Rusiya Azərbaycandan nə istəyir?
Siyasət 17 Fev 2023 15:07:00 246 0
"Vardanyan layihəsi və Azərbaycan-Rusiya dialoqu müxtəlif sferada, o cümlədən regional proseslərlə bağlı dialoq bir qədər fərqlənir. Yəni bizim Vardanyanla Rusiya sülhməramlıları ilə bağlı, Rusiyanın Qarabağın taleyi ilə bağlı, Bakının Moskva ilə gələcək planlarla bağlı ziddiyətləri var".
Bu xəbəri də oxu: Marin Le Penin həbs oluna bilər
O bildirib ki, Rusiyanın əsas məqsəd regionda Ermənistanla Azərbaycan arasında vasitəçilik rolunu bərpa etməkdir:
"Rusiya ilə Azərbaycanın maraqları üst-üstə gəlmir. İki ölkə arasında regionla bağlı ziddiyyətlər olduğu kimi qalmaqdadır. Hər-halda Vardanyanın Qarabağa qayıtması da bundan xəbər verir.
Digər tərəfdən bizim Moskva ilə digər məsələlərlə bağlı baxışlarımız üst-üstə düşür. Misal üçün xarici qüvvələrin regionun proseslərinə qarışmaması ilə bağlı və yaxud da ki, Zəngəzur dəhlizinin açılmaması ilə bağlı bu məsələlərdə həm Azərbaycan, həm də Rusiya demək olar ki, həmrəy və həmfikirdirlər.
Nə Azərbaycan istəməz ki, regionda əlavə qüvvələr peyda olsun və Azərbaycan-Ermənistan gərginliyindən istifadə edərək öz maraqlarını diqtə etsin, digər tərəfdən də Rusiya istəməz ki, regiona digər oyunçular da qatılsın. Çünki bu, son nəticə etibarı ilə Moskvanın regiondakı nüfuzunu sıxışdırır. Ona görə də burada bizlə Moskva arasında olan dialoq çoxşaxəlidir.
Bəzi məsələlərlə bağlı fikirlərimizin üst-üstə düşdüyü mövzular var, digər yandan Moskva ilə ziddiyətlərimiz və narahatlığımız var. Fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfəri, ardınca Putinin prezident İlham Əliyevlə telefon əlaqəsi yəqin ki, başqa məsələlərə yönəlib.
Rusiyanın əsas məqsəd regionda Ermənistanla Azərbaycan arasında vasitəçilik rolunu bərpa etməkdir. Azərbaycan buna etiraz etmir. Etiraz edən Ermənistan tərəfidir. Və indi söhbətlər gedir ki, bu vasitəçilik hansı formada bərpa olunsun və gündəmdə olan hansı məsələlər daha faydalı şəkildə müzakirə olunsun. Təxminən Bakıya Moskvadan olan səfərlərin də, edilən zənglərin də əsas məqsədi budur".
Təhməz Əsədov Son.az
Türkiyədə fəlakət zonasında təmizlənəcək dağıntıların həcmi 100 m
Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis
Məşhur müğənni Karsu Dönməz Niderlandda zəlzələ qurbanları üçün 88
Bakıdakı "Rus Evi"ndə Aleksandr Darqomıjskinin 210 illik yubileyin
Avtomobili özü idarə etmir, amma cərimələr ona gəlir. Sürücü Söhrab C
Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soy
Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sah
İrəvanın Ankaraya yardım təmaslarının ölkələrarası münasibətləri y
Bəziləri ehtiyatdan, bəziləri isə aldığı psixoloji zərbəyə görə Tü
Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şərait ya
"Ciqan" ləqəbi ilə tanınan rusiyalı repçi Denis Ustmenko Vaynşt
Bu gün Azərbaycan və Ermənistan liderlərinin növbəti Münhen dueli gerç�
Ölkədə polietilen torbaların pulla satışına başlanılıb. Yəni mağazal
Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Bor