Korotçenko: “Ermənistanı bütün öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir”
Siyasət 15 Fev 2023 18:33:00 297 0
"Xarici oyunçu olan Avropa İttifaqı Ermənistanın əli ilə Cənubi Qafqaza daxil olur və bu da regionda destruktiv və sabitliyi pozmağa yönəlmiş rol oynayacaq".
Bu xəbəri də oxu: AZAL təyyarəsinin vurulması: həqiqəti kim və niyə gizlətmək istəyir?
Son.az Report-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko "Rusiya və Fransanın Cənubi Qafqaz və Afrikada mübarizəsi" adlı dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) Ermənistanda yaradılmış uzunmüddətli missiyasının tamhüquqlu hərbi missiyaya çevrilməsi və orada hərbi kontingent yerləşdirilməsi ilə bağlı təhlükə var.
Politoloq qeyd edib ki, Moskva Qafqazda hadisələrin bundan sonra necə inkişaf edəcəyindən ciddi narahatdır: "Fransadakı erməni diasporu bu gün rəsmi Parisin yürütdüyü siyasətə fəal şəkildə təsir göstərir".
İ.Korotçenko vurğulayıb ki, Ermənistan Fransaya arxalanaraq Azərbaycanın siyasət və diplomatiya sahəsində suveren qərarlar qəbul etməsinə mane olmağa çalışır: "Bu məqamda qeyd etməliyəm ki, Aİ missiyasının mandatı bu ərazilərdəki real vəziyyəti əks etdirmir".
Ekspertin fikrincə, hazırda Bakı ilə Moskvanın mövqeləri arasında fəal yaxınlaşma müşahidə olunur: "Biz birlikdə Fransanın destruktiv dialoq aparmaq istəyinə fəal şəkildə qarşı çıxacağıq. Üstəlik, Ermənistanı Nikol Paşinyanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün birgə işləməliyik".
Türkiyənin Antakya şəhərində zəlzələ nəticəsində binaların 40 faizi
Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları instaqram sosi
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev azadlığa buraxılan
Türkiyənin Antalya şəhərində eyni oteldə məskunlaşan rusiyalı və ukra
Fevralın 14-də ölkə respublikanın avtomobil yollarında ölümlə nəticəl
Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə dağıntılar
Zəlzələnin 3-cü günü axtarış-xilasetmə qrupları tərəfindən dağınt
Yeni tikilən binada qanunsuz tikinti işləri aparılıb. Məsələ burasındad
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkda�
Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 227 saat sonra dağınt
İcbari tibbi sığortadan istifadə edənlərin sayı artdığından xəstəxan
İranda molla rejimin xalqa qarşı amansız rəftarı davam edir.
Paytaxtın Yasamal rayonu İslam Səfərli 48 ünvanında yaşayan sakinlər tə
Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir