İran üçün geosiyasi fəlakət:


Siyasət 18 Fev 2023 08:30:00 318 0

İran üçün geosiyasi fəlakət:

"İran Zəngəzur üçün geosiyasi fəlakətdir". Bu iddia son iki ildə İranda intensiv şəkildə gündəmə gətirilir və həm 44 günlük müharibədən sonra bölgədə yaranmış reallıqlara, həm də Azərbaycana qarşı addımlarda "arqument" olaraq göstərilir.

Son.az axar.az-a istinadən bildirir ki, İran rejiminin nümayəndələri eyni iddianı bu dəfə Almaniyada gündəmə gətirib. Berlində yerləşən SWP beyin mərkəzinin iranlı qonaqlarından biri Həmidrza Əzizi deyib ki, Zəngəzur dəhlizi İran üçün geosiyasi fəlakət olacaq.

O iddiasını belə əsaslandırır ki, Ermənistanın cənubundakı Sünik (Zəngəzur - red.) vilayətinin Gorus rayonunda yerləşən kiçik otel Qərb dövlətləri, Türkiyə, Rusiya və İran arasında geosiyasi manevrlər üçün platformaya çevrilir: "Antik kilimlər və mis məmulatlarla dolu üç kənd koteclərindən ibarət "Mirhav" oteli Ermənistan və Azərbaycan arasında münaqişənin yenidən başlaması qorxusu fonunda İranı bu sövdələşmədə ən böyük uduzan tərəfə çevirə bilər. Ən böyük narahatlıq ondan ibarətdir ki, indi Əliyev Rusiyanın Ukrayna probleminə və İranın daxili iğtişaşlara başlarının qarışmasını nəzərə alaraq, daha böyük imtiyazlar əldə etməyə çalışacaq: söhbət Ermənistanın ən cənubundakı Sünik əyaləti vasitəsilə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək quru və dəmir yolu dəhlizindən gedir. Sözügedən dəhliz həmçinin İranı yeganə xristian qonşusu və qərb bazarlarına çıxaran möhkəm və həyati nəfəsgah kimi Ermənistandan ayırır. Bununla Ermənistan da öz növbəsində potensial olaraq ən dost qonşusu olan İranın hərbi dəstəyindən praktiki olaraq məhrum olacaq...".

İranın rəsmi mövqeyi də eynidir və Həmidrza Əzizi bu mövqeyi dilə gətirir, bununla Azərbaycana qarşı hücumlarına beynəlxalq ictimai rəydə haqq qazandırmağa çalışırlar.

Hərçənd, Həmidrza Əzizinin bu çıxışı bəzi mətləblərə də aydınlıq gətirmiş oldu. Və "İran üçün Zəngəzur dəhlizi geosiyasi fəlakətdir, yoxsa Ermənistana dəstək vermək" sualını da ön plana çıxardı.

Zəngəzur dəhlizi bütün region ölkələri üçün siyasi və iqtisadi divident vəd edir.

Dəhlizin açılması və regional kommunikasiya əlaqələrinin bərpa edilməsi bölgədə siyasi birliyi də gücləndirəcək. Bu, müharibədən sonra 3+3 formatı ilə gündəmə gəlib və belə bir formada siyasi əməkdaşlıq platformasının yaradılması regiona kənar təsirləri neytrallaşdırmaq, o cümlədən, problemlərin bu çərçivədə müzakirə yolu ilə həll edilməsi imkanları yaradır. İllərdir Qərblə qarşıdurma yaşayan, sanksiyalarla üzləşən İran əslində belə bir perspektivdə ən çox maraqlı tərəf olmalıdır.

Zəngəzur dəhlizinin iqtisadi dividentlərinə gəlincə, bu, bütövlükdə regionun gələcəyini təmin edən layihədir.

Söhbət regionumuzun Avrasiyanın nəqliyyat şəbəkəsində xüsusi paya malik olması və tranzit daşımalarından əldə edəcəyi gəlirlərdən gedir. Layihə İran üçün xüsusilə iki kontekstdə əhəmiyyətlidir:

- İran Avrasiyanın gələcəyi hesab olunan "Bir kəmər, bir yol" layihəsində yer alır və Zəngəzur dəhlizinin açılması bu layihənin nəqliyyat dəhlizlərinin inkişafı baxımından əhəmiyyətlidir;

- Zəngəzur dəhlizi, eləcə də Cənubi Qafqazda kommunikasiyanın bərpası Avropa bazarına çıxışda davamlı problemlər yaşayan İrana alternativ çıxış imkanları yarada bilər;

- Zəngəzur dəhlizi eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat şəbəkəsini Cənubi Qafqazda birləşdirmək, Avropa və Asiya bazarları arasında körpü yaratmaq baxımından strateji əhəmiyyətə malikdir: Şimal-Cənub layihəsinin bir hissəsi olan İran da prosesdən qazanclı çıxa bilər;

İran rejiminin rəhbərliyi ya bu reallığı görməyəcək qədər səbatsızdırlar, ya da Zəngəzur dəhlizinə qarşı utopik görünən iddialarından ermənipərəst siyasətlərini pərdələmək məqsədilə istifadə edir.

Və Ermənistana dəstək verməklə İranı gerçək mənada geosiyasi fəlakətə sürükləyirlər. Ermənistan bölgədə "dalan ölkədir" və Türkiyə-Azərbaycan faktoru olmadan, xüsusilə 44 günlük müharibədən sonra yaranış reallıqlar fonunda, bu uçurumdan xilas ola bilməyəcək: yeganə xilas yolu Zəngəzur dəhlizi də daxil olmaqla öhdəliklərinin icra edilməsi və münasibətlərin normallaşmasıdır. İran məhz "dalan ölkə"yə kapital yatırır və bununla təkcə Azərbaycanla Türkiyəyə qarşı yox, həm də Rusiyaya qarşı cəbhədə yer alır. Bu gün Ermənistana bu və ya digər formada vədlər verən Qərb ölkələrin bölgədəki vəziyyəti dəyişmək gücündə olmadığını nəzərə alsaq, Ermənistanın "ölü sərmayə" olduğunu əminliklə deyə bilərik. Regional mənzərə İranın əslində Ermənistana dəstək verməklə fəlakətə sürükləndiyini göstərir.

