Erməniləri "sənəd" silkələdi: İrəvan sülhə necə gələcək?


Digərləri 24 Fev 2023 11:51:00 194 0

Erməniləri "sənəd" silkələdi: İrəvan sülhə necə gələcək?

Serj Sarkisyanın lideri olduği Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkələrdə "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsi"ni elan etməsi bu ölkədə ciddi rezonans doğurub. Artıq indidən erməni sosial şəbəkələrində əksəriyyət bunu Ermənistanın, daha doğrusu baş nazir Nikol Paşinyanın fiaskosu, növbəti satqınlığı kimi qələmə verməyə başlayıb. Qeyd edək ki, ehtimallara görə, Avropa İttifaqının vasitəçiliyi ilə hazırlanıb.

Sənədi "qalmaqallı" adlandıran Aşotyan Paşinyanı "xalqın arxasında Qarabağı satmaqda" ittiham edib. Onun sözlərinə görə, sənəd ötən həftə Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə müzakirə də olunub. Iddia olunur ki, sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, eyni zamanda Qarabağ ermənilərinin hüququları Azərbaycan konstitusiyası və onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə qorunur.

Maraqlıdır ki, nə Aşotyan ictimaiyyətə təqdim olunan sənədin mənbəyini açıqlayır, nə də hakimiyyət dərc olunan materialı şərh etməyib. Sənədin həqiqiliyi hələlik təsdiqlənməsə də, demək olar ki, orada əksini tapmış müddəalar Ermənistanla sülhün əldə olunması şərtləri ilə bağlı Azərbaycanın mövqeyinə əsasən uyğun gəlir. Belə ki, rəsmi Bakı sülh sazişi sənədinin mətninə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan qanunvericiliyi çərçivəsində təmin oluna biləcəyini göstərən "Qarabağın statusu" ilə bağlı hər hansı müddəanın daxil edilməsini qəbul etmir. Eyni zamanda, rəsmi Bakı Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təmin edilməsi üçün onların nümayəndələri ilə birbaşa danışıqlar aparmağa hazır olduğunu bildirir. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi ərazi xarakterli deyil və orada yaşayan ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlıdır. Bundan əvvəl Ermənistan 1991-ci il Almatı Bəyannaməsinə istinadən Praqada qəbul etdiyi birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bununla da keçmiş Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edib.

Bu baxımdan Aşotyanın təqdim etdiyi mətndə qeyri-adi və ya qalmaqallı heç nə yoxdur. Təfərrüatlara gəlincə, vurğulamaq yerinə düşər ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasının hüquqi əsası Azərbaycan Konstitusiyasıdır, təbii ki, Aşotyanın təqdim etdiyi mətn Sarkisyan və Köçəryanın kabinetində uydurulmayıbsa.

İran insan haqlarına hörmət etmir  Borrell like
  • 24 Fev 11:20  
Digərləri İran insan haqlarına hörmət etmir Borrell

İran Rusiyanı müasir silahlarla təmin etməklə beynəlxalq hüququn norma v

arrow Ətraflı
Zelenski müharibəni bitirmək istədiyi TARİXİ AÇIQLADI: like
  • 24 Fev 11:13  
Siyasət Zelenski müharibəni bitirmək istədiyi TARİXİ AÇIQLADI:

Volodimir Zelenski Rusiya işğalının başlanmasının ildönümü münasibə

arrow Ətraflı
Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib like
  • 24 Fev 11:11  
Digərləri Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib

Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib.

arrow Ətraflı
İlham Əliyev Estoniya Prezidentinə təbrik məktubu göndərib like
  • 24 Fev 11:07  
Siyasət İlham Əliyev Estoniya Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təb

arrow Ətraflı
İremdən sevgilisylə bağlı ilk paylaşım  FOTO like
  • 24 Fev 11:00  
Şou-biznes İremdən sevgilisylə bağlı ilk paylaşım FOTO

Türkiyəli müğənni İrem Dərici sevgilisi Atakan Işıktutanla bağlı ilk

arrow Ətraflı
Qaxa 1 metrə yaxın qar yağdı  FOTO like
  • 24 Fev 10:51  
Digərləri Qaxa 1 metrə yaxın qar yağdı FOTO

Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.

arrow Ətraflı
Bakıda ana 4 uşağı ilə birlikdə itkin düşüb like
  • 24 Fev 10:20  
Digərləri Bakıda ana 4 uşağı ilə birlikdə itkin düşüb

Bakıda ana 4 uşağı ilə birlikdə itkin düşüb.

arrow Ətraflı
Tank heyətləri şərti düşməni məhv etdi  VİDEO like
  • 24 Fev 10:19  
Digərləri Tank heyətləri şərti düşməni məhv etdi VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı pl

arrow Ətraflı
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək like
  • 24 Fev 10:18  
Digərləri İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Ca

arrow Ətraflı
ÜSTdən hamilələrlə bağlı qorxulu açıqlama: Hər iki dəqiqədə bir...  FOTO like
  • 24 Fev 10:11  
Dünya ÜSTdən hamilələrlə bağlı qorxulu açıqlama: Hər iki dəqiqədə bir... FOTO

Dünyada hər iki dəqiqədə bir qadın doğuş və ya hamiləlik zamanı düny

arrow Ətraflı
FHNin Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib  VİDEO  FOTO like
  • 24 Fev 09:59  
Digərləri FHNin Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobi

arrow Ətraflı
Rusiyada hərbi komissarlığa “Molotov kokteyli” atdılar like
  • 24 Fev 09:20  
Digərləri Rusiyada hərbi komissarlığa “Molotov kokteyli” atdılar

Murmanskda naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.

arrow Ətraflı
İŞİDin "mühasib"inin qardaşı da həbs edildi  DTX like
  • 24 Fev 09:15  
Digərləri İŞİDin "mühasib"inin qardaşı da həbs edildi DTX

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilmiş əməliyyat-istintaq

arrow Ətraflı
173 avtobus gecikir like
  • 24 Fev 08:59  
Digərləri 173 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı