Ermənilər kəndimizdə uşaqlara rəhm etmədilər


Digərləri 17 Fev 2023 12:55:00 264 0

Ermənilər kəndimizdə uşaqlara rəhm etmədilər

Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 31 il keçir. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib.

İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə, əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi.

Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı kənd sakini Oruc Şirinov Trend-ə bildirib ki, faciədən xeyli əvvəl kəndin başı müsibətlər çəkmişdi.

"Hələ 1988-ci ildən sonra Qarabağ və ətraf rayonlarda yaşayan sakinlərin evində olan silahlar zorla yığılırdı. Bu hallar düşmənin gələcək məkirli niyyətindən xəbər verirdi. Lakin bütün bunlara baxmayaraq, kəndimizin sakinləri əlində olan bütün vasitələrdən ermənilərə qarşı istifadə edirdi. Hələ fevralın əvvəlindən başlayaraq ermənilər aramsız olaraq kəndimizi atəşə tuturdular. Layiqli cavablarını alırdılar. Ermənilər elə bilirdilər ki, kəndi hərbçilərimiz qoruyur. Silahımız çox az idi. Buna baxmayaraq, 30-dan çox erməni öldürmüşdük. Kəndimizdən də bir neçə nəfər şəhid olmuşdu. Ermənilər yalnız fevralın 17-də kəndimizə daxil ola bildilər. Onlar kəndimizdə uşaqlara belə rəhm etmədilər. Kənddə dəhşətli qətllər törətdilər. Bir neçə nəfəri əsr götürdülər. Ölü, yaralı - hamısını quyuya töküb üstünü basdırırdılar. Girov aparılanlardan 7 nəfərini isə əsirlikdə işgəncə verərək öldürmüşdülər. Aradan 31 il keçməsinə baxmayaraq, mən hələ də o günləri ağrıyla xatırlayıram", - şahid deyib.

Gülşən də yardıma qoşuldu like
  • 17 Fev 12:44  
Digərləri Gülşən də yardıma qoşuldu

Türkiyədəki dəhşətli zəlzələdən zərərçəkənlərə müğənni Gül�

arrow Ətraflı
Bakıda müəllim faciəvi şəkildə öldü like
  • 17 Fev 12:41  
Digərləri Bakıda müəllim faciəvi şəkildə öldü

Bakıda 246 saylı tam orta məktəbin müəllimi Elza Kərimova bu gün avtomob

arrow Ətraflı
Zakir Həsənovun yoxlamasında like
  • 17 Fev 12:38  
Siyasət Zakir Həsənovun yoxlamasında

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Separatçı rejim bir neçə aya ləğv ediləcək! like
  • 17 Fev 12:36  
Dünya Separatçı rejim bir neçə aya ləğv ediləcək!

Əgər sülh müqaviləsində Qarabağın statusu ilə bağlı bənd yoxdursa, o

arrow Ətraflı
Molla rejimi Azərbaycanı bu cür məhv edir like
  • 17 Fev 12:33  
Digərləri Molla rejimi Azərbaycanı bu cür məhv edir

Təbrizin kiçilməsi dünənin və ya bu günün məsələsi deyil. Azı 100-15

arrow Ətraflı
Qaradağlı soyqırımında cinayətləri sübuta yetirilmiş like
  • 17 Fev 12:29  
Digərləri Qaradağlı soyqırımında cinayətləri sübuta yetirilmiş

Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləc

arrow Ətraflı
Ərdoğan seçkiləri ertələmək like
  • 17 Fev 12:23  
Siyasət Ərdoğan seçkiləri ertələmək

Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) mayın 14-d�

arrow Ətraflı
Nüsrətdən 25 milyonluq yardım like
  • 17 Fev 12:22  
Digərləri Nüsrətdən 25 milyonluq yardım

Türkiyədə baş verən güclü zəlzələnin qurbanlarına yardım edən mə�

arrow Ətraflı
Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib like
  • 17 Fev 12:14  
Siyasət Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib

Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib.

arrow Ətraflı
Ağdaşda 10 cinayətkar saxlanılıb like
  • 17 Fev 12:11  
Kriminal Ağdaşda 10 cinayətkar saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsi

arrow Ətraflı
Azərbaycanda sürüşmə zonaları ilə bağlı like
  • 17 Fev 12:06  
Digərləri Azərbaycanda sürüşmə zonaları ilə bağlı

Mövsümi xarakterli atmosfer çöküntülərinin intensivliyinin artması cənu

arrow Ətraflı
Paşinyan Münhendə İlham Əliyevlə görüşməkdən qorxdu like
  • 17 Fev 12:04  
Siyasət Paşinyan Münhendə İlham Əliyevlə görüşməkdən qorxdu

Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliye

arrow Ətraflı
Ukrayna çağırış etdi: like
  • 17 Fev 12:00  
Dünya Ukrayna çağırış etdi:

Baxmut sakinləri dərhal təxliyə olunmalıdır.

arrow Ətraflı
Vahid Mustafayev ANSpressi yenidən açdı like
  • 17 Fev 11:54  
Digərləri Vahid Mustafayev ANSpressi yenidən açdı

Yeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb. 

arrow Ətraflı
Bu dərman vasitələrinin Azərbaycanda satışı like
  • 17 Fev 11:52  
Digərləri Bu dərman vasitələrinin Azərbaycanda satışı

İsveçrənin "Diprospan" ticarət adlı dərman vasitəsinin bəzi se

arrow Ətraflı