Penitensiar xidmətin arvadını qətlə yetirən əməkdaşı: "Görə bilmədiyim kimlərsə mənimlə danışırdı..."


Kriminal 17 Fev 2023 15:52:00 296 0

Penitensiar xidmətin arvadını qətlə yetirən əməkdaşı: "Görə bilmədiyim kimlərsə mənimlə danışırdı..."

Qobustan rayon Nərimankənd kənd sakini, 1980-cı il təvəllüdlü Rəsulov Elnur Yarəhməd oğlunun 28 mart 2021-ci il tarixdə, səhər saat 10.00 radələrində ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Rəsulova Büllurə Ələkbər qızını öldürməsi ilə bağlı məhkəmə işi yekunlaşıb. 

Son.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin Rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsində xidmət etmiş Elnur Rəsulov məhkəmədə arvadını öldürməsinin təfərrüatını danışıb. 

Təqsirləndirilən şəxs hadisədən əvvəlki dövrü belə xatırlayır:

"Növbəlik əsasında işləyir, bir gün işdə, iki gün evdə olurdum. Sonuncu dəfə 26 mart 2021-ci il tarixdə növbədə oldum və martın 27-də, saat 09:00-da növbəni təhvil verərək evə qayıtdım.

3 avqust 2008-ci il tarixdə Billurə ilə öz istəyimizlə ailə həyatı qurmuşuq. Bu nikahdan üç övladımız var. Billurə ilə ailə həyatı qurandan 2015-ci ilə kimi anam və bibim ilə birlikdə yaşamışıq. 2015-ci ildən sonra isə həyətdə yeni tikilmiş evdə ayrıca yaşayırdıq. Evli olduğumuz müddətdə Billurə ilə aramızda yaxşı münasibət olub, heç vaxt münaqişə olmayıb. 

18 mart 2021-ci il tarixdən etibarən məndə qəribə hislər yaranmağa başladı. Gözünün qarşısında müxtəlif qəribə hadisələr canlanır, həmçinin beynimə müxtəlif qəribə fikirlər gəlirdi. Görə bilmədiyim kimlərsə mənimlə danışır, hansısa sözləri deyirdi. Artıq bu vəziyyətdən bezdiyim üçün özümü öldürmək qərarına gəldim.

Martın 18-dən sonra dəfələrlə Billurəyə də özümü öldürəcəyim barədə deyirdim. Billurə hər dəfə ona "balalarımız yazıqdır, onları yetim qoyma" deyə yalvarırdı. Billurədən başqa bu barədə heç kimə bir söz deməmişəm. Həyat yoldaşımın bu barədə kiməsə bir söz deyib-demədiyini bilmirəm".

Həyat yoldaşının özünü öldürmək istəməsindən qorxan Billurə onu nəzarət altında saxlayıb. Təqsirləndirilən şəxs bildirib ki, martın 27-də işdən qayıtdıqdan sonra gözünün qarşısına gələn qəribə görüntülər daha da artmağa başlayıb. Hətta televizordakı verilişlərdə danışan şəxslərin onun haqqında və onunla danışdığını düşünüb. Həmin verilişlərdə "ona müxtəlif sözlər" deyiblər. İş o yerə çatıb ki, anası Nəsibə ona nəsə deyəndə "pis söz dediyini" düşünüb ondan qaçırmış.

Elnur Rəsulov martın 27-də artıq qəti olaraq özünü öldürmək qərarına gəlib. Hətta boğazını kəsmək üçün üzünü təraş etdiyi ülgüclərdən ikisini  götürərək, şalvarının cibinə qoyub. Lakin, həmin gün özünü öldürməyə cəhd etməyib. 

Billurə vəziyyətdən xəbərdar olduğu üçün evin mətbəxində olan bütün bıçaqları gizlədib. Yalnız qonaq otağındakı mebeldə olan istifadə edilməmiş bıçaqlar qalıb. Elnur Rəsulov 27-28 mart tarixlərində yenidən Billurəyə özünü öldürəcəyini dedikdən sonra həyat yoldaşı martın 28-də səhər saatlarında həmin bıçaqları da gizlədib. Lakin Billurənin bıçaqları gizlətdiyi yeri görüb və onlardan biri götürərək corabının içində gizlədib. 

Mart 28-də evdə nahar edib. Bu vaxt anası Nəsibə, bibisi Xuraman, arvadı Billurə və övladları da evdə olub. Günortaya qədər qardaşı Nurəhməd onlarla olsa da, nahardan sonra gedib:

"Günorta yeməyindən təxminən 4-5 saat sonra özümü öldürmək üçün həyətə çıxdım. Heç kim intihar etməyə getdiyimi başa düşməsin deyə siqaret yandırdım, həyətdəki toyuq hininə tərəf getdim. Hinə daxil olduqdan sonra bıçağı corabdan çıxarıb qarnımın üst, yan və arxa nahiyələrinə zərbələr vurmağa başladım. Bıçaq bədənimin arxa nahiyəsinə batsın deyə belimə söykəyib özümü divara çırpdım. Bu zaman qan axmağa başladı. Özümə neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram".

