Qıcıqlanmış bağırsaq sindromu


Digərləri 18 Fev 2023 08:21:00 546 0

Qıcıqlanmış bağırsaq sindromu

Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı və ya diskomfortla təzahür edən funksional pozğunluqların davamlı cəmidir. Bu nəcisin tezliyinin və konsentrasiyasının dəyişilməsi ilə müşahidə edilir. Qıcıqlanmış bağırsaq sindromundə bağırsaq funksiyasının pozğunluğunun ən azı iki davamlı simptomu birgə olur: * nəcisin ifrazı tezliyinin dəyişməsi * defekasiya aktının özünün dəyişkinliyi * nəcisin konsentrasiyasının dəyişkənliyi * selikli nəcisin ifraz olunması * meteorizm. Bu pozğunluqlar son 12 ay ərzində, 12 həftədən az olmayaraq davam edərsə, qıcıqlanmış bağırsaq sindromu diaqnozu öz təsdiqini tapmış olur. Defekasiya aktının pozğunluqları arasında imperativ çağırışlara, tenezmlərə, bağırsağın tam boşalması hissinə, defekasiyadan əlavə gücənməyə böyük əhəmiyyət verilir. Patoloji prosesə başlıca olaraq yoğun bağırsaq cəlb olunur. Xəstəlik insanlar arasında geniş yayılmış xəstəliklərdəndir. Dünya statistikasının hesablamalarına görə dünya əhalisinin 20%-ə qədəri qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2-4 dəfə çox xəstələnirlər. Xəstəliyin əmələ gəlməsinin səbəbləri kimi aşağıdakılar əsas götürülür: * Xəstəliyin inkişafında şəxsiyyətin tipi böyük əhəmiyyətə malikdir. Pasiyentlər üçün isterik, aqressiv reaksiyalar, depressiya, asılılıq, kansentrofobiya, ipoxondrik təzahürlər xarakterikdir. * Bağırsaq funksiyasının tenzimində iştirak edən bioloji aktiv maddələrin (serotonin, histamin, bradsikinin, xolesistokinin, neyrotenzin, vazoaktiv intestinalpolipeptidlər, enkefalinlər və endorfinlər) tarazlığının pozulması əhəmiyyətli rol oynayır. * Xəstəliyin əmələ gəlməsində rejim və qidalanma xarakteri mühüm rol oynayır. Qeyri-müntəzəm qida qəbulu, rəfinə olunmuş qidaların  həddindən çox qəbulu bağırsağın mator-evakuator fuksiyasının, mikroflorasının dəyişməsinə, bağırsaqdaxili təzyiqin artmasına səbəb olur. * Qıcıqlanmış bağırsaq sindromunun inkişafında sonradan əmələ gələn bağırsaq disbakteriozunun yaranmasına səbəb olan keçirilmiş bağırsaq infeksiyaları da böyük əhəmiyyətə malikdir. Qıcıqlanmış bağırsaq sindromunxa xəstələrin şikayətləri qarında baş verən ağrılardan olur. Ağrılar küt, təzyiqedici gərilmədən tutmuş, dözülməz tutmaşəkilli ağrılara qədər ola bilir. Ağrılar qaraciyər və dalaq nahiyyəsinə irradiasiya edə bilirlər. Ağrının əmələ gəlməsi qidanın qəbulu, stress, fiziki gərginliklə bağlı olur. Xəstələrdə qəbizlik olur, xəstədə defekasiyaya çağırışlar saxlanılır, lakin bağırsağın tam boşalması hissi olması xəstəni tərk etmir. Meteorizm və qarının köpməsi disbakterioz nəticəsində bağırsaqlarda qıcqırma və çürümə prosesinin artmasına səbəb olur. Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə dərman preparatları və bəzi məhsulların qida rasionundan çıxarılmasından ibarətdir. Bu qidalara aşağıdakılar aiddir: - süd - qazlı içkilər - heyvani yağlar - kələm - paxlalılar - alkohol.

Şahbaz Xuduoğlu: “Məni öz qabiliyyətinə uyğun kim təhqir edir, etsin...” – like
  • 18 Fev 08:20  
Digərləri Şahbaz Xuduoğlu: “Məni öz qabiliyyətinə uyğun kim təhqir edir, etsin...” –

"Qanun" Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Teleqraf

arrow Ətraflı
Zaxarovadan Çinə: Ukrayna danışıqları like
  • 18 Fev 08:18  
Siyasət Zaxarovadan Çinə: Ukrayna danışıqları

Ukrayna ABŞ-ın göstərişi ilə Rusiya ilə danışıqları bloklayıb.

arrow Ətraflı
Mədə polipi like
  • 18 Fev 08:15  
Digərləri Mədə polipi

Mədə polipi mədənin xoşxassili şiş xəstəliyidir Xəstəlik özünü mə

arrow Ətraflı
Neftçalada Mercedes yanıb like
  • 18 Fev 08:14  
Digərləri Neftçalada Mercedes yanıb

Neftçala şəhərində minik avtomobili yanıb.

arrow Ətraflı
23 ölkənin xilasediciləri like
  • 18 Fev 08:13  
Dünya 23 ölkənin xilasediciləri

88 ölkə zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması ilə ba

arrow Ətraflı
Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi like
  • 18 Fev 08:12  
Digərləri Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi

Bu il Xocalı faciəsindən 31 il keçir. Müasir tariximizin yaralı səhifəl�

arrow Ətraflı
Türkiyə dostluq qapısını açdı: Ermənistana yalnız like
  • 18 Fev 07:58  
Siyasət Türkiyə dostluq qapısını açdı: Ermənistana yalnız

Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşd�

arrow Ətraflı
Azərbaycan XİN Tacikistana like
  • 18 Fev 07:55  
Siyasət Azərbaycan XİN Tacikistana

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Na

arrow Ətraflı
Qaraciyərin piy distrofiyası like
  • 18 Fev 07:51  
Digərləri Qaraciyərin piy distrofiyası

Qaraciyərdə qlikogen ehtiyatı ilə piy ehtiyatı arasında tərs mütənasibl

arrow Ətraflı
Yeni tikiləcək binalar 34 mərtəbədən like
  • 18 Fev 07:45  
Dünya Yeni tikiləcək binalar 34 mərtəbədən

"Zəlzələdən zərərçəkən 10 əyalətdə məskunlaşma sahələri tə

arrow Ətraflı
Xroniki atrofik qastritin müalicəsi like
  • 18 Fev 07:41  
Digərləri Xroniki atrofik qastritin müalicəsi

Qastritin bu növünün dərman terapiyasını yalnız xəstəliyin kəskinləş

arrow Ətraflı
Zəlzələ günü doğuldu, 24 il sonra zəlzələdə like
  • 18 Fev 07:35  
Dünya Zəlzələ günü doğuldu, 24 il sonra zəlzələdə

17 avqust 1999-cu il Gölcük zəlzələsi günü Qaziantepdə dünyaya gələn

arrow Ətraflı
Qarın yatalağı like
  • 18 Fev 07:31  
Digərləri Qarın yatalağı

Qarın yatalağı-əvvəlcə bağırsağı, sonra isə qara ciyəri, öd kisəsi

arrow Ətraflı
Şahbaz Xuduoğlunun təklifinə sərt təpkilər: like
  • 18 Fev 07:28  
Digərləri Şahbaz Xuduoğlunun təklifinə sərt təpkilər:

Xəbər verdiyimiz kimi, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz X

arrow Ətraflı
“Dünyanın ilk işıqlandırılan küçəsi” like
  • 18 Fev 07:25  
Dünya “Dünyanın ilk işıqlandırılan küçəsi”

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Hatayda "dünyanın i

arrow Ətraflı