Ermənilər gənclərimizi maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə apardılar
Siyasət 17 Fev 2023 13:46:00 318 0
Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 31 il keçir.
Bu xəbəri də oxu: İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Həmin faciənin şahidlərindən biri, 55 gün əsirlikdə qalan Şahruz Əliyev Trend-ə müsahibəsində bildirib ki, ermənilər əsirləri maşınlara dolduraraq Xankəndiyə yollanıblar.
"Həmkəndlimiz Eldar Hüseynovu ağacla başına döyərək, kəndin iki kilometrliyində öldürdülər. Ondan sonra kəndçimiz Hüseynov Şahmuradı baltalayaraq, yolun qırağında vəhşicəsinə qətlə yetirdilər. Bəylik bulağında bizim cavanları maşından çıxarıb, hamısını yerindəcə güllələdilər. Xankəndində bizi zirzəmidə cərgəyə düzüb, döyürdülər. Qoca-ağsaqqal, uşaq demirdilər. Zirzəmidə gecə sabaha kimi bizə işgəncə verdilər", - Ş.Əliyev o günləri belə xatırlayır.
Şahid bildirir ki, o ünvan təkcə işgəncə məkanı yox, həm də doğmaların bir-birindən ayrılacağı son görüş yeri olur.
"Burda ata baladan, oğul anadan ayrılır. Yaşı az olanlar, gənclər maşınlara yığılır, heç vaxt geri qayıtmayacağı ünvana aparılır. Cavanları başqa maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə aparmışdılar. Hələ də onlardan bir xəbər yoxdur".
Ş.Əliyev qeyd edib ki, 1992-ci il Xankəndidə polis şöbəsində olarkən hər gün döyülür, bıçaqla bədənlərinə xəsarətlər yetirilir, yaralar ayaqları ilə tapdalanaraq, işgəncələrə məruz qalırdılar.
"Bizim həmkəndlilərdən 3-ü orada döyülə-döyülə qətlə yetirildilər. 55 gün erməni əsirliyində qaldım. 55 gün sonra Qarağacı qəbiristanlığında bizi dəyişdilər", - deyə şahid qeyd edib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 31 il keçir. Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılır, əhaliyə qarşı soyqırımı törədilir. İşğal zamanı 118 nəfər əsir götürülür, 33 nəfər güllələnir. Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib.
Son.az
Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sah
İrəvanın Ankaraya yardım təmaslarının ölkələrarası münasibətləri y
Bəziləri ehtiyatdan, bəziləri isə aldığı psixoloji zərbəyə görə Tü
Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şərait ya
"Ciqan" ləqəbi ilə tanınan rusiyalı repçi Denis Ustmenko Vaynşt
Bu gün Azərbaycan və Ermənistan liderlərinin növbəti Münhen dueli gerç�
Ölkədə polietilen torbaların pulla satışına başlanılıb. Yəni mağazal
Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Bor
Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soy
Bakıda 246 saylı tam orta məktəbin müəllimi Elza Kərimova bu gün avtomob
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Əgər sülh müqaviləsində Qarabağın statusu ilə bağlı bənd yoxdursa, o
Təbrizin kiçilməsi dünənin və ya bu günün məsələsi deyil. Azı 100-15