"Fəxri adın verilməməsi atama pis təsir edirdi”
Kriminal 11 Fev 2023 04:44:00 359 0
Son.az xəbər verir ki, bunu əməkdar artist Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov moderator.az-ın suallarını cavablandırıb. - Müşahidə etdiyim qədərilə Ələsgər Məmmədoğlu komik rollar yaratsa da, həyatda çox ciddi insan olub. Bu həqiqətən də belə idi? - Bəli, çox doğru qeyd etdiniz. Həyatda çox ciddi və olduqca məsuliyyətli biri idi. Yaxınlarını, doğmalarını, hətta qonşularını belə düşünürdü. O rollarından əlavə, həyatda da öz xarakteri ilə sevilirdi. Uşaqla uşaq, böyüklə böyük idi. Xoş aurası var idi. Atamla aramızda hər zaman pərdə olmasına baxmayaraq, bizimlə dost kimi rəftar edirdi. Zarafatları da olurdu. Həm məndən böyük olan bacımın, həm də mənim fikrimi çox önəmsəyirdi. - Onu tamaşaçılar daha çox xarakterik obrazlarla seviblər. Arzuladığı obraz var idi? - Əslində ciddi rollar oynamağa böyük həvəsi var idi. Sənət baxımından arzuları çox idi. Teatrdan fərqli olaraq o kinoda daha çox epizodik rolları ilə tanınıb. Heç vaxt epizodik rollardan imtina edib, kiməsə etirazını bildirməzdi. Teatrdakı rollarını daha çox sevirdi. Onun üçün rol elə rol idi. Sənətini çox sevdiyinə görə ona verilən hər bir rolu böyük şövqlə oynayırdı. Ona görə də tamaşaçı da bunu hiss edib, ona sevgi göstərirdi. - Sənətdə narazı qaldığı məqamlar var idi? - Bəli, var idi. Vaxtında "xalq artisti" fəxri adının verilməməsi ona çox pis təsir edirdi. Özündən sonra sənətə gələn insanların çoxu xalq artisti idi. Bütün bunlara baxmayaraq bu haqsızlıq onu heç vaxt öz sənətindən soyudub, ayrı salmırdı. Çünki sənətini təmənnasız sevirdi. - Ələsgər müəllimin ən böyük arzusu nə idi? - Ən böyük arzuları mən və bacımla bağlı idi. Bacımın toyunu görsə də, mənim toyumu görmək ona qismət olmadı. Arzulayırdı ki, mənim övladlarımı da görsün. Bir də çəkildiyi "Tehran 43" filminin tam versiyasını görmək istəyirdi. - Xarici görünüşünə görə heç kompleks yaşayırdı? -Xeyr, ümumiyyətlə kompleksli insan deyildi. Çox gözəl başa düşürdü ki, məhz xarici tipajına görə ona xarakterik rollar verilir. Məncə bu hər aktyora qismət olmur. - Ömrünün son illərində rolsuzluqdan şikayətlənib. Ona rol verilmirdi yoxsa verilən rollar onu qane etmirdi? - Son illərdə rolları azalmışdı. Teatrda oynayırdı, amma kino və seriallardan təkliflər az gəlirdi. Sonuncu dəfə səhv etmirəmsə "Xoxan" filmində çəkilib. Desəm ki, rejissorlarla arası yaxşı deyildi, bu yalan olar. Elə bir şəxsiyyət idi ki, hər kəslə münasibəti çox yaxşı idi. İndi maşallah olsun, daha çox çəkirlər, o vaxt ekran işləri də bu qədər çəkilmirdi. Çəkənlər də daha çox gənclərə üstünlük verirdilər. - Ələsgər müəllimin vaxtilə oynadığı tamaşaları izləmək imkanınız olub? - Atam dünyasını dəyişəndən sonra bir dəfə teatra getdim. Yeni bir tamaşa idi, gedib onu izlədim. Sözün düzü atamdan sonra teatra həvəsim də öldü. Onun vaxtında tez-tez gedirdim. Biz onu evdə olduğu kimi sevmişik, o cür qəbul etmişik. Çox istərdim ki, korifey sənətkarlarımızın yerini verən, o boşluğu doldura bilən aktyorlarımız yetişsin. - Ələsgər müəllimin "Bəyin oğurlanması" filmindəki Ələsgər rolu tamaşaçılar tərəfindən daha çox sevilir. Hətta filmdə obrazın dilindən deyilən, "Ay Ələsgər" sözü bir neçə il əvvəl avtomobillərin səs siqnallarında istifadə edilirdi. Bu sizə necə təsir edirdi? - Hazırda da atamın adının həyatıımdakı rolu çox böyükdür. Bu ad hər zaman mənə kömək olub. Qarşıma çıxan maneə o dəqiqə onun adı gəldikdə dəf olunub. Xalqımız sənətkarını çox sevir. O ki, qaldı atamın səsinin siqnallarda istifadə edilməsinə.. Bu bizə xoş gəlir. Demək ki, onu sevirlər ki, səsindən istifadə edirlər. - Xəstələnməyi, yatağa düşməyi necə oldu? Ümumiyyətlə hansı xəstəlikdən əziyyət çəkirdi? - Verilişlərin birində dişindən qan açılmışdı. Bizə bu haqda heç bir söz deməmişdi. Ondan 1-2 gün sonra ayaqları tutuldu. Başını aparata saldırdıq. Gördük ki, artıq xəstəlik yayılıb. Həkimlərin məsləhəti ilə özünə heç nə demədik. Həkimlər deyirdi ki, artıq nəsə müdaxilə etmək üçün çox gecdir. 40 günə gözümüzün qabağında şam kimi əridi. - Neçə düşünürsünüz, Ələsgər Məmmədoğlu bu gün yetərincə xatırlanırmı? - Demək ola ki, hər il doğum və anım günlərində televiziyalar onu yad edir. Evimizdə 2-3 veriliş çəkilib. Sağ olsun, televiziyalar, jurnalistlər atamı bir an belə olsun yaddan çıxarmır. Çəkildiyi filmlər vaxtaşırı nümayiş olunur. Teatrdan bir az son illərdə zəng edib, maraqlanmırlar. Bu da başa düşüləndir. Araya pandemiya düşdü. Etsələr də sağ olsunlar, etməsələr də. Heç kimdən incimirik, narazılığımız da yoxdur.
Bu xəbəri də oxu: Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Yapon qadınları bu vasitədən istifadə etməklə öz dərilrini gənc və t�
İngiltərə kralı III Çarlz yırtılmış corabla məscidə gələrək gülü
Ayaqlarda ağrılar müxtəlif patoloji xəstəliklər zamanı meydana gələ bi
"Sür, cərimə meydançasında aydınlaşdırarıq".
Boyun bölgəsində əmələ gələn ağrılar boyun fqərələrinin sürüşmə
Türkiyəli tanınmış stilist Anıl Çakmak küçədə rastlaşdığı evsiz b
Mütəxəssislərin fikrinə görə, 3 aydan çox saxlandıqda kartof demək ola
Supermodel Bella Hadidin yeni görünüşünü başına qaxınc ediblər.
"Ruben Vardanyanın Qarabağdan qaçması ilə bağlı rəsmi məlumat yoxd
"EU Reporter" Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"ABŞ İranın özlüyündə regionda yaratdığı problemin fərqindədir&
Baş nazir Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kol
İtaliya Fransa ilə birlikdə SAMP-T hava hücumundan müdafiə sistemlərinin
Rusiya Suriyaya zəlzələ səbəbindən 35 ton humanitar yardım çatdırıb.