Kirayələrdə yaşadı, günlərlə çörək tapmadı, övladı olmadığı üçün ailəsi dağıldı
Kriminal 11 Fev 2023 18:30:00 346 0
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Firəngiz Mütəllimova haqqında maraqlı faktları təqdim edir.
Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən şuşalıdır. Ailədə üç bacı, bir qardaş olublar. Valideynləri onun aktrisa olmağını istəməyib.
1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.
***
Teatrda fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Ancaq iş elə gətirib ki, ailə həyatı ilə bağlı bir müddət teatrdakı işindən ayrılıb. 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.
Aktrisa "Qılınc və qələm", "Əliqulu evlənir", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Mahnı dağlarda qaldı", "Şeyx Xiyabani", "Tənha iydə ağacı", "Həyatın dibində", "Qanlı Nigar", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Almaz" tamaşalarında bir-birindən maraqlı rollar ifa edib. Xalq artisti "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Qaçaq Nəbi" (Sərvinaz), "Qocalar, qocalar" (Leyli), "Bəyin oğurlanması" (Telli), "İşarəni dənizdən gözləyin" (Sona), bədii filmlərində, "Mənim ağ şəhərim" (Ana), "Şərəf" (Mila xanım) filmlərdə aparıcı rollar oynayıb.
***
Azərbaycan Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova övladı olmadığına görə bu evliliyə öz istəyi ilə son qoyub. Bu haqda o, müsahibələrinin birində deyir:
"Ailə həyatı qurdum, amma övladım olmadığına görə ayrıldım. Allahın işinə qarışa bilmərəm. Övladımın, ailəmin olmaması alın yazımdır və həyatda başqa şeylər də yaşaya bilərdim. Bu sənət təkcə öz şəxsi həyatımı əlimdən alıb. Bəlkə də vaxtında ailə qursaydım, övladım olardı. Allaha qurban olum, nələrisə əlimdən aldı, nələrisə verdi. Mənim həyat qurmağa vaxtım çatmadı. Birdən-birə ardıcıl olaraq gündə 4 tamaşa məşq edirdim. O vaxt evim yox idi, kirayədə qalırdım. Bəzən iki-üç gün çörək tapmadığım vaxtlar olub. Belə şəraitdə kiminləsə görüşüb ailə qurmağa nə şərait vardı, nə də vaxt. İnanın ki, filmlərə də çəkilməyə vaxt tapmırdım. O qədər filmlərin çəkilişlərindən imtina etmişəm ki... Bəzən olur ki, aktrisa olmağıma acığım tutur. Görürsən, sənə elə söz göndərirlər ki, lap ətin tökülür. Bəziləri elə bilirlər ki, ciblərində bir az pulları varsa, deməli, kişidilər. Kişilik başqa şeydir, pulla ölçülə bilməz. Bəzən elə əsəbiləşmişəm ki, hətta bu teatrdan çıxıb getmək istəmişəm. Amma getməmişəm".
***
Aktrisa "Topal Teymur", "Yad qızı" televiziya tamaşalarında iştirak edib. Ancaq ona ən böyük uğuru 1981-ci ildə çəkilən "Səni axtarıram" tamaşasındakı Gülnar rolu gətirib. Tamaşada Xalq artisti Yaşar Nuri ilə tərəf müqabili olan aktrisa sonralar müsahibələrinin birində bu haqda deyir:
"İnsanların sevgisinin "Gülnar" obrazına, yoxsa Firəngizə olduğunu anlamırdım. Bir növ şübhə altında qaldım. "Gülnar" məni insanlardan uzaqlaşdırdı. Bir gecədə məşhurlaşdım. Onda mənim 21 yaşım vardı. Gecəni Firəngiz kimi yatıb, səhər Gülnar kimi ayıldım. Xeyli tamaşaçı sevgisi qazandım, indiyə qədər də mənə "Gülnar" deyirlər. Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi. "Gülnar"ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya "Gülnar"ı? Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də. İndiki ağlım olsaydı, "Gülnar"ı oynamazdım. Bilsəydim ki, başıma bunlar gələcək, əsla canlandırmazdım".
Dünya pop səhnəsinin ulduzu, Britni Spirsin yaxınları, eləcə də pərəst
Gələcəkdə orta məktəblər də akkreditasiyadan keçirilə bilər. Təhsild
Sosial şəbəkələrdə Türkiyədə baş verən zəlzələdən sonra yaşanan
Ağdam rayonunda 2000-ci il təvəllüdlü Elşən qısqanclıq zəminində anas
Bakı-Aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Karantin müddətindən hər dəfə səhər oyananda, bu gün bir şeylər
İran Premyer Liqasının 19-cu turu çərçivəsində Təbrizin "Traktor&q
Gecəyarısı insana hərdən qəribə aclıq gəlir. Bu zaman yemək isə artı
Qardaş Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələ onminlərl�
Aparıcı Zümrüd Bədəlova növbəti dəfə Türkiyədəki zəlzələ ilə ba
Yaya qədər Türkiyə universitetlərində təhsil onlayn olacaq.
Qadınların gündəlik geyimlərində ən vacib parçalardan biri ayaqqabılard
"O illərdə qız övladının incəsənət sahəsində olmasını birməna
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nübar Novruzova haqqında on