Dağıntılar altından ağzında siqaretlə çıxan pensiyaçı danışdı
Digərləri 15 Fev 2023 17:22:00 331 0
Zəlzələnin 3-cü günü axtarış-xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılarkən ağzında siqaretlə görüntülənən və xəstəxanaya getmək istəməyən Soner Tuğtekin dəhşətli günün təfərrüatı barədə danışıb.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, pensiyaçı Soner Tuğtekin Adıyamanda yaşayış binalarının birinin birinci mərtəbəsində həyat yoldaşı Xədicə və oğlu Dənizlə yaşayırmış. Qızları Bade isə Dənizli Universiteti Tekstil Mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi olub.
Zəlzələ zamanı qonaq otağında olan Tuğtekin həyat yoldaşını və uşaqlarını yanına çəkməyə çalışdığını bildirib: "Bina bir anda üzərimizə çökdü. Sütun qızımın üzərinə düşdü. Xanımı özümə sarı çəkmək istədim, qolu çarpayının altında qaldı. Oğlum oturacağımın altında idi, ancaq onu çəkə bildim".
O, zəlzələ zamanı yanında yalnız siqaret və 1,5 litr su olduğunu diqqətə çatdırıb: "Çox siqaret çəkdiyim üçün alışqanımın qazı bitdi. Siqareti yandıra bilmədim. Sonra alışqanı söküb naqillərini bir-birinə vuraraq bu problemimi həll etdim. 3 gün ərzində su və siqaretlə sağ qalmağa çalışdım. Yardım üçün qışqırırdıq. Cavab gələndə bir-birinin ardınca siqaretləri yandırmağa başladım. Ona görə də çıxarılanda əlimdə siqaret var idi. Çölə çıxdım. Məni xəstəxanaya aparmaq istədilər. Xədicəmdən ayrılmamaq üçün xəstəxanaya getmək istəmirdim. Yoldaşımın cansız bədəni çıxarılana qədər səkidə yatdım".
Yeni tikilən binada qanunsuz tikinti işləri aparılıb. Məsələ burasındad
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkda�
Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 227 saat sonra dağınt
İcbari tibbi sığortadan istifadə edənlərin sayı artdığından xəstəxan
İranda molla rejimin xalqa qarşı amansız rəftarı davam edir.
Paytaxtın Yasamal rayonu İslam Səfərli 48 ünvanında yaşayan sakinlər tə
Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir
Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səb�
Türkiyə və Suriyada baş verən faciədə zərərçəkənlərə yardım məqs
Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlar�
Göyçayın 1300 sakini olan Ulaşlı Şıxlı kəndinin yolları o qədər bər
Bakıda Ukraynanın "The one in a Million" Qadın Biznes klubu və mə
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq rəssamı Natiq Kamal oğ