Mehmet Egilmezer: “Dinləmək və düzgün sual verməklə bir çox problemləri həll etmək olar”


Digərləri 27 Fev 2023 11:00:00 232 0

Mehmet Egilmezer: “Dinləmək və düzgün sual verməklə bir çox problemləri həll etmək olar”

Müasir dövrün tələbləri və qlobal kataklizmlər müxtəlif yeni sahə və peşələrin yaranmasına şərait yaradır. XXI əsrdə elm, maddi-texniki resurslar ağlasığmaz sürətlə tərəqqi edir, bu isə öz növbəsində, insanların həyatını rahatlaşdırır, məsələn, onların qısa zamanda maariflənməsinə, özünüinkişafına və kommunikasiya yaratmasına geniş imkanlar açır. Lakin, təəssüf ki, bu cür inkişaf bəşər övladının həyatını çox vaxt xaosa çevirir, onu fiziki, eləcə də psixoloji, psixi və mənəvi problemlər qarşısında qoyur. Belə problemlər isə öz növbəsində, psixologiya, psixiatriya, mentorluq kimi sahələrin aktuallığınını artırır.

İnsan düşüncəsi, onun mənəvi problemləri, müxtəlif proseslərə yanaşması ilə məşğul olan çox gənc peşələrdən biri də kouçinqdir. Bu haqda milli.az- a "İCE Akademiya"nın prezidenti, beynəlxalq sertifikatlı peşəkar kouç Mehmet Egilmezer danışıb.

- Mehmet bəy, özünüz haqda oxuculara məlumat verərdiniz.

- Mən Türkiyədə "Doqquz Eylül Universiteti"ni tikinti mühəndisi ixtisası ilə bitirmişəm. Artıq 15 ildən çoxdur ki, bu sahədə çalışıram. Bir sıra beynəlxalq  layihələrdə həmkarlarımla iş birliyim olub. Bununla yanaşı, Azərbaycanda da bir çox irimiqyaslı layihələrdə işləmişəm. Onlardan "Flame Tower", Şahdağ Turizm Mərkəzini qeyd edə bilərəm.

Bir gün mütəmadi olaraq iştirak etdiyim treninqlərin birində tam təsadüfən kouçinqlə tanış oldum. Elə həmin gün başa düşdüm ki, bu mənim sevimli peşəmə çevrilməlidir. Bundan dərhal sonra kouçinqlə bağlı ciddi təhsil almağa başladım,  Türkiyə, ABŞ, Böyük Britaniya və bir çox digər Avropa ölkələrində biliklərimi təkmilləşdirdim. Hazırda qarşınızda həm tikinti mühəndisi, həm də Beynəlxalq Kouçinq Federasiyasının (İCF) ən yüksək - MCC (Master Certified Coach)  dərəcəlikouçu əyləşib (gülür).

- Necə oldu ki, "İCE Akademiya"nı təsis etdiniz?

- Mən ailəmlə birgə uzun illərdir Azərbaycanda yaşayıram, burada biznes qurmuşam, övladlarım bu gözəl ölkədə böyüyür, təhsil alırlar. Və bu torpağın mənə verdiyi sərvətlərin qarşılığında ona nə isə verməyi özümə vicdan borcu hesab etdim. Kouçinq müasir dövrün aktual sahələrindən biridir və düşünürəm ki, o getdikcə, daha da aktuallaşacaq. Dövran bunu tələb edir. Həyatı qovhaqovlar, inkişaf, yeni nailiyyətlər axtarışında keçən müasir insan çox vaxt özünün harada olduğunun, kim olduğunun, etdiklərini nəyin naminə etdiyinin fərqində olmur, çaşğınlıq içinə düşür. Məhz belə hallarda peşəkar kouça böyük ehtiyac yaranır. Xoşbəxtəm ki, Azərbaycanda bu cür xeyirxah biznesin əsasını qoya bildik. Onu da qeyd edim ki, "İCE Akademiya" İCF-in Azərbaycanda rəsmən tanıdığı ilk qurumdur. 

- Bəs kouçinq nədir?

- Mənə bu sualı verildikdə, çox vaxt metaforik cavab verirəm. Baxın, əksər 4-5 ulduzlu otellərdə konsyerj xidməti mövcuddur. O, bir sıra işlərlə yanaşı, qonağı əvvəlcədən qeyd edilən vaxtda oyatmaq, onun gün ərzində hansı işləri görəcəyini yadına salmaq kimi öhdəlikləri də icra edir, ayrı-ayrı problemlərin həllində ona yardım göstərir. Kouçinqlə məşğul olan mütəxəssis, yəni kouç da bu cür işləyir, lakin o, insanı mənəvi olaraq oyadır və onun daxili problemlərini öz psixoloji resursları vasitəsilə həll etməkdə yardımçı olur, həyatda düzgün marşrutla irəliləməyə, məqsədlərinə çatmağa təkan verir.

