Tələbə anasının başqa kişi ilə yazışmasını tutdu: "Ürəyim, hardasan?.."
Kriminal 11 Fev 2023 17:30:00 321 0
Ağdam rayonunda 2000-ci il təvəllüdlü Elşən qısqanclıq zəminində anası Xatirəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Elşən yaşadıqları evin yataq otağında anası Xatirənin atası Musa ilə rəsmi nikahda yaşamasına baxmayaraq vatsapda başqa şəxslə mesajlaşdığını bilib.
Buna görə mətbəx bıçağı ilə anasını bıçaqlayıb. Qadın aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən bildirib ki, Gəncə Dövlət Universitetinin qiyabi şöbəsinin Turizim və otelçilik fakültəsinin 2-ci krus tələbəsidir: "Anam Xatirənin kiminləsə mobil telefon vaistəsi ilə yazışmasından şübhələnsəm də, həmin şəxsin kimliyini müəyyən edə bilməmişəm. Anamla əvvəllər bu barədə söhbət etmişəm. O, belə bir iş görmədiyinə məni inandırdı".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü günorta vaxtı anasının istifadə etdiyi "Samsunq" markalı mobil telefonu ondan xəbərsiz götürüb: "Yoxlayanda anamın Elmir adlı şəxsə vatsapda "Elmirim, ürəyimmm, haralardasan" və digər mesajlar yazdığını gördüm. Bundan əsəbləşdim. Heç kimə heç nə demədən qoyun otarmağa getdim.
Həmin gün saat 21 radələrində sahədən evə qayıtdım. Yuyunmaq istəyəndə anamın özünü şübhəli aparmasından bir daha əsəbləşdim. Yazdığı mesajlara görə onu cəzalandırmaq fikirinə düşdüm. Mətbəxdə işlətdiyimiz bıçağı götürdüm və evin yataq otağında anama yaxınlaşdım. Bıçaqla bir dəfə anamın qarın nahiyəsindən vurdum. Sonra isə bıçağı hadisə yerinə ataraq evdən küçəyə çıxdım, anamın istifadə etdiyi mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, sonra atası Musa ona zəng edib: "Atama evə gələndən sonra hadisə barədə məlumat verəcəyimi bildirdim. Bir qədər sonra polis əməkdaşları yaşadığım ünvana gəldi. Mən də evimizə qayıdaraq hadisəni törətdiyimi etiraf etdim. Mənim iştirakımla hadisə yerinə baxış keçirildi. Anama xəsarət yetirdiyim bıçağı, hadisə zamanı əyinimdə olan paltarları və anama məxsus mobil telefonu təqdim etdim".
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Xatirənin sözlərinə görə, xəstəxanada tibbi bacısı işləyib: "Elmirlə təxminən hadisədən bir il əvvəl tanış olmuşam. Elmirin idarə etdiyi mikroavtobusla xəstəxanaya işə gedib-gəlmişəm. İstifadəmdə olan mobil telefon nömrəsi Elmirdə olub. O, vatsapda mənə mesaj yazdı, məndən xoşu gəldiyini bildirdi. Mən də ondan xoşlandığımı bildirdim. Aramızda xoş münasibət yarandı. Bir-birimizə müxtəlif səpgidə sevgi mesajları yazdıq. Mobil telefonla danışıqlarımız da olub. Bu barədə oğlum Elşən mənə bildirsə də, başqa şəxslə heç bir münasibətimin olmadığına inandırdım".
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 21 radələrində evlərində oğlu Elşənlə ikisi olublar: "Elşən mobil telefonumu məndən xəbərsiz götürdü. Telefona baxanda Elmirlə mesajlaşmamı gördü. Bundan əsəbləşərək mətbəxdən götürdüyü bıçaqla yataq otağında ayaq üstündə olan anda qarın nahiyəmdən vurduqdan sonra evdən həyətə qaçdı. Mən isə evdə qaldım. Təxminən 20 dəqiqə sonra ərim və polis əməkdaşları yaşadığım evə daxil oldu. Həmin vaxt huşumu itirdim".
Xatirə ifadəsinin sonunda oğlu ilə barışdığını, ondan heç bir şikayətçi olmadığını deyib. Şahid qismində ifadə verən Musanın sözlərinə görə, Xatirə ilə 1998-ci ildə ailə qurub və onların iki oğlanları var.
Hadisə günü toyuqlara yem almaq üçün Ağdam rayonu, Zəngişalı kəndinə getdiyini deyən şahid bildiribn ki, arvadı ilə oğlu Elşən evdə qalıblar: "Elşən saat 21 radələrində Xatirənin istifadəsində olan nömrədən mənə zəng etdi və məni evə çağırdı. Nə baş verməsini evə gələndən sonra biləcəyimi dedi.
Evə çatanda həyətdə Ağdam rayon polis şöbəsi əməkdaşlarını gördüm. Polislər mənə bildirdilər ki, Elşən 102 xidmətinə zəng edərək anasına bıçaqla xəsarət yetirməsi barədə məlumat verib. Polis əməkdaşları ilə birlikdə evə daxil olanda Xatirəni mətbəxdə su ilə üzünü yuduğunu gördüm.
Xatirənin qarın nahiyəsindən qan axdığı üçün onun qoluna girdim, mətbəxdən çıxaranda huşunu itirdi. Polis əməkdaşlarının köməkliyi ilə Xatirəni Ağdam rayon Mərkəzi Xəstəxanasına apardıq".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Elşənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Son.az
Bakı-Aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Karantin müddətindən hər dəfə səhər oyananda, bu gün bir şeylər
İran Premyer Liqasının 19-cu turu çərçivəsində Təbrizin "Traktor&q
Gecəyarısı insana hərdən qəribə aclıq gəlir. Bu zaman yemək isə artı
Qardaş Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələ onminlərl�
Aparıcı Zümrüd Bədəlova növbəti dəfə Türkiyədəki zəlzələ ilə ba
Yaya qədər Türkiyə universitetlərində təhsil onlayn olacaq.
Qadınların gündəlik geyimlərində ən vacib parçalardan biri ayaqqabılard
"O illərdə qız övladının incəsənət sahəsində olmasını birməna
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nübar Novruzova haqqında on
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ 1999-cu ildə baş verən fə
PAŞA Holding və onun törəmə şirkətlərinin qardaş ölkəyə yardımı T�
"Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki dey