıb. Buna görə də iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb və müvafiq qərar çıxarılıb. 

Xatırladaq ki, "Portos" MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib.

MMC "Jurnalistlər binası"nın tikintisində podratçı şirkət olub.

"Kim milyonçu olmaq istəyir"in iştirakçısı da zəlzələdə like
  • 27 Fev 12:08  
Digərləri "Kim milyonçu olmaq istəyir"in iştirakçısı da zəlzələdə

"Kim milyonçu olmaq istəyir" yarışmasından tanınan Simay Atlı

arrow Ətraflı
Sosial şəbəkələrdə tanış olduğu qadınların evini soydu like
  • 27 Fev 11:57  
Kriminal Sosial şəbəkələrdə tanış olduğu qadınların evini soydu

Bakıda kişi sosial şəbəkədə tanış olduğu qadının evini qarət edib.

arrow Ətraflı
Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski vəfat edib like
  • 27 Fev 11:48  
Dünya Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski vəfat edib

Rusiyalı siyasətçi və jurnalist Qleb Pavlovski 71 yaşında vəfat edib.

arrow Ətraflı
Aİ Ermənistana şərt qoydu: like
  • 27 Fev 11:44  
Siyasət Aİ Ermənistana şərt qoydu:

Əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı (Aİ) Erməni

arrow Ətraflı
Siyasətçi onlayn iclasa çılpaq çıxdı like
  • 27 Fev 11:42  
Dünya Siyasətçi onlayn iclasa çılpaq çıxdı

Sosial Demokrat Partiyasından deputat Alberto-İosif Karayan Rumıniyanın payt

arrow Ətraflı
Nərimanov parkı təmirə bağlandı like
  • 27 Fev 11:36  
Digərləri Nərimanov parkı təmirə bağlandı

Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət

arrow Ətraflı
Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru" like
  • 27 Fev 11:30  
Kriminal Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru"

"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddə

arrow Ətraflı
DYP dumanlı hava ilə bağlı sürücülərə like
  • 27 Fev 11:24  
Digərləri DYP dumanlı hava ilə bağlı sürücülərə

"Dumanlı hava şəraiti ilə bağlı sürücülərə əsas tövsiyəmiz bu

arrow Ətraflı
Meteohəssas insanların NƏZƏRİNƏ: like
  • 27 Fev 11:21  
Digərləri Meteohəssas insanların NƏZƏRİNƏ:

Bu gündən başlayaraq martın 1-dək maqnit qasırğası gözlənilir.

arrow Ətraflı
Müğənninin çıxışında hücum like
  • 27 Fev 11:14  
Şou-biznes Müğənninin çıxışında hücum

İsveçin milli seçim turu "Melodufestivalen"in dördüncü mərhəl�

arrow Ətraflı
Azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb like
  • 27 Fev 11:07  
Digərləri Azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazil�

arrow Ətraflı
Mehmet Egilmezer: “Dinləmək və düzgün sual verməklə bir çox problemləri həll etmək olar” like
  • 27 Fev 11:00  
Digərləri Mehmet Egilmezer: “Dinləmək və düzgün sual verməklə bir çox problemləri həll etmək olar”

Müasir dövrün tələbləri və qlobal kataklizmlər müxtəlif yeni sahə və

arrow Ətraflı
İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib like
  • 27 Fev 10:57  
Siyasət İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
3 ölkə hərbi təlimə başlayır: like
  • 27 Fev 10:56  
Dünya 3 ölkə hərbi təlimə başlayır:

NATO-nun şərq cinahındakı təhlükəyə cavab olaraq ABŞ, Almaniya və Pol�

arrow Ətraflı
Bakıda 73 yaşlı kişini avtomobil vuraraq öldürüb like
  • 27 Fev 10:49  
Digərləri Bakıda 73 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

arrow Ətraflı