İranda rejimi bunu anlamır, yaxud anlamaq istəmir və "ölü sərmayə" olan Ermənistana siyasi, iqtisadi, hərbi vəı mənəvi dəstək verməklə təkcə geosiyasi fəlakətə sürüklənmir, həm də İslama qarşı düşmənçilik siyasətini aparırlar. Bu baxımdan, Həmidrza Əzizinin açıqlaması İran rejiminin gerçək mahiyyətinin nümayişi hesab edilə bilər.

Birincisi, İran rejiminin uzaqgörənliyi, siyasi fəhmi olduqcam bəsitdir: onlar geosiyasi prosesləri hələ də moizə oxuduqları məclislərdəki müzakirələr səviyyəsində görürlər;

İkincisi, İran ermənipərəst siyasətini belə absurd iddialar altında gizlətməyə, həm də anti-İslam siyasətini pərdələməyə çalışır;

Məlumdur ki, H.Əzizinin bu çıxışı özünün beyninin məhsulu yox, İran liderlərinin mövqeyinin ifadəsidir. Zəngəzuru min illik "erməni torpağı" adlandıran Xameneidən tutmuş molla rejiminin siyasi və hərbi rəhbərliyinin hamısı Azərbaycana qarşı düşmən mövqeyini gizlətmirlər. Həmidrza Əzizi sadəcə olaraq, "geosiyasi fəlakət" kimi absurd iddialarla pərdələyir və İranın anti-İslam siyasətinə haqq qazandırmağa çalışır.

Türkiyədə zəlzələ bölgəsində tikinti like
  • 18 Fev 08:28  
Dünya Türkiyədə zəlzələ bölgəsində tikinti

Zəlzələdən zərər çəkmiş 10 vilayətdə məskunlaşma sahələri müəyy

arrow Ətraflı
Brusellyoz like
  • 18 Fev 08:25  
Digərləri Brusellyoz

Brusellyoz-uzun müddətli qızdırma ,hərəki-dayaq , sinir ,ürək damar və

arrow Ətraflı
Bayden Varşavada NATOnun şərq cinahının liderləri ilə like
  • 18 Fev 08:24  
Siyasət Bayden Varşavada NATOnun şərq cinahının liderləri ilə

ABŞ prezidenti Co Bayden Varşavaya gözlənilən səfəri çərçivəsində NA

arrow Ətraflı
Qıcıqlanmış bağırsaq sindromu like
  • 18 Fev 08:21  
Digərləri Qıcıqlanmış bağırsaq sindromu

Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı

arrow Ətraflı
Şahbaz Xuduoğlu: “Məni öz qabiliyyətinə uyğun kim təhqir edir, etsin...” – like
  • 18 Fev 08:20  
Digərləri Şahbaz Xuduoğlu: “Məni öz qabiliyyətinə uyğun kim təhqir edir, etsin...” –

"Qanun" Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Teleqraf

arrow Ətraflı
Zaxarovadan Çinə: Ukrayna danışıqları like
  • 18 Fev 08:18  
Siyasət Zaxarovadan Çinə: Ukrayna danışıqları

Ukrayna ABŞ-ın göstərişi ilə Rusiya ilə danışıqları bloklayıb.

arrow Ətraflı
Mədə polipi like
  • 18 Fev 08:15  
Digərləri Mədə polipi

Mədə polipi mədənin xoşxassili şiş xəstəliyidir Xəstəlik özünü mə

arrow Ətraflı
Neftçalada Mercedes yanıb like
  • 18 Fev 08:14  
Digərləri Neftçalada Mercedes yanıb

Neftçala şəhərində minik avtomobili yanıb.

arrow Ətraflı
23 ölkənin xilasediciləri like
  • 18 Fev 08:13  
Dünya 23 ölkənin xilasediciləri

88 ölkə zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması ilə ba

arrow Ətraflı
Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi like
  • 18 Fev 08:12  
Digərləri Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi

Bu il Xocalı faciəsindən 31 il keçir. Müasir tariximizin yaralı səhifəl�

arrow Ətraflı
Türkiyə dostluq qapısını açdı: Ermənistana yalnız like
  • 18 Fev 07:58  
Siyasət Türkiyə dostluq qapısını açdı: Ermənistana yalnız

Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşd�

arrow Ətraflı
Azərbaycan XİN Tacikistana like
  • 18 Fev 07:55  
Siyasət Azərbaycan XİN Tacikistana

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Na

arrow Ətraflı
Qaraciyərin piy distrofiyası like
  • 18 Fev 07:51  
Digərləri Qaraciyərin piy distrofiyası

Qaraciyərdə qlikogen ehtiyatı ilə piy ehtiyatı arasında tərs mütənasibl

arrow Ətraflı
Yeni tikiləcək binalar 34 mərtəbədən like
  • 18 Fev 07:45  
Dünya Yeni tikiləcək binalar 34 mərtəbədən

"Zəlzələdən zərərçəkən 10 əyalətdə məskunlaşma sahələri tə

arrow Ətraflı
Xroniki atrofik qastritin müalicəsi like
  • 18 Fev 07:41  
Digərləri Xroniki atrofik qastritin müalicəsi

Qastritin bu növünün dərman terapiyasını yalnız xəstəliyin kəskinləş

arrow Ətraflı