Elmi yeniliklərin biznesə inteqrasiyası vacibdir
Digərləri 13 Fev 2023 10:51:00 269 0
Bizneslərin fəaliyyətinin müasir tələblərə uyğun təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası vacibdir.
Bu xəbəri də oxu: Ac qalanda insan orqanizmində nə baş verir?
Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Azərbaycan - İsrail İnnovasiya Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
"Biznes proseslərinin müasir texnologiyalar əsasında qurulması biliklərin artırılmasını, potensialın gücləndirilməsini, qabaqcıl təcrübələrin mənimsənilməsini və müvafiq sahəyə investisiyaların yatırılmasını tələb edir. 2021-ci ildə KOB subyektləri tərəfindən elmi-tədqiqat xərcləri 21,4 milyon manat və ya təqribən 13 milyon ABŞ dolları təşkil etmişdir. Əvvəlki dövr ilə müqayisədə təqribən 36% artım olsa da, qarşıya qoyulmuş hədəflərin əldə edilməsində bu göstəricinin həm dövlət, həm də özəl sektor vasitəsilə yüksəldilməsinə ehtiyac vardır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-ların innovativ fəaliyyətinin stimullaşdırılması məqsədilə bir neçə istiqamətdə fəaliyyət göstərir. Bunlar təşviq, məlumatlandırma və biliklərin artırılması, eləcə də resursların təmin edilməsi işləridir.
Bu məqsədlə, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verdik.
İnnovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, KOBİA tərəfindən "Startap" şəhadətnaməsi təqdim edilir. "Startap" şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. "Startap" şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Bu günədək 90-a yaxın sertifikat təqdim edilib", - O.Məmmədov əlavə edib.
Son.az
Türkiyədə zəlzələdən zərərçəkənlərə dünyanın dörd bir yanından
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli ötürücülük imkanl
2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əl
"Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbayca
Azərbaycanlı məşhur iş adamı, "Emiland" modalar evinin rəhbəri
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binaları
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanu
Hatayda dağıntılar altından azərbaycanlı ailənin cansız bədəni çıxar
Fevralın 13-də səhər saatlarında Petropavlovsk (Qazaxıstan) şəhərinin 4
Bazar ertəsi bəzi ölkələrdə "Twitter" mikrobloqlar xidmətinin f
Qərb Almaniya və Rusiya arasında yaxınlaşmaya imkan vermək istəmir, çün
İsveçrənin ən böyük maliyyə konqlomeratı "Credit Suisse" Rusiy