Gecə tərləmələri nədən baş verir və qarşısını necə almaq olar?
Digərləri 11 Fev 2023 08:59:00 1113 0
Tərləmək insan bədəninin təbii yollarla sərinləməsidir. Tərləmə ən çox isti havalarda müşahidə edilir. Ancaq, tərləmənin hansı vaxtda baş verməsinin önəmi çoxdur. Bəzi insanlarda gecə yatarkən tərləmələr baş verir. Bu cür tərləmə isə bəzən bir təhlükəli siqnal rolu oynaya bilər Yəni, gecə tərləmələrinin səbəbini araşdırmaq üçün mütləq həkimin müayinəsi lazım gəlir. Çünki, əksər vaxt gecə tərləmələri müxtəlif xəstəliklərin əlaməti ola bilir. 1. Gecə tərləmələrinə ilk növbədə otağın havasının isti olması səbəb olur. Bunun baş verməməsi üçün isə yatmadan əvvəl otağın havasına diqqət yetirmək lazımdır. 2. Bəzən gecə tərləmələri nəmişlik olan otaqda yatan zamanda da əmələ gələ bilir. 3. Qalın paltar, sintetik alt geyimləri, həddindən artıq isti və ya sintetik yorğanlar da insanların gecələr tərləməsinə səbəb ola bilir. 4. Bədən tempraturunun yüksəlməsi insanların gecələr tərləməsinə səbəb ola bilir. Bu müxtəlif infeksiya xəstəlikləri zamanı meydana çıxır. 5. Qadınlarda gecə tərləmələrinin baş vermə səbəblərindən biri də hormonal pozğunluqlardır. Ən çox menopauza dövründə qadınlarda gecə tərləmələri baş verir. 6. Kişilərdə gecə tərləmələri testosteronun çatışmazlığı səbəbindən baş verir. Buna səbəb isə androgenlərin miqdarının aşağı düşməsidir. 7. Bəzi tərlədici dərmanları qəbul etmək gecə tərləmələrinə səbəb olur. Bu dərmanlara antipretiklər və qızdırmasalıcı dərmanlar aiddir. 8. Gecə tərləmələri vərəm və ya AİDS xəstəlikləri səbəbindən də baş verə bilir. 9. Yatmazdan əvvəl spirtli içki qəbul etmək gecə tərləmələrinı səbəb olur. Gecə tərləmələrinin qarşısını hansı təbii vasitələrlə almaq olar? İlk növbədə yatmazdan əvvəl otağın havasına nəzarət edilmlidir. Yatmaq üçün otağın tempraturunun 20-23*-də olması vacibdir. Otağın istiliyi insanlara görə fərqli ola bilir. Gecələr tərləyən adamlara təbii parçadan tikilmiş alt paltarı geyinmək lazımdır. Gecələr tərləyən adamlara stress və gərginlikdən uzaq durmaq tövsiyə edilir. Ada çayı və qatırquyruğu dəmləmələri gecə tərləmələrinin qarşısının alınmasına yardım edir. Bu bitki dəmləmələri insanın stressini aradan qaldırır və sinir sistemini sakitlşdirməklə tərləmənin qarşısını alır.
Bu xəbəri də oxu: Bu bürclərin qadınları göz qırpımında
ABŞ Ticarət Nazirliyi Çin Xalq Azadlıq Ordusunun aerostatların tətbiqi pro
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması i
İndiyə kimi saçlarınızın yuyulmasında səhvlərə yol verdiyinizi bilirdi
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tür
ABŞ Prezidenti Co Bayden fevralın 20-22 tarixlərində Polşada rəsmi səfər
ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin Vaşinqtondakı səfirliyin
Hazırda Rumıniya və Moldova üçün Rusiya tərəfdən hər hansı təhlükə
Oftalmologiya tibbin bir sahəsi olub, gözün anatomik quruluşunu, onun fiziol
Dünyaca məşhur müğənni Şakira Türkiyə və Suriyadakı zəlzələdən z�
Böyük Britaniyanın Silahlı Qüvvələri hərbi təchizatın tükənməsi sə
Lənkəranda avtomobil hasara çırpılıb, iki nəfər xəsarət alıb.
Suda bişmiş yumurtanı soyuducuda 20 dündən, otaq tempraturunda isə 3 günd
Türkiyənin Osmaniye şəhərində zəlzələdə dağılan binalarda tikinti q