Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı soyqırımına həsr olunan tədbir keçirilib FOTO


Digərləri 24 Fev 2023 12:01:00 191 0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı soyqırımına həsr olunan tədbir keçirilib  FOTO

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə İtaliya parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatik korpus təmsilçiləri, yerli KİV nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Bir gecədə 613 mülki şəxsin etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirildiyini vurğulayan səfir bunun Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin təzahürü olduğunu qeyd edib. O, Xocalıda törədilən soyqırımı cinayətinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin ən kobud şəkildə pozularaq planlaşdırılmış şəkildə həyata keçirildiyini bildirib.

R.Aslanov müharibə, soyqırımı və insanlıq əleyhinə cinayətlərin xatırlanmasının həm də onları törədənlərin cəzalandırılmasının təminatı və bir daha baş verməməsi baxımından önəmli olduğunu vurğulayıb. 2020-ci il Vətən müharibəsi nəticəsində ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə öz gücü sayəsində ədaləti bərqərar edərək, ərazi bütövlüyünü bərpa etdiyini deyən səfir Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi üçün də dövlətimizin israrlı olduğunu diqqətə çatdırıb.

Səfir dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının Xocalıda törədilmiş cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova çıxış edərək bildirib ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Xocalı faciəsini miqyasına, qəddarlığına görə unutmaq mümkün deyil və bu tarix xalqımızın qan yaddaşında həmişəlik həkk olunub. Bu faciə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.

O, erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, eləcə də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında olduğunu qeyd edib. Vurğulayıb ki, bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası xüsusi əhəmiyyət kəsb edir.

F.Yusibova qeyd edib ki, "Xocalıya ədalət!" beynəlxalq kampaniyası soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, bu faciənin qurbanlarının xatirəsinin anılmasına və hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır. Kampaniya çərçivəsində görülən məqsədyönlü fəaliyyət nəticəsində dünya ölkələri erməni terrorçularının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. İndiyədək 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Sonra İtaliyadakı Azərbaycan icmasının 13 yaşlı üzvü İlduzə Sadıxova Xocalı soyqırımının canlı şahidi Səriyyə Müslim qızı Cəfərovanın müəllifi olduğu və Xocalı soyqırımının qurbanlarına həsr edilən "Onlar heç vaxt böyüməyəcəklər" kitabından hekayələri italyan dilində tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Anım tədbirində Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun və Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə çıxışları dinlənilib, Azərbaycan və dünya klassik əsərləri səsləndirilib. Bundan başqa, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə tərəfindən bəstələnən "Xocalıya" əsəri ifa olunub.

Tədbir çərçivəsində, həmçinin Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.

Erməniləri "sənəd" silkələdi: İrəvan sülhə necə gələcək? like
  • 24 Fev 11:51  
Digərləri Erməniləri "sənəd" silkələdi: İrəvan sülhə necə gələcək?

Serj Sarkisyanın lideri olduği Ermənistan Respublika Partiyasının sədr mü

arrow Ətraflı
İran insan haqlarına hörmət etmir  Borrell like
  • 24 Fev 11:20  
Digərləri İran insan haqlarına hörmət etmir Borrell

İran Rusiyanı müasir silahlarla təmin etməklə beynəlxalq hüququn norma v

arrow Ətraflı
Zelenski müharibəni bitirmək istədiyi TARİXİ AÇIQLADI: like
  • 24 Fev 11:13  
Siyasət Zelenski müharibəni bitirmək istədiyi TARİXİ AÇIQLADI:

Volodimir Zelenski Rusiya işğalının başlanmasının ildönümü münasibə

arrow Ətraflı
Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib like
  • 24 Fev 11:11  
Digərləri Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib

Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib.

arrow Ətraflı
İlham Əliyev Estoniya Prezidentinə təbrik məktubu göndərib like
  • 24 Fev 11:07  
Siyasət İlham Əliyev Estoniya Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təb

arrow Ətraflı
İremdən sevgilisylə bağlı ilk paylaşım  FOTO like
  • 24 Fev 11:00  
Şou-biznes İremdən sevgilisylə bağlı ilk paylaşım FOTO

Türkiyəli müğənni İrem Dərici sevgilisi Atakan Işıktutanla bağlı ilk

arrow Ətraflı
Qaxa 1 metrə yaxın qar yağdı  FOTO like
  • 24 Fev 10:51  
Digərləri Qaxa 1 metrə yaxın qar yağdı FOTO

Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.

arrow Ətraflı
Bakıda ana 4 uşağı ilə birlikdə itkin düşüb like
  • 24 Fev 10:20  
Digərləri Bakıda ana 4 uşağı ilə birlikdə itkin düşüb

Bakıda ana 4 uşağı ilə birlikdə itkin düşüb.

arrow Ətraflı
Tank heyətləri şərti düşməni məhv etdi  VİDEO like
  • 24 Fev 10:19  
Digərləri Tank heyətləri şərti düşməni məhv etdi VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı pl

arrow Ətraflı
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək like
  • 24 Fev 10:18  
Digərləri İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Ca

arrow Ətraflı
ÜSTdən hamilələrlə bağlı qorxulu açıqlama: Hər iki dəqiqədə bir...  FOTO like
  • 24 Fev 10:11  
Dünya ÜSTdən hamilələrlə bağlı qorxulu açıqlama: Hər iki dəqiqədə bir... FOTO

Dünyada hər iki dəqiqədə bir qadın doğuş və ya hamiləlik zamanı düny

arrow Ətraflı
FHNin Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib  VİDEO  FOTO like
  • 24 Fev 09:59  
Digərləri FHNin Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobi

arrow Ətraflı
Rusiyada hərbi komissarlığa “Molotov kokteyli” atdılar like
  • 24 Fev 09:20  
Digərləri Rusiyada hərbi komissarlığa “Molotov kokteyli” atdılar

Murmanskda naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.

arrow Ətraflı
İŞİDin "mühasib"inin qardaşı da həbs edildi  DTX like
  • 24 Fev 09:15  
Digərləri İŞİDin "mühasib"inin qardaşı da həbs edildi DTX

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilmiş əməliyyat-istintaq

arrow Ətraflı