- Bu mənə psixologiya və ya mentorluğu xatırlatdı...

- Xatırlada bilər, lakin konseptual olaraq bu sahələrdən fərqlidir. Psixoloq pasiyentinin keçmiş travmaları ilə işləyərək, onu müalicə edir, mentor isə topladığı bilikləri, həyat təcrübəsini bölüşür, dəyərli məsləhətlərilə düzgün yol göstərir, insanın hayatındakı problemlərini həll etməyə yardımçı olur. Kouçinqin işləmə mexanizmi isə tamam fərqlidir. Kouç seanslar zamanı insanlara lazımı suallar verərək, onun problemlərini, belə deyək, özünə həll etdirir. Kouçinqin əsas işi - dinləmək, eşitmək və düzgün suallar verməkdir. Düzgün suallarla bir çox həqiqətləri üzə çıxarmaq, mənəvi problemləri həll etmək olar. Yeri gəlmişkən, insanların ciddi problemlərindən biri də elə dinləməyi, düzgün dialoq qurmağı bacarmamalarıdır. Nəticədə fikir ayrılıqları, konfliktlər yaranır.

- Yəqin ki, "İCE Akademiya" böyük bir komanda işinin nəticəsidir?

- İnanmazsınız, amma bütün işləri həyat yoldaşım Senem Egilmezerlə ikimiz həyata keçirmişik. Əslində, akademiyanın  yaradılması ideyası ona məxsusdur. Təşkilati işlərin bütün məsuliyyətini üzərinə o götürdü. Doğrusu, bu layihənin uğur qazanacağına əvvəlcə skeptik yanaşdım. Lakin Sənəmin çox iddialı olması, zəhmətkeşliyi, insanlarla kommunikasiya qurma bacarığı, özünə və mənə inamı, üstəgəl peşəkar psixoloq olması güclü motivasiya yaratdı və mən var qüvvəmlə ona dəstək olmağa başladım. Hazırda işlərimiz sürətlə irəliləyir, ətrafımıza savadlı, enerjili gənclər toplayıb, onlara kouçinq öyrətmək niyyətindəyik. Bu gün Azərbaycanda İCF sertifikatına malik cəmi 17 kouç var. Onlardan üçü ACC (Associate Certified Coach ), on iki nəfəri PCC (Professional Certified Coach), iki nəfəri isə MCC (Master Certified Coach) dərəcəli kouçlardır. Onu da deyim ki, MCC - beynəlxalq federasiyanın verdiyi ən ali dərəcədir. Senem də, mən də MCC kouçlarıq. Ümidvaram, fəaliyyətimizin nəticəsində qeyd etdiyim saylar dəfələrlə artacaq.

- İnşaat mühəndisi olduğunuzu bildirdiniz, bu peşənin kouçinqlə nə əlaqəsi var ki?

- Əslində əlaqəsi yoxdur. Və kouçinqin üstünlüklərindən biri də budur. Bu sahədə çalışmaq üçün ixtisas heç bir əhəmiyyət kəsb etmir.  Əgər həqiqətən, insanlara köməklik etmək istəyirsənsə və müəyyən qədər ümumi biliklərə maliksənsə, xüsusi treninq keçməklə bu peşəyə yiyələnmək olar.   

- Xüsusi treninq dedikdə nəyi nəzərdə tutursunuz?

- Xüsusi treninq dedikdə, İCF-in tanıdığı qurumların təşkilatçılığı ilə keçirilən treninqlər nəzərdə tutulur. Məhz onların təqdim etdiyi sertifikatlar etibarlı sayılır və beynəlxalq səviyyədə tanınır.

Təəssüf ki, hazırda bir çox  insanlar hansı isə qeyri-ciddi bir müəssisənin sertifikatını əldə edərək, özünü peşəkar kimi təqdim edə bilir. Lakin vaxt gələcək insanlar daha çox maariflənəcək və qarşılarındakı mütəxəssisin nə dərəcədə ixtisaslı olduğunu bilmək istəyəcəklər. Ona görə də kouçun İCF sertifikatına malik olması vacibdir.

- "İCE Akademiya"nın təşkil etdiyi treninqlər hansı formatda keçiriləcək?

- Növbəti treninqimiz mart ayında başlayıb, sentyabradək davam edəcək. Treninq nəzəriyyə və praktikadan ibarət olacaq. Tələb olunan bilikləri aldıqdan sonra iştirakçılar İCF-in şərtlərinə uyğun imtahan verəcək və sertifikat əldə edəcəklər.

- Maraqlı müsahibə üçün təşəkkür edir və uğurlar arzulayırıq.

- Təşəkkür edirəm.

İnsanların həyatdakı əsas missiyalarından biri də başqalarına mənəvi yardım göstərməkdir. Əgər bunu peşəkar səviyyədə etmək istəyirsinizsə, sizi "İCE Akademiya"-nın treninqlərinə dəvət edirik.

Əlaqə üçün: 010 313 21 94

www.iceacademia.com

Hazırladı: Rəşad İbrahimov

İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib like
  • 27 Fev 10:57  
Siyasət İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
3 ölkə hərbi təlimə başlayır: like
  • 27 Fev 10:56  
Dünya 3 ölkə hərbi təlimə başlayır:

NATO-nun şərq cinahındakı təhlükəyə cavab olaraq ABŞ, Almaniya və Pol�

arrow Ətraflı
Bakıda 73 yaşlı kişini avtomobil vuraraq öldürüb like
  • 27 Fev 10:49  
Digərləri Bakıda 73 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
Mirzoyan Cenevrəyə gedir like
  • 27 Fev 10:37  
Dünya Mirzoyan Cenevrəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cenevrəyə işgüzar səf�

arrow Ətraflı
Sülhməramlılara aid daha bir avtomobil Laçın yolundan keçib  FOTO like
  • 27 Fev 10:32  
Siyasət Sülhməramlılara aid daha bir avtomobil Laçın yolundan keçib FOTO

Rusiya sülhməramlı kontingentinə məxsus daha bir maşın maneəsiz keçid e

arrow Ətraflı
Mövlud Çavuşoğlu Türkiyədə Azərbaycan könüllüləri ilə görüşüb  VİDEO  FOTO like
  • 27 Fev 10:22  
Digərləri Mövlud Çavuşoğlu Türkiyədə Azərbaycan könüllüləri ilə görüşüb VİDEO FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzə

arrow Ətraflı
Xalq artistinin 22 yaşlı qızı ailə qurur like
  • 27 Fev 09:58  
Şou-biznes Xalq artistinin 22 yaşlı qızı ailə qurur

Rusiyanın xalq artisti Aleksandr Malinin 22 yaşlı qızı ailə qurur. 

arrow Ətraflı
Nigar Camalın avtomobilinə hücum edən şəxs like
  • 27 Fev 09:53  
Kriminal Nigar Camalın avtomobilinə hücum edən şəxs

Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb.

arrow Ətraflı
Türkiyə və BMT Rusiya üçün təminat istəyir like
  • 27 Fev 09:50  
Dünya Türkiyə və BMT Rusiya üçün təminat istəyir

Türkiyə və BMT Rusiyanın kənd təsərrüfatı məhsulları və ammiakının

arrow Ətraflı
Lavrov Bakıya niyə gəlir və like
  • 27 Fev 09:45  
Siyasət Lavrov Bakıya niyə gəlir və

Lavrov Bakıya iki günlük səfərə gəlir. Rusiya baş diplomatının gəliş

arrow Ətraflı
Naxçıvanda daha bir nazirliyin saytı “GOV.AZ”a köçürülüb like
  • 27 Fev 09:44  
Digərləri Naxçıvanda daha bir nazirliyin saytı “GOV.AZ”a köçürülüb

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyin

arrow Ətraflı
Bakının əsas magistrallarında like
  • 27 Fev 09:39  
Digərləri Bakının əsas magistrallarında

Bakının əsas magistrallarında dumanlı hava şəraiti ilə əlaqədar sürə

arrow Ətraflı
Neft həftəyə bu qiymətlə başladı like
  • 27 Fev 09:34  
Digərləri Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb.

arrow Ətraflı
BMT Ukraynadakı hərbi cinayətlərin araşdırılmasını müzakirə edəcək like
  • 27 Fev 09:29  
Dünya BMT Ukraynadakı hərbi cinayətlərin araşdırılmasını müzakirə edəcək

Bazar ertəsi Cenevrədə BMT İnsan Hüquqları Şurasının illik sessiyası a

arrow Ətraflı