Qaradağlı soyqırımında cinayətləri sübuta yetirilmiş


Digərləri 17 Fev 2023 12:29:00 276 0

Qaradağlı soyqırımında cinayətləri sübuta yetirilmiş

Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləcə də müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı öz təşəbbüsü əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilib.

Bu barədə Trend-ə açıqlamasında Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

Bildirilib ki, bundan sonra cinayət işinin ibtidai araşdırılması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb. Cinayət işi üzrə sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətləri törətmiş şəxslərin - Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Meşəli, Kərkicahan soyqırımları, əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, terrorçuluq cinayətləri və digər epizodlar üzrə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onların müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Onların barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

"Aparılmış istintaqla müəyyənləşdirilib ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olmaqla 67 nəfəri qəsdən öldürməklə həyatdan məhrum edib, 2 nəfərə müxtəlif bədən xəsarətləri yetirməklə onların sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurub, 49 nəfəri isə girov götürüblər. Eyni zamanda, yaşayış binalarını və dövlət obyektlərini qarət edərək yandırıblar. Qeyd olunanlarla yanaşı, kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941 sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salıblar.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Ərdoğan seçkiləri ertələmək like
  • 17 Fev 12:23  
Siyasət Ərdoğan seçkiləri ertələmək

Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) mayın 14-d�

arrow Ətraflı
Nüsrətdən 25 milyonluq yardım like
  • 17 Fev 12:22  
Digərləri Nüsrətdən 25 milyonluq yardım

Türkiyədə baş verən güclü zəlzələnin qurbanlarına yardım edən mə�

arrow Ətraflı
Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib like
  • 17 Fev 12:14  
Siyasət Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib

Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib.

arrow Ətraflı
Ağdaşda 10 cinayətkar saxlanılıb like
  • 17 Fev 12:11  
Kriminal Ağdaşda 10 cinayətkar saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsi

arrow Ətraflı
Azərbaycanda sürüşmə zonaları ilə bağlı like
  • 17 Fev 12:06  
Digərləri Azərbaycanda sürüşmə zonaları ilə bağlı

Mövsümi xarakterli atmosfer çöküntülərinin intensivliyinin artması cənu

arrow Ətraflı
Paşinyan Münhendə İlham Əliyevlə görüşməkdən qorxdu like
  • 17 Fev 12:04  
Siyasət Paşinyan Münhendə İlham Əliyevlə görüşməkdən qorxdu

Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliye

arrow Ətraflı
Ukrayna çağırış etdi: like
  • 17 Fev 12:00  
Dünya Ukrayna çağırış etdi:

Baxmut sakinləri dərhal təxliyə olunmalıdır.

arrow Ətraflı
Vahid Mustafayev ANSpressi yenidən açdı like
  • 17 Fev 11:54  
Digərləri Vahid Mustafayev ANSpressi yenidən açdı

Yeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb. 

arrow Ətraflı
Bu dərman vasitələrinin Azərbaycanda satışı like
  • 17 Fev 11:52  
Digərləri Bu dərman vasitələrinin Azərbaycanda satışı

İsveçrənin "Diprospan" ticarət adlı dərman vasitəsinin bəzi se

arrow Ətraflı
Rusiyanın əsl gücünü hələ qarşıda görəcəyik like
  • 17 Fev 11:38  
Dünya Rusiyanın əsl gücünü hələ qarşıda görəcəyik

Bəzən Ukrayna və Qərb ölkələrinin mətbuatı xalqa, eyni zamanda hərbçi

arrow Ətraflı
“Prius” betonqarışdıran avtomobilə çırpıldı: like
  • 17 Fev 11:27  
Digərləri “Prius” betonqarışdıran avtomobilə çırpıldı:

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Avropa Bakıya qarşı yeni çirkin planını işə saldı like
  • 17 Fev 11:18  
Siyasət Avropa Bakıya qarşı yeni çirkin planını işə saldı

Qərb dövlətləri növbəti dəfə Azərbaycanda gərginlik yaratmağa, sabitl

arrow Ətraflı
İran artıq ABŞ və ABni hədələyir like
  • 17 Fev 11:16  
Dünya İran artıq ABŞ və ABni hədələyir

İsraildə Rusiya və İran arasında PUA istehsalı sahəsində yeni əməkdaş

arrow Ətraflı
Şəhidin adına göndərilən mesajla bağlı like
  • 17 Fev 11:07  
Digərləri Şəhidin adına göndərilən mesajla bağlı

"Fevralın 14-də telefona, şəhidimin adına bir mesaj gəldi. Baxdım, o

arrow Ətraflı