Qızılca
Digərləri 18 Fev 2023 08:46:00 349 0
Qızılca infeksion xəstəlik olub yüksək yoluxuculuq qabiliyyətinə malikdir.İnsanların qızılca virusuna qarşı həssaslığı kifayət qədər yüksəkdir.Xəstəliyə müxtəlif yaşlı insanlar , ən çox da uşaqlar yoluxurlar.Qızılca xəstəliyinin ən çox uşaqlarda baş verməsi bu xəstəlilyn uşaq xəstəliyi olması anlamına gələ bilər. Xəstəliyin yoluxma mənbəyi insanlardır.Yoluxma adətən hava-damcı, bəzən isə təmas vasitisilə olur.Yoluxma dövrü adətən səpgilərin əmələ gəlməsinin 2-5 -ci günündə baş verir. PATOGENEZİ VƏ KLİNİKASI: Qızılca kəskin infeksion xəstəlik olub ,qızdırma,yuxarı tənəffüs orqanlarının və gözün selikli qişasının kataral iltihabı,həmçinin dəridə ləkəli səpgilərlə xarakterizə olunur.Gizli dövr uşaqlarda 8-12 gün, böyüklərdəisə 3 həftəyə qədər ola bilir.Xəstədə yüksək qızdırma, üşütmə olur.Qızdırma 39-40 * yə qədər yüksələ bilir. Qızılca xəstəliyi üçün mərhələli səpgi sindpomu xarakterikdir. Səpgilər əvvəlcə üzdə( qulaq seyvanının arxasında və alın nahıyədə) olur, sonra isə yuxarıdan aşağıya doğru ətraflara yayılır. Qızılcanın fəsadları aşağıdakılardır. 1.Orta qulağın iltihabı 2.Pnevmoniya 3.Postinfeksion ensefalomielit 4.Panensefalit DİAQNOSTOKASI: Qızılca xəstəliyinin tipik kliniki simptomları olduğu üçün laborator diaqnoza ehtiyac qalmır.Lakin atipik qızılcada mikrobioloji analizlər yoxlanıla bilər. MÜALİCƏSİ: Müalicəsi simptomatikdir.A və C vitaminləri xəstəliyin gedişini yüngülləşdirə bilər. Qızılca xəstəliyinə yoluxan bəzi ehtiyat tədbirlərini görməlidir. -geniş, havası tez- tez dəyişilən otaqda yatmalı ; -otağın tempraturunu 18-22* arasında saxlamalı; - südlü yeməklər,meyvə şirələri,mal ətinin suyu ilə qidalanmalı; -çoxlu meyvə və tərəvəz qəbul etməli; -istirahətinə diqqət yetirməlidir. Xəstə uşaqları uşaq bağçasına və yaxud məktəbə göndərmək olmaz.Qızılcanın müalicəsi üçün dərman yoxdur, amma qızılca peyvəndi vardır.Bu peyvənd qızılcadan qorunmaqda çox faydalıdır və uşaq poliklinikalarında dövlət tərəfindən pulsuz həyata keçirilir.
Bu xəbəri də oxu: Bu insanlar 120 il yaşayırlar, xərçəngtə utulmurlar
Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 13 yaşlı yeniyetmə döyül�
* Kimyəvi qastrit ən çox rezeksiya olunmuş mədə güdülündə, vaqotomiyad
Avropa müdafiə olunmaq istəyirsə, özünü silahlandırmalı və burada iste
Bakının Səbail rayonunda 45 yaşlı piyadanın xəsarət alması ilə nətic�
Paris silah istehsalını sürətləndirdi, bununla əlaqədar Kiyev "Caesa
1. Xroniki kalkulyoz xolesistit. Xroniki kalkulyoz xolesistitin kliniki şəkli
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə məskunlaşma sahələri müəyy
ABŞ prezidenti Co Bayden Varşavaya gözlənilən səfəri çərçivəsində NA
Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı
"Qanun" Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Teleqraf