Texnoloji sənayenin çəkisinin 15 %ə qədər artırılması hədəflənir
Digərləri 13 Fev 2023 10:38:00 289 0
2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15%-ə qədər artırılması hədəflənir.
Bu xəbəri də oxu: Suyu belə için
Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Azərbaycan - İsrail İnnovasiya Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
"İnnovativ sahibkarlığın inkişafı Azərbaycan Hökumətinin strateji fəaliyyət gündəliyində də əks olunub. Ötən il təsdiq edilmiş "2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası"nda ortamüddətli dövr üçün keyfiyyətcə yeni inkişaf modelləri müəyyən edilmişdir. Rəqabətli iqtisadiyyatın təməli olan məhsuldarlığın, innovasiya və müasir texnologiyalar hesabına yüksəldilməsi təsbit olunmuşdur. Bu məqsədlə, innovasiyaların özəl və dövlət sektorunda tətbiqinin stimullaşdırılması, startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sisteminin hazırlanması, innovasiya klasterinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nəticə olaraq, 2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15%-ə qədər artırılması hədəflənir", - İdarə Heyətinin sədri əlavə edib.
"Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbayca
Azərbaycanlı məşhur iş adamı, "Emiland" modalar evinin rəhbəri
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binaları
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanu
Hatayda dağıntılar altından azərbaycanlı ailənin cansız bədəni çıxar
Fevralın 13-də səhər saatlarında Petropavlovsk (Qazaxıstan) şəhərinin 4
Bazar ertəsi bəzi ölkələrdə "Twitter" mikrobloqlar xidmətinin f
Qərb Almaniya və Rusiya arasında yaxınlaşmaya imkan vermək istəmir, çün
İsveçrənin ən böyük maliyyə konqlomeratı "Credit Suisse" Rusiy
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
ABŞ hərbi münaqişəyə son qoymaq məqsədilə Kiyevə atəşkəs müqabilin
"The Guardian" Tehrandakı mənbələrə istinadən iddia edir ki, İr