Elnurdan təxminən 10 dəqiqə sonra Billurə əlində arpa dolu vedrə ilə hinə daxil olub və həyat yoldaşının özünü bıçaqladığını görüb. Bu zaman Billurə qışqıra-qışqıra ona "özünü öldürmə, balalarına yazığın gəlsin" deyə yalvarmağa başlayıb. Həmçinin bıçağı ərinin əlindən almağa çalışıb və ona müqavimət göstərməyə başlayıb. Elnur isə çoxlu qan itirib, gözünün önü qaralıb və halsız vəziyyətə düşüb:

"Billurə bıçağı alsa, özümü öldürə bilməyəcəyimi düşündüm və buna görə istəmədən ona bıçaqla zərbələr vurdum. Məqsədim onu öldürmək olmayıb. Bıçağı ala bilməsin və özümü rahat şəkildə öldürə bilim deyə onu uzaqlaşdırmaq istəyirdim. Bıçağın Billurənin bədəninin hansı hisslərinə dəydiyini xatırlamıram. Bundan sonra huşum itib və heç nə xatırlaya bilmirəm".

Məhkəmə Elnur Rəsulovun psixi xəstəliyini nəzərə alaraq, onu məcburi müalicəyə məhkum edib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirmədən saxlayıb. Qərarın icrası Respublika Psixiatriya Xəstəxanasına və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilib.(qaynarinfo)

“Twitter” marixuananı reklam edəcək like
  • 17 Fev 15:51  
Dünya “Twitter” marixuananı reklam edəcək

"Twitter" sosial şəbəkəsi öz platformasında marixuananın reklam

arrow Ətraflı
Molla rejimi dinc etirazçılara divan tutdu  VİDEO like
  • 17 Fev 15:40  
Digərləri Molla rejimi dinc etirazçılara divan tutdu VİDEO

İranda molla rejiminin xalqa qarşı amansız rəftarı davam edir.

arrow Ətraflı
"Azərbaycan Türkiyənin çadır və konteyner ehtiyacını qarşılayır" like
  • 17 Fev 15:39  
Digərləri "Azərbaycan Türkiyənin çadır və konteyner ehtiyacını qarşılayır"

Bugünə qədər Azərbaycanda Türkiyədəki zəlzələ bölgələrinə 750 ton

arrow Ətraflı
Aygün Kazımova uşaqlıq illərində...  FOTO like
  • 17 Fev 15:29  
Şou-biznes Aygün Kazımova uşaqlıq illərində... FOTO

Son.az axşam.az-a istinadən xalq artisti Aygün Kazımovanın arxiv fotosu yay

arrow Ətraflı
Münxen Təhlükəsizlik Konfransı  Azərbaycan üçün diplomatik təşəbbüslər platforması like
  • 17 Fev 15:21  
Digərləri Münxen Təhlükəsizlik Konfransı Azərbaycan üçün diplomatik təşəbbüslər platforması

Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə

arrow Ətraflı
Laçın yolundakı aksiyada canlanma müşahidə olunur  FOTO like
  • 17 Fev 15:15  
Digərləri Laçın yolundakı aksiyada canlanma müşahidə olunur FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Rusiya Azərbaycandan nə istəyir? like
  • 17 Fev 15:07  
Siyasət Rusiya Azərbaycandan nə istəyir?

"Vardanyan layihəsi və Azərbaycan-Rusiya dialoqu müxtəlif sferada, o c

arrow Ətraflı
Fəlakət zonasında söküntü prosesi 2 ilə qədər çəkə bilər like
  • 17 Fev 14:59  
Digərləri Fəlakət zonasında söküntü prosesi 2 ilə qədər çəkə bilər

Türkiyədə fəlakət zonasında təmizlənəcək dağıntıların həcmi 100 m

arrow Ətraflı
Bakıda 20 yaşlı qız itkin düşüb like
  • 17 Fev 14:56  
Digərləri Bakıda 20 yaşlı qız itkin düşüb

Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis

arrow Ətraflı
Yardım gecəsində ifası ilə milyonları ağlatdı like
  • 17 Fev 14:45  
Dünya Yardım gecəsində ifası ilə milyonları ağlatdı

Məşhur müğənni Karsu Dönməz Niderlandda zəlzələ qurbanları üçün 88

arrow Ətraflı
Aleksandr Darqomıjskinin 210 illik yubileyinə həsr olunmuş bayram tədbiri like
  • 17 Fev 14:29  
Kriminal Aleksandr Darqomıjskinin 210 illik yubileyinə həsr olunmuş bayram tədbiri

Bakıdakı "Rus Evi"ndə Aleksandr Darqomıjskinin 210 illik yubileyin

arrow Ətraflı
Avtomobilini icarəyə verdi, sürücünün cəriməsi onun adına yazıldı like
  • 17 Fev 13:50  
Digərləri Avtomobilini icarəyə verdi, sürücünün cəriməsi onun adına yazıldı

Avtomobili özü idarə etmir, amma cərimələr ona gəlir. Sürücü Söhrab C

arrow Ətraflı
Ermənilər gənclərimizi maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə apardılar like
  • 17 Fev 13:46  
Siyasət Ermənilər gənclərimizi maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə apardılar

Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soy

arrow Ətraflı
İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib like
  • 17 Fev 13:40  
Siyasət İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib

Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sah

arrow Ətraflı