Öd kisəsi xəstəliklərinin müxtəlifliyi
Digərləri 18 Fev 2023 08:31:00 296 0
1. Xroniki kalkulyoz xolesistit. Xroniki kalkulyoz xolesistitin kliniki şəkli saşsız xolesistitin kliniki şəklinə yaxındır. Xəstəlik özünü aşağıdakı simptomlarla biruzə verir: - sağ qabırğa altında intensiv ağrılar - palipasiyada öd kisəsinin qıcıqlanması. Xəstəlik bir-neçə gün ərzində artan mülayım ağrılarla özünü bəlli edir. Öd daşı xəstəliyinin kəskin və xroniki kalkulyoz xolesistitin kəskinləşməsi mərhəlsinin diaqnostikası anamnestik məlumatlara, obyektiv müayinələrin nəticələrinə, laborator və instrumental müayinə metodlarına əsaslanaraq qoyulur. 2. Ödün fiziki-kimyəvi dəyişiklikləri. Bu mərhələ zamanı öd daşı xəstəliyinin diaqnostikası duodenal zondlamada alınan kisə ödünün müayinəsinin nəticələrinə əsaslanır. USM-in də nəticələri diaqnozun qoyulmasında rol oynayır. Ödalma zamanı aşağıdakılar aşkar edilir: * Müayinədə xolesterinin miqdarının artması, fosfolipidlərin və xolatoxolesterin əmsalının azalması aşkar edilir. * Ödün mikroskopiyasında çoxlu miqdar xolesterin, kalsium bilirubinat kristalları tapılır ki, bu da ödün kolloid davamsızlığına dəlalət edir. * USM müayinəsi zamanı ödün qeyri-həmcinsliyi, kiçik amplitudlu ultrasəs siqnalları törədən hissəcikləri aşkar etməyə imkan verir. 3. Daşdaşıyıcılıq mərhələsi. Xəstəliyin bu stadiyasının diaqnozu rentgenoloji (xolesisto və xolangioqrafiya) müayinənin və USM-in nəticələrinə əsaslanaraq qoyulur. Müalicə həm cərrahi, həm də dieta ilə aparılır. Müalicə metodunun seçilməsi xəstəliyin ağırlıq dərəcəsindən və mərhələsindən asılıdır. Dietoterapiya zamanı xəstələrə xəstəliyin bütün mərhələlərində kalorili və xolesterinli qidalar istisna olmaqla gün ərzində 4-6 dəfə qidalanma məsləhət görülür. Xəstələrə hisdə qızardılmış qidalar, piylər, kəskin və ədviyyatlı qidalardan uzaq durmaq tapşırılır. Xəstələrə bitki yağlarından istifadə etmək məsləhət görülür. Öd sancıları zamanı 2-3 gün aclıq verilir.
Bu xəbəri də oxu: COP29 yüksək səviyyədə təşkil edilib Meder Maşiyev
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə məskunlaşma sahələri müəyy
ABŞ prezidenti Co Bayden Varşavaya gözlənilən səfəri çərçivəsində NA
Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı
"Qanun" Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Teleqraf
Ukrayna ABŞ-ın göstərişi ilə Rusiya ilə danışıqları bloklayıb.
Bu il Xocalı faciəsindən 31 il keçir. Müasir tariximizin yaralı səhifəl�
Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşd�
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Na
Qaraciyərdə qlikogen ehtiyatı ilə piy ehtiyatı arasında tərs mütənasibl
"Zəlzələdən zərərçəkən 10 əyalətdə məskunlaşma sahələri tə