Kimin gücü və imkanı çatırsa, yardımları nağd pulla etsin
Dünya 13 Fev 2023 10:49:00 316 0
Türkiyədə zəlzələdən zərərçəkənlərə dünyanın dörd bir yanından yardımlar gəlir. İnsanlar bu çətin anda bizi tək qoymur.
Bu xəbəri də oxu: "TikTok"dan plastik cərrah tapan qızın klinikadan meyiti çıxdı
Bu barədə Trend-ə özəl açıqlamasında Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Humanitar diplomatiya şöbəsinin məsul əməkdaşı Mehmet Altıntaş deyib.
"Hər kəs əlindən gələni etməyə çalışır. Bir məqamı diqqətə çatdırmaq istəyirəm ki, nağd yardımlar hazırda daha çox əlçatandır. Əlbəttə, digər yardımlara - isti geyim, adyal, isidicilər, quru qidalara da çox ehtiyac var. Lakin onların xarici ölkələrdən zəlzələ bölgəsinə gəlib çatması bir az zaman alır. Kimin gücü və imkanı çatırsa, nağd yardımları rəsmi elan olunan qurumlara ianə edə bilər. Bununla da həmin qurumlar zərərçəkənlərin ehtiyaclarını daha tez təmin edə bilər", - qurum rəsmisi əlavə edib.
Qeyd edək ki, İHH Humanitar Yardım Vəqfi, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrdə 3359 nəfərlik bir qrupla yardım işlərinə davam edir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Zəlzələ nəticəsində ölənlərin sayı 29 mini, yaralı sayı isə 80 min nəfəri ötüb.
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli ötürücülük imkanl
2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əl
"Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbayca
Azərbaycanlı məşhur iş adamı, "Emiland" modalar evinin rəhbəri
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binaları
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanu
Hatayda dağıntılar altından azərbaycanlı ailənin cansız bədəni çıxar
Fevralın 13-də səhər saatlarında Petropavlovsk (Qazaxıstan) şəhərinin 4
Bazar ertəsi bəzi ölkələrdə "Twitter" mikrobloqlar xidmətinin f
Qərb Almaniya və Rusiya arasında yaxınlaşmaya imkan vermək istəmir, çün
İsveçrənin ən böyük maliyyə konqlomeratı "Credit Suisse" Rusiy
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba